çərşənbə günü, 28 oktyabr 2026
     

Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirildi

Image


Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib. İclasda dekabrın 25-də təyyarə qəzasında həlak olmuş şəxslərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Toplantını giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid gündəlikdə duran məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib. 

Əvvəlcə İdarə Heyətinin ötən iclasından bəri MŞ-nin gördüyü işlərə dair məlumat dinlənildi. R.Məcid bildirdi ki, hesabat dövründə Şuranın təşəbbüsü ilə "Müasir mediada yeni trendlər: informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları" mövzusunda konfrans təşkil olundu. Toplantıda Prezident İlham Əliyevin bəzi beynəlxalq dairələrin ölkəmizə qarşı informasiya savaşı və ideoloji müharibə apardıqlarına dair fikirləri üzərində dayanıldı, ölkə mediasının və jurnalistlərin qlobal çağırışlara, ölkəmizdəki sabitliyi və əminamanlığı pozmağa hesablanmış informasiya diversiyalarına adekvat yanaşmalarının, hər zaman peşəkarlığı və həssaslığı əsas tutaraq çevik fəaliyyət göstərmələrinin zəruriliyi vurğulandı. 

Hesabat dövründə, həmçinin, Mətbuat Şurasında ömürünü-gününü peşəsinə sərf etmiş jurnalistlərin yubileyləri ilə bağlı 5 toplantı reallaşdırıldı ki, bu tədbirlər Şuranın Ahıl Jurnalistlər Məclisi tərəfindən təşkil olundu. MŞ 3 müxtəlif media orqanının yubileyi ilə əlaqədar təbrik mətni yaydı, Şurada xaricdən gələn media təmsilçiləri ilə 3, o cümlədən Vətən müharibəsi qaziləri ilə görüş keçirildi. 

R.Məcid onu da bildirdi ki, Mətbuat Şurası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə reallaşdırdığı "Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması" layihəsini başa çatdırıb. Layihə çərçivəsində, ümumən, 5 toplantı keçirildi ki, onların dördündüsü və beşincisi hesabat dövrünə təsadüf etdi. Layihə çərçivəsində, həmçinin, MŞ-nin "presscouncil.az" saytında "Azərbaycanın media landşaftı" adlı xüsusi kateqoriya yaradıldı. Həmin kateqoriya özündə "Azərbaycanda informasiya dövriyyəsini tənzimləyən qanunlar", "İnformasiyanın etik standartlarını müəyyən edən yerli və beynəlxalq sənədlər", "Azərbaycanın aparıcı media subyektləri və jurnalist təşkilatları", "Azərbaycan mediasından gender balansı", "I və II Qarabağ müharibəsi dövründə Azərbaycan mediası" yarımkateqoriyalarını, məqalələri və keçirilmiş tədbirlərin icmallarını birləşdirdi.  

MŞ sədri rəhbərlik etdiyi qurumun COP29-la bağlı fəaliyyətinin də müstəsna önəm daşıdığını bildirdi. Belə ki, noyabrın 6-da Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə "İnformasiya müharibəsi: COP29 ərəfəsində Azərbaycana qarşı informasiya hücumlarının məqsəd və mahiyyəti" mövzusunda dəyirmi masa keçirildi. 

Habelə, Şura dekabrın 17-də Bakı Dövlət Universitetində görkəmli alim və mətbuat tədqiqatçısı, ustad Şirməmməd Hüseynovun 100 illik yubiliyenə həsr olunmuş "Azərbaycan mediası: tarix və müasirlik" mövzusunda beynəlxalq elmi-praktik konfransın, Milli Kitabxanada "Şirməmməd Hüseynov Biblioqrafiya" kitabının təqdimat mərasiminin təşkilində yaxından iştirak etdi. Bundan başqa, MŞ-nin İdarə Heyətinin üzvləri Bakı Dövlət Universitetində Medianın İnkişafı Agentliyinin otağının, "Xalq qəzeti"nin debat otağının açılışına qatıldılar. BDU Jurnalistika fakültəsində Mətbuat Şurasının da otağı var. Hesabat müddətində bu auditoriyada MŞ İdarə Heyətinin üzvlərinin tələbələrlə görüşləri gerçəkləşdirildi. 

R.Məcid hesabat dövründə Şuraya ünvanlanmış iki şikayətlə bağlı müvafiq tədbirlərin də reallaşdırıldığını diqqətə çatdırdı. Mövcud xüsusdakı müzakirələr zamanı ayrı-ayrı media orqanlarının tənqid obyektlərini hədəfə götürmələrinin, onlarla bağlı silsilə yazılar təqdim etmələrinin və bununla da medianın ictimai missiyasına zidd davranmalarının, qərəzli mövqe tutmalarının yolverilməzliyi vurğulandı. 

Toplantıda İH üzvləri - APA Holdinqin rəhbəri Vüsalə Mahirqızına APA-nın 20 illiyi, BDU-nin Jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmliyə 70 illik yubileyi ilə əlaqədar Şuranın təbrik plaketləri təqdim olundu. Q.Məhərrəmliyə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Prezident sərəncamı bütövlükdə ölkə jurnalistikasına verilən növbəti dəyər nümunəsi kimi dəyərləndirildi, buna görə dövlət başçısına təşəkkür edildi.

MŞ sədrinin müavini, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlunun, Şuranın İdarə Heyətinin üzvləri, Milli Məclisin deputatları – Vüqar Rəhimzadənin və Elçin Mirzəbəylinin, həmçinin "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyevin və başqalarının çıxışlarında dekabrın 25-də baş vermiş təyyarə qəzasının işıqlandırılması məsələlərinə də toxunuldu. Bildirildi ki, MŞ-nin, ümumən, ekstremal şəraitlərdə jurnalistlərin davranışları ilə əlaqədar tövsiyələr hazırlamasının, "Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları"na müvafiq əlavələrin edilməsinin zəruriliyi üzərində dayanıldı. 

Vurğulandı ki, media təmsilçilərinin bədbəxt hadisə nəticəsində zərər çəkmiş şəxslərlə münasibətlərində ikincilərin düşdükləri durumu mütləq qaydada nəzərə almaları şərtdir. Onlara sual xatirinə sual verilməməli, vəziyyətlərinə həssas yanaşılmalı, cavablarının ictimai maraqlara, cəmiyyətin informasiya almaq hüququnun təminatına nə dərəcədə adekvat ola biləcəyi barədə düşünülməli, ajiotaj yaratmamalıdırlar. Habelə, ekstremal situasiyaların işıqlandırılmasında zərərçəkənlərin yaxın qohumlarının, doğmalarının yayılmış informasiyaları emalında sarsıntı keçirə bilmə ehtimallarına da ciddi şəkildə diqqət yetirilməlidir. 

Toplantıda Medianın İnkişafı Agentliyinin start verdiyi media savadlılığı həftəsinin əhəmiyyəti vurğulandı. Bildirildi ki, mövzuya kompleks yanaşılması mütləqdir və Mətbuat Şurası da mövcud istiqamətdə fəal olmalıdır. Çünki "Media haqqında" Qanundakı media savadlılığı anlayışı geniş mahiyyət daşıyır, bütövlükdə ölkənin informasiya təhlükəsizliyini də özündə ehtiva edir. 

İH üzvləri çıxışlarında informasiyanın artan qlobal mahiyyətinə də toxundular, bununla əlaqədar misallar gətirdilər. Bu baxımdan peşəkar kadrların hazırlanmasının vacibliyi üzərində dayanıldı və diqqətə çatdırıldı ki, Azərbaycanın ayrı-ayrı təhsil ocaqlarında jurnalistika fakültələri fəaliyyət göstərirlər. Ancaq məsələyə daha sistemli yanaşılması üçün media sahəsində ayrıca ali məktəbin formalaşdırılması günün təxirəsalınmaz tələbidir. Çünki həm media özü dinamik struktura malikdir, həm də informasiya amili ölkələrin milli təhlükəsizlik məsələsi kimi özünü daha qabarıq formada göstərməkdədir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..

28.10.2026 / 14:10
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi...

28.10.2026 / 13:58
"Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil" – Məhkəmə bankın iddiasını rədd etdi...

28.10.2026 / 13:46
“Sapı özümüzdən olan” qüvvələrin təxribatlarına ayıq-sayıqıq" - Allahşükür Paşazadə

28.10.2026 / 13:44
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" - Obama Trampın 2 ilini yıxıb-sürüdü...

28.10.2026 / 13:30
Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirildi - FOTO

28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi – “problemi iki dəqiqəyə həll edər"...

28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

28.10.2026 / 12:40
Bakıda dizellə işləyən avtobuslar istismardan çıxarılır - tarix AÇIQLANDI

28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...

28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı

28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

28.10.2026 / 10:43
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - Prezident

28.10.2026 / 10:41
Prezident İlham Əliyev İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət etdi

28.10.2026 / 10:39
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI AÇIQLANDI...

28.10.2026 / 10:28
İsraildə seçki düyünü – heç kim təkbaşına hökumət qurmaq üçün lazım olan səsi toplaya bilmədi...

28.10.2026 / 10:11
Azərbaycan nefti ucuzlaşdı - 122 dollar...

28.10.2026 / 09:56
ABŞ “Patriot”larını Yaxın Şərqə yığır…

28.10.2026 / 09:30
Tramp tezliklə Putin və Zelenski ilə görüşəcəyini açıqladı.

28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu - aktivləri donduruldu

28.10.2026 / 08:21
İsraildə parlament seçkilərində pat vəziyyəti yaranıb - exit-pollar nəticə açıqlaya bilmir

28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” - 85 nəfər saxlandı

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...

27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...

27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır

27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi

27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...

27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib - FOTO

27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...

27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb - FOTO

27.10.2026 / 17:27
Azərbaycanda yeni Komissiya yaradılır

27.10.2026 / 17:20
Azad edilmiş ərazilərdə ən böyük memorial kompleks Ağdamda yaradılacaq...

27.10.2026 / 17:06
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTO

27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...

27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...

27.10.2026 / 16:37
AMEA alimləri Pezeşkiana çağırış etdi - İranda azərbaycanlılar üçün ana dilində məktəblər açılsın...

27.10.2026 / 16:30
Hakimlər qarşısında tələb qoyuldu - süründürməçiliyə və təhqirə yol verilməsin!

27.10.2026 / 16:17
Zəngəzur dəhlizində erməni sərhədçilər yalnız müşahidəçi olacaq – ABŞ səfirliyi açıqladı...

27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...

27.10.2026 / 15:46
Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanış olublar - FOTO

27.10.2026 / 15:41
Tramp bütün hərbi bazalarını "90 günlük müharibəyə" hazırlayır - hədəf kimdir?

27.10.2026 / 14:36
Prezidentin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - VİDEO

27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı - ələ keçirilən arsenalın taleyinə Livan qərar verir

27.10.2026 / 14:01
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - FOTO

27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" - Fərid Şəfiyev

27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" - Ozodbek Nazarbekov

27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" - Türkmənistanın mədəniyyət naziri

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ