çərşənbə günü, 28 oktyabr 2026
     

Rusiya-Ukrayna müharibəsindən Türkiyə çıxdı, daha doğrusu, Rusiya onu çıxardı...

Image


Azərbaycan və Türkiyə qardaş ölkə, strateji müttəfiq kimi xarici siyasət sahəsində də eyni mövqedən çıxış etməkdədirlər. Bu, Suriya məsələsində bir daha özünü qabarıq formada büruzə verdi. Sözügedən ölkənin gələcəyinin müəyyən edilməsində Azərbaycan və Türkiyə, ümumən türk faktorununhəlledici rola malik olduğuartıq dünya miqyasında qəbul edilir.

Bütün bunlardan narazı qalanlar da yox deyil. Rusiya və İran hadisələrin bu səpkidə inkişafından heç də razı deyillər. Elə bunlar fonunda ilk növbədə Rusiyanın Türkiyəyə münasibətində artıq dəyişikliklər özünü göstərir. Hətta Kreml Ukrayna böhranının həllində indi Türkiyənin vasitəçiliyindənaçıq şəkildə imtina edir. Halbuki, Ukraynadakı müharibənin həlli ilə bağlı əsaslı çözüm məhz Ankaranın vasitəçiliyi sayəsində İstanbulda baş tutmuşdu. Amma indi Rusiya Türkiyəni Slovakiya ilə dəyişməyə can atır. Bu hal Slovakiyanın baş naziri Robert Fikonun Rusiyaya səfərindən sonda özünü qabarıq göstərir. Halbuki. Ukrayna Slovakiyanın vasitəçiliyinə qarşı çıxır. Robert Fiko özü də   bildirib ki, onun Rusiyaya səfəri Ukrayna prezidenti Volodimir Zelenskinin ölkə ərazisindən qaz tranzitinin dayandırılması ilə bağlı sözlərinə reaksiyadır: "Mənim Rusiyada görüşüm sualıma cavab verən Volodimir Zelenskinin Ukraynadan bizim Slovakiya ərazisinə qaz tranziti ilə bağlı istənilən variantın əleyhinə olduğu barədə sözlərinə reaksiya idi". Qeyd edək ki, Moskvada səfərdə olarkən Robert Fiko Kremldə Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Aparılan danışıqlardan sonra media üçün birgə bəyanat verilməyib.Onun bu addımı xüsusilə Avropa İttifaqının Rusiyadan enerji asılılığını azaltmaq cəhdləri fonunda diqqət çəkir. "Politico" nəşri Robert Fikonun Moskvaya səfərini "şokedici qərar" adlandıraraq, bunun Avropa liderləri arasında müzakirələrə səbəb olacağını qeyd edib. Nəşr vurğulayıb ki, bu səfər Aİ-nin Moskva ilə enerji sahəsindəki asılılığına son qoymaq öhdəliyinə ziddir. "Financial Times" yazır ki, səfər Slovakiya ilə Ukrayna arasında enerji təhlükəsizliyi məsələsindəki gərginliklər fonunda baş tutub. Xüsusilə, keçən həftə Brüsseldə Ukrayna prezidenti Volodimir Zelenski ilə Robert Fiko arasında keçirilən görüşün gərgin keçdiyi bildirilib. İtaliyanın "Quotidiano Nazionale" nəşri Fitso ilə Rusiya prezidenti Vladimir Putin arasında keçirilən görüşə diqqət çəkərək, bu iki siyasətçi arasında münasibətlərin istiliyini vurğulayıb. Nəşr 2016-cı ildən bəri bu iki liderin ilk dəfə birbaşa görüş keçirdiyini qeyd edib.

Görüşlərdən sonra Rusiya prezidenti Vladimir Putin bildirib ki, Slovakiya Ukraynadakı münaqişənin həlli üzrə dialoq üçün öz ərazisini verməyə hazırdır. Putin münaqişə tərəfləri arasında dialoqa kömək edə biləcək bu cür təşəbbüslərin vacibliyini vurğulayıb: Slovakiyanın vasitəçi kimi çıxış etmək istəyi Ukraynadakı vəziyyətlə bağlı danışıqlar və əsas məsələlərin müzakirəsi üçün yeni imkanlar aça bilər". Slovakiyanın xarici işlər naziri Juraj Blanar bildirib ki, onun ölkəsi Ukrayna və Rusiya arasında sülh prosesinə fəal töhfə verməyə hazırdır. O qeyd edib ki, ölkəsi ardıcıl olaraq sülh təşəbbüslərini dəstəkləyir və danışıqlar üçün öz platformasını təklif edir. Robert Fiko özü də yenidən bu mövzuya toxunaraq bildirib ki, Slovakiya Ukrayna üzrə sülh danışıqlarına ev sahibliyi etməyə hazırdır: "Əgər kimsə Slovakiyada sülh danışıqlarını təşkil etmək istəsə, o zaman biz hazır və qonaqpərvər olacağıq". Slovakiya hökuməti başçısının sözlərinə görə, Bratislava istənilən səviyyədə Rusiya-Ukrayna müharibəsi ilə bağı sülhə dair danışıqları qəbul etməyə hazırdır. Bu fonda Robert Fikonun dediyi digər bir məsələ də xüsusu diqqət çəkir. O qeyd edir ki, əgər Ukrayna Rusiya qazının öz ərazisindən tranzitinə icazə verməsə, iki ölkə arasında münaqişəli vəziyyət yarana bilər: "Əgər Zelenski bizim qazımızı buraxmasa, ciddi münaqişə başlaya bilər". Slovakiya Ukrayna vasitəsilə Rusiya qazının tranzitinin davam etdirilməsinə dəstək üçün özünün və qonşu ölkələrin qaz sənayesi şirkətlərini - Avstriya, Macarıstan və İtaliyadan olan təchizatçılar, istehlakçılar, qaz kəmərlərinin operatorlarını birləşdirib. Slovakiya Rusiya qazını Ukrayna vasitəsilə alır. "Qazprom"un "Naftogaz Ukraine" ilə uzunmüddətli tranzit müqaviləsi bu il başa çatır və Ukrayna tərəfi dəfələrlə onu uzatmaq niyyətində olmadığını bəyan edib. Bu arada onu da xatırladaq ki, Ukrayna prezidenti Volodimir Zelenski Robert Fikonu Moskvaya səfər edərək Rusiya prezidenti Vladimir Putinlə görüşməsini tənqid edib: "Biz həyat uğrunda mübarizə aparırıq, Fiko isə pul uğrunda mübarizə aparır, özü də çətin ki, Slovakiya üçün pul uğrunda. Putinlə gizli sövdələşmələr ya dövlət maraqlarının satılması, ya da öz cibinə işləməkdir". Zelenskinin sözlərinə görə, Kiyev ona Rusiya qazının tranziti ilə bağlı alternativlər təklif etsə də, Slovakiya hökumətinin başçısı üçün Moskva daha sərfəlidir: Biz ona həm slovakların - məhz slovakların - Rusiya tranzitindən yaranan itkilərin mümkün təzminatı ilə bağlı, həm də Avropa Komissiyasının sorğusu əsasında tranzit alternativləri - Rusiyadan başqa istənilən qazın tranziti ilə bağlı təklif verdik. Bunu etməyə hazır idik. Fiko slovaklar üçün təzminat istəmədi. Avropa Komissiyası ilə isə əməkdaşlıq etmək istəmir. Onun üçün nədənsə Moskvada daha sərfəlidir. Avropada hamı bunun səbəbini başa düşür. Başa düşməyən yoxdur".

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..

28.10.2026 / 14:10
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi...

28.10.2026 / 13:58
"Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil" – Məhkəmə bankın iddiasını rədd etdi...

28.10.2026 / 13:46
“Sapı özümüzdən olan” qüvvələrin təxribatlarına ayıq-sayıqıq" - Allahşükür Paşazadə

28.10.2026 / 13:44
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" - Obama Trampın 2 ilini yıxıb-sürüdü...

28.10.2026 / 13:30
Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirildi - FOTO

28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi – “problemi iki dəqiqəyə həll edər"...

28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

28.10.2026 / 12:40
Bakıda dizellə işləyən avtobuslar istismardan çıxarılır - tarix AÇIQLANDI

28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...

28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı

28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

28.10.2026 / 10:43
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - Prezident

28.10.2026 / 10:41
Prezident İlham Əliyev İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət etdi

28.10.2026 / 10:39
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI AÇIQLANDI...

28.10.2026 / 10:28
İsraildə seçki düyünü – heç kim təkbaşına hökumət qurmaq üçün lazım olan səsi toplaya bilmədi...

28.10.2026 / 10:11
Azərbaycan nefti ucuzlaşdı - 122 dollar...

28.10.2026 / 09:56
ABŞ “Patriot”larını Yaxın Şərqə yığır…

28.10.2026 / 09:30
Tramp tezliklə Putin və Zelenski ilə görüşəcəyini açıqladı.

28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu - aktivləri donduruldu

28.10.2026 / 08:21
İsraildə parlament seçkilərində pat vəziyyəti yaranıb - exit-pollar nəticə açıqlaya bilmir

28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” - 85 nəfər saxlandı

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...

27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...

27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır

27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi

27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...

27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib - FOTO

27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...

27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb - FOTO

27.10.2026 / 17:27
Azərbaycanda yeni Komissiya yaradılır

27.10.2026 / 17:20
Azad edilmiş ərazilərdə ən böyük memorial kompleks Ağdamda yaradılacaq...

27.10.2026 / 17:06
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTO

27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...

27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...

27.10.2026 / 16:37
AMEA alimləri Pezeşkiana çağırış etdi - İranda azərbaycanlılar üçün ana dilində məktəblər açılsın...

27.10.2026 / 16:30
Hakimlər qarşısında tələb qoyuldu - süründürməçiliyə və təhqirə yol verilməsin!

27.10.2026 / 16:17
Zəngəzur dəhlizində erməni sərhədçilər yalnız müşahidəçi olacaq – ABŞ səfirliyi açıqladı...

27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...

27.10.2026 / 15:46
Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanış olublar - FOTO

27.10.2026 / 15:41
Tramp bütün hərbi bazalarını "90 günlük müharibəyə" hazırlayır - hədəf kimdir?

27.10.2026 / 14:36
Prezidentin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - VİDEO

27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı - ələ keçirilən arsenalın taleyinə Livan qərar verir

27.10.2026 / 14:01
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - FOTO

27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" - Fərid Şəfiyev

27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" - Ozodbek Nazarbekov

27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" - Türkmənistanın mədəniyyət naziri

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ