Cənubi Koreya Kəşfiyyat Xidməti (NIS) Ukrayna əsgərləri tərəfindən ilk dəfə bir Şimali Koreya əsgərinin əsir götürüldüyünü açıqlayıb.
Bildirilir ki, Şimali Koreya əsgəri Rusiyanın Kursk bölgəsində döyüşdə yaralanıb və Ukrayna qüvvələri tərəfindən əsir götürülüb. Əsgərin rütbəsi ilə bağlı məlumat verilməsə də, Telegram sosial media platformasında ona aid olduğu iddia edilən bir fotoşəkil paylaşılıb.
Sonradan isə Cənubi Koreya kəşfiyyat əsir düşən Şimali koreyalı əsgərin həyatını itirdiyini bildirib.
TAHİR