çərşənbə günü, 28 oktyabr 2026
     

Təyyarə qəzasına görə Rusiya Kiyevi suçlayır, Kiyev ədalətli araşdırma tələb edir...

Image


Cabbar Məmmədov: "Bu tip məsələlər elə incə məsələdir ki, istintaq müddətində hətta bizim hamımızı şoka sala biləcək, heç kimin ağlına gəlməyən, gözlənilməyən tamam başqa versiyalar da ortaya çıxa bilər – bunu müstəntiqlər yaxşı bilir"

AZAL-a məxsus "Embraer 190" təyyarənin Aktau yaxınlığinda qəzaya uğramasından dərhal sonra Rusiya XİN sözçüsü təyyarəyə dron hücumu versiyasını dövriyyəyə buraxmaqla, dolayısı ilə qəzada Ukrayna silahlu qüvvələrini suçlanaga cəhd göstərdi. 

Belə ki, son günlər Şimali Qafqaza Ukrayna dronlarının hücumu, demək olar ki, hər gün davam edir. Təyyarə qəzaya uğrayan gün də Çeçenistana dron hücumü müşahidə edilirdi. Lakin təsdiq edildi ki, "Embraer 190" Çeçenistan hava məkanı bağlanmazdan azı 5 dəqiqə əvvəl vurulub. Digər tərəfdən, təyyarənin gövdəsindəki zədələr dron sursatlarının deyil, məhz HHM sistemlərinin sursatlarınin açdıği zədələrdir.

Yəni qəzada Ukrayna silahlı qüvvələrinin günahi təsdiqlənmədi. Əsas səbəb isə Rusiya ilə Ukrayna arasında gedən müharibədir ki, onu da Moskva başladıb.

Məsələ isə bağlı rəsmi Kiyev mövqeini açıqlayıb. Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Azərbaycan Hava Yollarına məxsus təyyarənin Bakı-Qroznı reysini yerinə yetirərkən Aktauda qəzaya uğraması ilə bağlı bildirib ki, Rusiya mətbuatı qəzanın səbəbləri ilə bağlı yalan məlumat yayıb və böyük ehtimalla, cinayətlərinin sübutunu gizlətmək üçün zədələnmiş təyyarəni dənizdən keçməyə məcbur edib.

Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması dəhşətli hadisədir.

Biz günahkarların məsuliyyətə cəlb olunmasını təmin etmək üçün ədalətli və qərəzsiz araşdırma tələb edirik. Biz Rusiyanın yalan danışmasına, məsuliyyətdən yayınmasına və təqsirdən yayınmasına imkan verməməliyik"

"Uçuşun və enişin idarəolunmaz vəziyyətə gəldiyini görüb, komandir özü dənizə enmək qərarı verib..."

Məsələ ilə bağlı baki-xeber.com saytı siyasi araşdırmaçı, "Diplomatik psixologiya" kitabının müəllifi Cabbar Məmmədova bir neçə sual ünvanlayıb.

- Cabbar bəy, Bakı-Qroznı reysi ilə uçan təyyarəmizin Rusiya HHQ tərəfindən vurulmasını necə qiymətləndirirsiniz? Bunu Türkiyənin Suriyada Rusiya üzərində qələbəsinə cavab olaraq Rusiyanın Türkiyəni cəzalandırılması faktı kimi dəyərləndirmək olarmı – nəzərə alaraq ki, Azərbaycan Türkiyənin əzizi, doğmasıdır?

- Hər 2 məsələ ilə bağlı cavab birmənalı olaraq "xeyr"dir. Əvvəla Rusiyanı Suriyadan Türkiyə çıxarmayıb, o özü hansısa gizli razılaşmanın nəticəsi kimi könüllü olaraq oranı tərk edib və Türkiyə də onun orada boş qalmış mövqelərini tutub, yəni onu zorla çıxaran olmayıb.  İkincisi isə, təyyarəmizin vurulmasını həqiqətən təsadüf hesab edirəm, mən burada hər hansı qərəz, məqsədli addım görmürəm.

- Yəni demək istəyirsiniz ki, kosmosdan hətta kimin öz evində nə etdiyini belə görən Rusiya o boyda mülki təyyarəni hərbi təyyarədən ayırd edə bilməyib və səhvə yol verib?

- Təyyarənin sağ qalan ekipaj üzvlərinin və digər sərnişinlərinin bu müddətdə yayılan müsahibələrini, həmçinin onların fikirləri ilə üst-üstə düşən və buna görə də həqiqiliyi şübhə doğurmayan yayılmış stenoqram yazısını ətraflı araçdıranda görmək olur ki, təyyarənin nə Qroznı aereportuna, nə də yaxınlıqdakı digər aeroportlara enişinə Rusiya tərəfdən hər hansı maneə olmayıb. Sadəcə, Qroznıda enişə hava şəraiti mane olub və təyyarə komandiri təlimata uyğun olaraq digər aeroporta üz tutub. Belə desək, qabaqcadan razılaşdırılmış marşrutu qəfildən dəyişib və beləliklə də "minalı" sahəyə daxil olub. Nəzərə alsaq ki, o zona onsuz da hərbi baxımdan risqli ərazidir və həmin gün də 20-25 dəqiqə əvvəl o əraziyə Ukrayna dronları hücum etdiyi üçün hələ də HHM sistemleri 1 nömrəli hərbi vəziyyətə gətirilmişdi, o zaman Bakı-Qroznı marşrutundan çox kənarda gözlənilməyən hansısa bir uçan obyektin radarlara  düşməsinin "ştatdankənar" vəziyyət olduğunu anlamaq olur. Və xüsusi olaraq onu da nəzərə almaq lazımdır ki, bugünkü HHM kompleksləri 90% halda avtomatik rejimdə fəaliyyət göstərir. Çünki neçə kilometr yüksəklikdə uçan obyektin nə olmasını adi insan gözü nə görə bilər, nə də görsə də zenit raketlərini təcili olaraq ona tuşlamağa vaxtı, qabiliyyəti çatar. Bu səbəbdən də, yaranmış "ştatdankənar" vəziyyətdə Rusiyanın Çeçenistanda yerləşdirdiyi HHM komplekslərinin avtomatik rejimdə işə düşüb atəş açması mümkündür.

- Bəs Rusiya tərəfinin izləri itirmək üçün təyyarəmizi qəsdən dənizə sarı yönəltməsi barədə nə deyərdiniz?

- Bələdçilərin də dediyindən aydın olur ki, heç kim onları qəsdən dənizə yönəltməyib. Uçuşun və enişin idarəolunmaz vəziyyətə gəldiyini görüb, komandir özü dənizə enmək qərarı verib, lakin ola bilsin, dənizə yaxınlaşanda radielektron mübarizə qurğularının təsirindən çıxdıqları üçün təyyarənin naviqasiya sistemi işə düşüb və komandir artıq idarəçiliyin qismən bərpa olunduğunu görüb, quruya eniş edə biləcəyinə inanıb və Aktauya sarı uçub. Ola da bilər, ilk anda quş dəstəsi ilə toqquşduqlarını düşünsələr də, sonra raket zərbəsindən də şübhələniblər və buna görə istənilən halda buradan mümkün qədər uzaqlaşmaq istəyiblər.

- Bəs niyə Rusiya tərəfi ilk gündən ancaq fikirləri raket zərbəsindən yayındırmaq üzərində çalışır, bunu gah dron hücumu, gah quşla toqquşma kimi cəmiyyətə çatdırmaq istəyir?

- Mən Rusiya rəsmilərinin belə fikrinə rast gəlməmişəm. Bu, ayrı-ayrı şəxslərin versiyası olub. Rusiya rəsmilərinin sözçüsü Mariya Zaxarova ilk gündən bunun HHM sisteminin səhvi ola biləcəyini rəsmən bəyan edib.

- Bəs belədirsə Rusiya tərəfi nəyə görə hələ də Azərbaycandan üzr istəməyib?

- Bilirsiniz, ortada hələ heç bir rəsmi qərar yoxdur ki, təyyarəni həqiqətən Rusiya raketləri vurub, yoxsa terror qruplaşmaları vurub. Necə ki, hətta 1000 insanın gözü qarşısında 100 adamı öldürmüş insana məhkəmə qərarı olmadan kiminsə "cinayətkar" deməsi düzgün sayılmır, burada da prosedur qayda belədir ki, ortada komissiyaların rəsmi qərarı olmayınca, rəsmi şəxslər nəsə deyə bilməz. Bu tip məsələlər elə incə məsələdir ki, istintaq müddətində hətta bizim hamımızı şoka sala biləcək, heç kimin ağlına gəlməyən, gözlənilməyən tamam başqa versiyalar da ortaya çıxa bilər - bunu müstəntiqlər yaxşı bilir. Yəni üzrxahlıq məsələsi komissiyaların qərarından sonra olur, əvvəl yox.

Akif NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..

28.10.2026 / 14:10
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi...

28.10.2026 / 13:58
"Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil" – Məhkəmə bankın iddiasını rədd etdi...

28.10.2026 / 13:46
“Sapı özümüzdən olan” qüvvələrin təxribatlarına ayıq-sayıqıq" - Allahşükür Paşazadə

28.10.2026 / 13:44
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" - Obama Trampın 2 ilini yıxıb-sürüdü...

28.10.2026 / 13:30
Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirildi - FOTO

28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi – “problemi iki dəqiqəyə həll edər"...

28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

28.10.2026 / 12:40
Bakıda dizellə işləyən avtobuslar istismardan çıxarılır - tarix AÇIQLANDI

28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...

28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı

28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

28.10.2026 / 10:43
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - Prezident

28.10.2026 / 10:41
Prezident İlham Əliyev İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət etdi

28.10.2026 / 10:39
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI AÇIQLANDI...

28.10.2026 / 10:28
İsraildə seçki düyünü – heç kim təkbaşına hökumət qurmaq üçün lazım olan səsi toplaya bilmədi...

28.10.2026 / 10:11
Azərbaycan nefti ucuzlaşdı - 122 dollar...

28.10.2026 / 09:56
ABŞ “Patriot”larını Yaxın Şərqə yığır…

28.10.2026 / 09:30
Tramp tezliklə Putin və Zelenski ilə görüşəcəyini açıqladı.

28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu - aktivləri donduruldu

28.10.2026 / 08:21
İsraildə parlament seçkilərində pat vəziyyəti yaranıb - exit-pollar nəticə açıqlaya bilmir

28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” - 85 nəfər saxlandı

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...

27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...

27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır

27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi

27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...

27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib - FOTO

27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...

27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb - FOTO

27.10.2026 / 17:27
Azərbaycanda yeni Komissiya yaradılır

27.10.2026 / 17:20
Azad edilmiş ərazilərdə ən böyük memorial kompleks Ağdamda yaradılacaq...

27.10.2026 / 17:06
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTO

27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...

27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...

27.10.2026 / 16:37
AMEA alimləri Pezeşkiana çağırış etdi - İranda azərbaycanlılar üçün ana dilində məktəblər açılsın...

27.10.2026 / 16:30
Hakimlər qarşısında tələb qoyuldu - süründürməçiliyə və təhqirə yol verilməsin!

27.10.2026 / 16:17
Zəngəzur dəhlizində erməni sərhədçilər yalnız müşahidəçi olacaq – ABŞ səfirliyi açıqladı...

27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...

27.10.2026 / 15:46
Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanış olublar - FOTO

27.10.2026 / 15:41
Tramp bütün hərbi bazalarını "90 günlük müharibəyə" hazırlayır - hədəf kimdir?

27.10.2026 / 14:36
Prezidentin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - VİDEO

27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı - ələ keçirilən arsenalın taleyinə Livan qərar verir

27.10.2026 / 14:01
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - FOTO

27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" - Fərid Şəfiyev

27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" - Ozodbek Nazarbekov

27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" - Türkmənistanın mədəniyyət naziri

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ