çərşənbə günü, 28 oktyabr 2026
     

Rusiya rəsmiləri təyyarə qəzasına susduqca batır...

Image


"Azərbaycan Hava Yolları" (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin dekabrın 25-də Qazaxıstan ərazisində qəzaya uğramış Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsinin Rusiya ərazisində "Pantsir-S1" hava hücumundan müdafiə sistemi tərəfindən vurulması barədə xəbər dünyada hələ də geniş şəkildə müzakirə olunur. 

Bir daha xatırladaq ki, vurulan təyyarədə 67 nəfər - 62 sərnişin, 5 ekipaj üzvü olub. Onlardan 38 nəfər ölüb, 29 nəfər sağ qalıb. Sərnişinlər arasında 37 Azərbaycan vətəndaşı olub, onlardan 23-ü ölüb, 14-ü sağ qalıb. Qırğızıstandan üç sərnişin olub, hamısı sağ qalıb. 16 Rusiya vətəndaşı olub, onlardan 7-i ölüb, 9-u sağ qalıb. 6 sərnişin Qazaxıstandan olub, hamısı ölüb. Təyyarənin ekipajı 5 nəfərdən ibarət olub: 3 nəfər ölüb, 2 nəfər sağ qalıb.

Təyyarənin qəzaya uğraması nəticəsində sağ qalan bələdçi Zülfüqar Əsədov  baş verənlərlə bağlı maraqlı məqamalra toxunub. O qeyd edib ki, təyyarə Qroznı hava limanına üç dəfə eniş etməyə çalışıb, lakin sıx duman səbəbindən alınmayıb: "Üçüncü eniş alınmadıqdan sonra təyyarə yüksəkliyə qalxdı və yaxın aeroportlara eniş axtardı. Bu zaman təyyarəyə xarici təsir hiss etdik. Sərnişinlər çaxnaşmaya başladılar və biz onları sakitləşdirməyə başladıq. Bundan dərhal sonra ikinci zərbəni hiss etdik və bu zaman qolumda ağrı hiss etdim. Məni ağır yaralayan qəlpə idi və mən qan itirməyə başladım. Bundan sonra daha bir partlayış səsi gəldi ki, bunu həm biz, həm də sərnişinlər hiss etdi". Bələdçi bildirib ki, komandir başqa hava limanına uçmaq qərarına gəlib, lakin yaxın şəhərlər təyyarəni qəbul etməyib və o, Aktauya uçmalı olub. Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin  rəhbəri Dmitri Yadrov bildirib ki, təyyarə qəzası saatlarında Qroznı ətrafındakı vəziyyət mürəkkəb idi. Çünki Rusiya Federasiyası "Kovyor" planının həyata keçirilməsinə başlamışdı: "Kovyor" planı - bütün uçuş aparatları üçün qapalı səma rejimi və havada olan bütün təyyarə və ya helikopterlərin dərhal yerə enməsi və ya müəyyən zonadan çıxarılması əmridir. Bu plan müxtəlif səbəblərdən tətbiq edilə bilər: məsələn, uçuşlar üçün təhlükə yaradan qəfil hava şəraiti dəyişiklikləri zamanı və sair. Ən yaxın hava limanının dispetçeri hava gəmilərinə "Kovyor" əməliyyatının aktivləşdirilməsi barədə məlumat verir, hərbi tezliklərdə isə əmr hava hücumundan müdafiə üzrə növbətçi tərəfindən ötürülür". Amma nədənsə, Azərbaycan təyyarəsinə belə xəbər verilməyib və o vurulub. Bunu rusiyalı hərbi ekspert Pavel Felgenhauer də etiraf edir: "Azərbaycan təyyarəsinin vurulduğunu müəyyən etmək çox asandır. Təyyarədə şrapnel, yəni dəyirmi güllələrlə dolu partlayıcı artilleriya mərmisinin izi var, ya da yox. Bunu müəyyən etmək bu qədər bəsitdir. Ona görə də, şrapnelin dəqiq xarakter izləri tezliklə müəyyən olunacaq. Hətta həlak olanların bədənlərində də onun izləri qalır. Bunu gizlətmək mümkün deyil. "Embraer" təyyarəsinin istehsal edildiyi Braziliyanın nümayəndələri də bunu müəyyən edə bilər".

Pavel Felgenhauer Rusiyanın Azərbaycan təyyarəsinə niyə yaxınlıqdakı aerodromlara enişə icazə verməməsini anlaya bilmədiyini qeyd edib: "Əgər vurublarsa belə, niyə təyyarə Qazaxıstana istiqamətləndirilsin? Qazaxıstanda təyyarə qəzasının müstəqil araşdırılması ehtimalı var. Məntiqlə, təyyarənin Rusiya ərazisinə endirilməsinə icazə verilməliydi ki, araşdırmanı da Rusiya tərəfi həyata keçirsin. Bu beynəlxalq qaydadır. Təhqiqatı, təyyarə qəzası hansı ölkənin ərazisində baş verirsə, o aparır. Ona görə də, təyyarə niyə Aktauya istiqamətləndirilib, bunu anlaya bilmirəm". Ekspert APA-ya açıqlamasında Rusiyanın PUA hücumu olan zaman həmin regionun hava məkanını, hava limanlarını bağladığını bildirib: "Görünür ki, burada nəsə baş verib, təsadüfən raket buraxılıb. Belə hallar olub. Yadınızdadırsa, Ukrayna təyyarəsi Tehran üzərində vurulmuşdu. O zaman təyyarədə olan hər kəs həlak olmuşdu. İran tərəfi öz səhvini etiraf etmişdi. Ona görə də Rusiyanın özünü bu qədər qəribə aparmasının səbəbini deyə bilmirəm. Əgər elan olsunsa ki, təyyarə qəzasında zədələyici elementlərin təsiri olub, yəni raketlə vurulub, bu əlbəttə ki, xoşagəlməyən vəziyyət olacaq. İran Ukrayna təyyarəsini vuranda bunu etiraf elədi. Ona görə də düşünürəm ki, Rusiya da əvvəl-axır etiraf etməlidir. Çünki burada həqiqəti gizlətmək olmaz. Əgər faktlar varsa, onları gizlətmək mənasız olacaq. Baxaq görək necə olur". Felgenhauer Hava Hücumundan Müdafiə Sistemi olan "Pantsir-S"-Zenit Raket Kompleksindən buraxılan raketin döyüş hissəsinin partlaması ilə bağlı vəziyyətə də aydınlıq gətirib: "Zenit raketi təyyarənin göyərtəsinə dəyib partlamır. Təyyarəyə çatmamış müəyyən məsafədə partlayır və onun şrapnelləri təyyarəni vurur. Amma digər, misal üçün, "İqla" raketləri birbaşa təyyarəni vurur, yəni raket birbaşa təyyarəyə dəyir. Ona görə də həmin şrapnellərin izləri təyyarədə qalmalıdır. Azərbaycan təyyarəsinin quyruq hissəsində həmin izlərin olduğu müşahidə olunur. Bu izlər həm təyyarədə, həm də sərnişinlərin üzərində qalmalıdır. Bu faktları gizlətmək mümkün deyil". Rusiyalı politoloq Aleksey Naumovun da məsələyə münasibəti olduqca maraqlı olub: "Şəxsən mən Rusiyanın Azərbaycan təyyarəsi məsələsində uzun müddət susqunluğunu həm ümumi çaşqınlıq hissi ilə, həm də mərkəzlə Çeçenistan arasındakı münasibətlərin xüsusiyyətləri ilə izah edirəm: aydınlaşdırmaq, nəzərə almaq və razılaşdırmaq. Qərarvermə sistemimiz böyük, mürəkkəb və ləngdir. Sülhməramlılarımız Azərbaycan ordusunun səhv atəşi nəticəsində həlak olanda dərhal üzrxahlıq, izahat və təzminat ödənilməsi prosesi oldu - bunlar prezidentin hər bir detala diqqət yetirdiyi kompakt qərar qəbuletmə sisteminin üstünlükləridir. Rusiya bu cür hərəkətlilik üçün çox böyükdür, inanıram ki, onun lideri hər gün daha çox problem həll etməlidir. Hər halda ümid edirəm ki, vəziyyət oxşar halların həll edildiyi kimi aydınlaşdırılacaq və həll olunacaq, hələ ki, Moskva susur, başqaları danışır. Və onlar eşidilir".

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..

28.10.2026 / 14:10
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi...

28.10.2026 / 13:58
"Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil" – Məhkəmə bankın iddiasını rədd etdi...

28.10.2026 / 13:46
“Sapı özümüzdən olan” qüvvələrin təxribatlarına ayıq-sayıqıq" - Allahşükür Paşazadə

28.10.2026 / 13:44
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" - Obama Trampın 2 ilini yıxıb-sürüdü...

28.10.2026 / 13:30
Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirildi - FOTO

28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi – “problemi iki dəqiqəyə həll edər"...

28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

28.10.2026 / 12:40
Bakıda dizellə işləyən avtobuslar istismardan çıxarılır - tarix AÇIQLANDI

28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...

28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı

28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

28.10.2026 / 10:43
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - Prezident

28.10.2026 / 10:41
Prezident İlham Əliyev İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət etdi

28.10.2026 / 10:39
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI AÇIQLANDI...

28.10.2026 / 10:28
İsraildə seçki düyünü – heç kim təkbaşına hökumət qurmaq üçün lazım olan səsi toplaya bilmədi...

28.10.2026 / 10:11
Azərbaycan nefti ucuzlaşdı - 122 dollar...

28.10.2026 / 09:56
ABŞ “Patriot”larını Yaxın Şərqə yığır…

28.10.2026 / 09:30
Tramp tezliklə Putin və Zelenski ilə görüşəcəyini açıqladı.

28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu - aktivləri donduruldu

28.10.2026 / 08:21
İsraildə parlament seçkilərində pat vəziyyəti yaranıb - exit-pollar nəticə açıqlaya bilmir

28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” - 85 nəfər saxlandı

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...

27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...

27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır

27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi

27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...

27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib - FOTO

27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...

27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb - FOTO

27.10.2026 / 17:27
Azərbaycanda yeni Komissiya yaradılır

27.10.2026 / 17:20
Azad edilmiş ərazilərdə ən böyük memorial kompleks Ağdamda yaradılacaq...

27.10.2026 / 17:06
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTO

27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...

27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...

27.10.2026 / 16:37
AMEA alimləri Pezeşkiana çağırış etdi - İranda azərbaycanlılar üçün ana dilində məktəblər açılsın...

27.10.2026 / 16:30
Hakimlər qarşısında tələb qoyuldu - süründürməçiliyə və təhqirə yol verilməsin!

27.10.2026 / 16:17
Zəngəzur dəhlizində erməni sərhədçilər yalnız müşahidəçi olacaq – ABŞ səfirliyi açıqladı...

27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...

27.10.2026 / 15:46
Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanış olublar - FOTO

27.10.2026 / 15:41
Tramp bütün hərbi bazalarını "90 günlük müharibəyə" hazırlayır - hədəf kimdir?

27.10.2026 / 14:36
Prezidentin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - VİDEO

27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı - ələ keçirilən arsenalın taleyinə Livan qərar verir

27.10.2026 / 14:01
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - FOTO

27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" - Fərid Şəfiyev

27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" - Ozodbek Nazarbekov

27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" - Türkmənistanın mədəniyyət naziri

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ