çərşənbə günü, 28 oktyabr 2026
     

Qərb Gürcüstanda İvanişvilinin "məhvinə" qərar verdi...

Image


Bir neçə aydır ki, dünyanın gündəmində olan qonşu Gürcüstanda hələ də dövlət çevrilişi və vətəndaş müharibəsi təhlükəsi aradan qalxmayıb. Bunu şərtləndirən əsas səbəblərdən biri Qərbin Gürcüstanın daxili işlərinə müdaxilə cəhdlərini davam etdirməsidir. Belə bir vaxtda ABŞ Gürcüstanın hakim partiyası olan "Gürcü Arzusu"nun qurucusu, keçmiş baş nazir Bidzina İvanişviliyə maliyyə sanksiyaları tətbiq edib.

"Gürcü Arzusu" partiyasının liderləri deyirlər ki, İvanişvili "qlobal müharibə partiyası"nın təsiri altında olan amerikalı siyasətçilər və bürokratlarla görüşdən maliyyə şantajı səbəbiylə yayınır. Partiya "Credit Suisse" bankında İvanişviliyə aid 2 milyard dolların bloklanmasını qeyri-rəsmi sanksiya adlandırıb. "Gürcü Arzusu" Qərbə qarşı "qlobal müharibə partiyası" ifadəsini işlədir. Bu ilin oktyabrında "Imedi" telekanalına müsahibəsində İvanişvili Sinqapurda məhkəmə prosesinin müsbət nəticələndiyini deyib. Onun sözlərinə görə, bu nəticədən sonra Qərb siyasətçiləri ilə görüşlərə heç bir maneə qalmayıb. Daha sonra o, Fransa prezidenti Emmanuel Makronla telefonla da danışıb. Milyarderin sərvətinin hansı hissəsinin hələ də Qərb ölkələrində olduğu bilinmir. Daha əvvəl onun özünə aid incəsənət əsərlərini Londondan və Nyu-Yorkdan çıxardığı barədə məlumatlar yayılmışdı. "Bloomberg"in məlumatına görə, İvanişvilinin sərvəti son bir il ərzində 955 milyon dollar artaraq 7.6 milyard dollara çatıb. Bu fonda Gürcüstanın baş naziri İrakli Kobaxidze "Gürcü Arzusu" partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişviliyə qarşı sanksiyaları pisləyib. Kobaxidze qeyd edib ki, partiyanın təsisçisi ölkənin maraqlarına xidmət etdiyinə görə artıq faktiki sanksiyalar altında idi, indi isə rəsmi məhdudiyyətlərə məruz qalıb: "Xüsusi heç nə yoxdur. Bu, sadəcə olaraq, ölkəmizin milli maraqlarının qorunmasına görə verilən "mükafatdır". Onun sözlərinə görə, İvanişvili uzun müddətdir, sanksiyalarla şantaj edilib, indi isə belə imkan olmayacaq. Gürcüstanın baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili baş verənlərlə bağlı bildirir: "Gürcüstana qarşı tətbiq edilən sanksiyalar ölkə iqtisadiyyatına investisiyaların cəlb edilməsinə mənfi təsir göstərsə də, ABŞ ilə münasibətlərin yenidən qurulması səbəbindən vəziyyət dəyişə bilər". Onun sözlərinə görə, Qərblə münasibətlərin pisləşməsi fonunda ABŞ və Avropa ölkələrində hökumət üzvlərinə və ayrı-ayrı məmurlara qarşı şəxsi sanksiyalar tətbiq edilir: "Bundan əlavə, Avropa Komissiyası diplomatik pasportlardan istifadə edən Gürcüstan vətəndaşlarının Aİ-yə girişinin qadağan edilməsini tövsiyə edib. Təbii ki, sanksiyalar mənfi təsir göstərəcək, amma eyni zamanda düşünürəm ki, sonradan münasibətlərimiz keyfiyyətcə daha yüksək səviyyəyə qalxacaq". O qeyd edib ki, Qərb Gürcüstanın hazırkı hakimiyyətini demokratiyadan geri çəkilməkdə, anti-Qərb ritorikasında və konspirasiya nəzəriyyələrinin yayılmasında ittiham edir: "Bu ittihamların heç bir əsası yoxdur. Gürcüstan demokratik yolla inkişaf edir və Avrointeqrasiyanı lazımi səviyyədə davam etdirir".

Hazırda əsas vasitələrdən biri kimi Qərb prezident Salome Zurabişvili faktorundan istifadə edərək də vəziyyəti qarışdırmağa can atır. Sözügedən məsələnin necə sonuclanacağına isə dekabrın 29-da birdəfəlik dəqiqlik gətiriləcək. Xatırladaq ki, dekabrın 29-da Salome Zurabişvilinin prezident kimi səlahiyyət müddəti başa çatır və o, öz postunu tərk etməlidir. Zurabişvili isə bununla razılaşmır və vəzifəsindən getməyəcəyini iddia edir. Dekabrın 29-da yeni seçilmiş prezident Mixail Kavelaşvilinin andiçmə mərasimində nə edəcəyi ilə bağlı suala isə Zurabişvili maraqlı cavab verib: "Prezidentin andiçmə mərasiminin hüquqi qüvvəsi yoxdur, ona görə də mən prezident olaraq qalıram və fəaliyyətimi davam etdirirəm". O qeyd edib ki, bu barədə bazar günü elan edəcək, çünki hakim partiya onun planlarından əvvəlcədən xəbərdar olmamalıdır. Gürcüstanın baş naziri İrakli Kobaxidze məsələ ilə bağlı bildirib ki, Zurabişvilinin müstəqil şəkildə prezident iqamətgahını tərk edəcəyinə ümid edir, çünki əks təqdirdə, onu zorla çıxarmaq lazım gələcək. Belə bir vaxtda "Caliber" portal da maraqlı məlumat yayıb. Qeyd olunur ki, xarici qüvvələr Gürcüstanda iki prezidentin - səlahiyyət müddəti başa çatan Salome Zurabişvili və yeni seçilmiş Mixail Kavelaşvilinin mövcudluğundan maksimum yararlanmağa çalışır. Zurabişvili ultimatum verərək hakimiyyətdən səlahiyyət müddətinin başa çatdığı dekabrın 29-na qədər yeni seçkilərin tarixini təyin etməyi tələb edib. Vurğulanır ki, Qərbdə keçən həftəsonu prezident kimi son günlərini keçirən Salome Zurabişviliyə dəstəyin təşkilinə böyük vəsait ayrılıb. Bütün qərbyönlü QHT-lər küçələrdə Zurabişviliyə guya "milli dəstək" illüziyası yaratmaq üçün öz əməkdaşlarını və tərəfdarlarını səfərbər ediblər. Zurabişvili ölkədə yeni parlament seçkisinin təyin edilməyəcəyi təqdirdə hakimiyyəti "rejimin süqutu" ilə hədələyib. Gürcü ekspert David Çikelidze bildirib ki, Salome Zurabişvili reallıq hissini çoxdan itirib, o, gürcü xalqına deyil, kollektiv Qərbə xidmət edir: "Oktyabrın 26-da gürcü xalqı öz seçimini edib, bunu heç kimin yoxlamağa, sorğu-sual etməyə haqqı yoxdur. Salome Zurabişvilinin tələbi və rejimin dağılması təhlükəsi ilə bağlı fikirləri ciddi deyil. Çünki bu gün Gürcüstanda rejim yox, demokratik yolla seçilmiş hökumət var. Dekabrın 29-da Salome Zurabişvili prezident iqamətgahı ilə vidalaşmaq məcburiyyətində qalacaq ki, bu da qütbləşmənin zəifləməsinin başlanğıcı olacaq. Həmin vaxtdan sonra da Gürcüstanda daxili gərginlik xeyli düşəcək və bu gün mövcud olan dalğalanmalar azalmağa doğru gedəcək".

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..

28.10.2026 / 14:10
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi...

28.10.2026 / 13:58
"Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil" – Məhkəmə bankın iddiasını rədd etdi...

28.10.2026 / 13:46
“Sapı özümüzdən olan” qüvvələrin təxribatlarına ayıq-sayıqıq" - Allahşükür Paşazadə

28.10.2026 / 13:44
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" - Obama Trampın 2 ilini yıxıb-sürüdü...

28.10.2026 / 13:30
Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirildi - FOTO

28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi – “problemi iki dəqiqəyə həll edər"...

28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

28.10.2026 / 12:40
Bakıda dizellə işləyən avtobuslar istismardan çıxarılır - tarix AÇIQLANDI

28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...

28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı

28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

28.10.2026 / 10:43
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - Prezident

28.10.2026 / 10:41
Prezident İlham Əliyev İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət etdi

28.10.2026 / 10:39
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI AÇIQLANDI...

28.10.2026 / 10:28
İsraildə seçki düyünü – heç kim təkbaşına hökumət qurmaq üçün lazım olan səsi toplaya bilmədi...

28.10.2026 / 10:11
Azərbaycan nefti ucuzlaşdı - 122 dollar...

28.10.2026 / 09:56
ABŞ “Patriot”larını Yaxın Şərqə yığır…

28.10.2026 / 09:30
Tramp tezliklə Putin və Zelenski ilə görüşəcəyini açıqladı.

28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu - aktivləri donduruldu

28.10.2026 / 08:21
İsraildə parlament seçkilərində pat vəziyyəti yaranıb - exit-pollar nəticə açıqlaya bilmir

28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” - 85 nəfər saxlandı

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...

27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...

27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır

27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi

27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...

27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib - FOTO

27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...

27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb - FOTO

27.10.2026 / 17:27
Azərbaycanda yeni Komissiya yaradılır

27.10.2026 / 17:20
Azad edilmiş ərazilərdə ən böyük memorial kompleks Ağdamda yaradılacaq...

27.10.2026 / 17:06
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTO

27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...

27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...

27.10.2026 / 16:37
AMEA alimləri Pezeşkiana çağırış etdi - İranda azərbaycanlılar üçün ana dilində məktəblər açılsın...

27.10.2026 / 16:30
Hakimlər qarşısında tələb qoyuldu - süründürməçiliyə və təhqirə yol verilməsin!

27.10.2026 / 16:17
Zəngəzur dəhlizində erməni sərhədçilər yalnız müşahidəçi olacaq – ABŞ səfirliyi açıqladı...

27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...

27.10.2026 / 15:46
Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanış olublar - FOTO

27.10.2026 / 15:41
Tramp bütün hərbi bazalarını "90 günlük müharibəyə" hazırlayır - hədəf kimdir?

27.10.2026 / 14:36
Prezidentin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - VİDEO

27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı - ələ keçirilən arsenalın taleyinə Livan qərar verir

27.10.2026 / 14:01
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - FOTO

27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" - Fərid Şəfiyev

27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" - Ozodbek Nazarbekov

27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" - Türkmənistanın mədəniyyət naziri

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ