çərşənbə günü, 28 oktyabr 2026
     

Azərbaycanda 2-ci katolik kilsəsi tikilir...

Image


Azərbaycanın tolerant və multikultural bir dövlət olduğunu göstərən saysız amillər, nümunələr var ki, bu, dünya tərəfindən də birmənalı olaraq qəbul edilir.

Bilirik ki, ölkəmizdə bütün ənənəvi dinlərə böyük sayğı göstərilir, o dinin daşıyıcılarına öz dini inanclarını qorumaları üçün hər bir şərait yaradılıb, ibadət etmələrindən ötrü kilsələri, sinaqoqları, dini ayinlərini icra edəcəkləri məkanları var. 

Azərbaycanda xristian dinin katolik icması da mövcuddur. Azərbaycanın katolik icması da daima dövlətdən hörmət və qayğını görür, hiss edir. 

Azərbaycanda mövcud olan dini mühit katoliklər tərəfindən də yüksək dəyərləndirilir. 

Ötən dövrlərdə Müqəddəs Taxt-Tacın Dövlət Katibi, kardinal Pietro Parol Azərbaycanda dinlərarası münasibətləri qiymətləndirərkən "Azərbaycan multikultural dövlət kimi çox yüksək zirvədə parlayır. Burada gözəl harmoniya şəraitində yaşayan Katolik Kilsəsi bu dəyərlərin gözəl təcəssümüdür"-demişdir.   

Azərbaycanda katolik kilsəsinin tarixi…

Yeri gəlmişkən, Azərbaycan Çar Rusiyası tərəfindən işğal edildikdən sonra müxtəlif xristian məzhəblərinə mənsub olanlar ölkəmizə gəlməyə başlayıb. XIX əsrdə neft yataqlarının kəşfi ilə əlaqədar olaraq Bakıya, Polşa və Litvadan olan katoliklər də daxil olmaqla, Rusiya İmperiyasının müxtəlif bölgələrindən işçilər və mühəndislər axışıblar. XIX əsrin 60-cı illərindən etibarən Bakıda katolik icması mövcud idi və 1894-cü ildə onlar Məryəmin Məsum Hamiləliyi Kilsəsini inşa ediblər.

1909-cu ildə Bakıda Müqəddəs Bakirə Məryəmin kostelinin tikintisinə başlanıb və 1912-ci ildə tamamlanıb. Bu dövrdə Bakıda katolik icması təxminən 2550 nəfərdən ibarət olub.  Lakin Sovet hakimiyyəti katolik kilsəsini təzyiqlərə məruz qoyub. 1930-cu illərin əvvəllərində Stalin dövrünün repressiyaları nəticəsində Bakıda katolik ruhaniləri edam olunub, möminlər təqib edilib və 1931-ci ildə kilsə tamamilə dağıdılıb. Bu dövrdə digər kilsələr, o cümlədən Qusardakı kilsə də istifadəsiz qalıb, Zaqataladakı kilsə isə fərdi mülkiyyətə çevrilib.

Hazırda Azərbaycanda Həvari Prefekti fəaliyyət göstərir. Bakıda Azərbaycanın hələ ki, yeganə katolik kilsəsi - Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsi yerləşir, bu kilsənin təxminən 200 nəfərlik icması var. Ümumilikdə Azərbaycanda təxminən 2000 katolik yaşayır.

Hazırda Azərbaycan və Vatikan arasında diplomatik əlaqələr qurulmuşdur. 2011-ci il iyulun 6-da Vatikan tərəfindən ratifikasiya edildikdən sonra, Azərbaycanda katolik icmasının dövlət qeydiyyatına alınması ilə bağlı Azərbaycan hökuməti ilə müqavilə qüvvəyə minmişdir. 

"Dərin multikulturalizm ənənələrinə sadiq ölkə kimi Azərbaycan bütün dinlərə, o cümlədən Katolik Kilsəsi ilə dialoqa açıqdır"

Azərbaycanda katolik dini icmasına hörmət əlaməti olaraq ikinci katolik kilsəsi inşa olunur.  

Prezident İlham Əliyevin tapşırığına əsasən, Heydər Əliyev Fondunun dəstəyi və Bakı Şəhər İcra Hakimiyyətinin sifarişi ilə Müqəddəs II İoann Pavelin şərəfinə tikiləcək katolik kilsəsinin yerləşəcəyi ərazinin arxiyepiskop Paul Riçard Gallager tərəfindən dekabrın 14-də təqdisetmə mərasimi keçirilib.

Azərbaycanda II İoann Pavelin şərəfinə tikiləcək katolik kilsəsinin yerləşəcəyi ərazinin Müqəddəs Taxt-Tacın Dövlətlər və Beynəlxalq Təşkilatlarla əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Qallager tərəfindən təqdis edilməsi münasibətilə dekabrın 14-də Bakıda qəbul keçirilib.

Qeyd olunub ki, 1997-ci ildə Ulu Öndər Heydər Əliyev və 2005-ci ildən etibarən Prezident İlham Əliyevin Vatikana, 2002-ci ildə Roma Papası II İoann Pavel, 2016-cı ildə isə Roma Papası Fransisk Azərbaycana səfərlər edib, bu səfərlər iki ölkə arasındakı əlaqələrin indiki səviyyəyə yüksəlməsinə böyük təkan verib.

Həmin görüşdə Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev "Biz mədəniyyətlərarası və dinlərarası dialoq dəyərlərinin qorunması istiqamətində fəal, səmərəli əməkdaşlığımıza xüsusi əhəmiyyət veririk. Azərbaycanda müxtəlif dinlərə və inanclara malik insanlar əsrlər boyu mehriban, qarşılıqlı hörmət şəraitində yaşayıblar. Heydər Əliyev Fondunun Vatikanın tarixi yerlərinin bərpasında iştirakı əməkdaşlığımızı daha da inkişaf etdirir və qlobal mədəni irsin qorunub saxlanmasına, mədəniyyətlərarası dialoqun inkişafına töhfə verir", - deyə bildirib.

Paul Riçard Qallager Bakıda katolik kilsəsinin tikintisi üçün ərazi ayırdığına görə Azərbaycan Prezidenti İlham Əliyevə, həmçinin Heydər Əliyev Fonduna dərin minnətdarlığını bildirib:

"Mən, həmçinin Bakının mərkəzində bu kilsənin tikintisi mümkün olduğu üçün xeyirxah insanlara təşəkkür edirəm. 2002-ci ildə bu gözəl ölkəyə səfər edən Papa II İoann Pavelin şərəfinə tikiləcək kilsə Müqəddəs Taxt-Tac ilə Azərbaycan arasında möhkəm dostluğun əbədi rəmzi olacaq". 

Azərbaycanın zəngin dini və mədəni müxtəlifliyini ifadə etdiyini bildirən Paul Qallager deyib: "Məmnunuq ki, dərin multikulturalizm ənənələrinə sadiq ölkə kimi Azərbaycan bütün dinlərlə, o cümlədən Katolik Kilsəsi ilə dialoqa açıqdır. Müqəddəs Taxt-Tac Azərbaycanla əlaqələrin və xüsusilə ədalət və sülh kimi mənəvi dəyərlərin təbliğində əməkdaşlığın bundan sonra da möhkəmləndirilməsinə sadiqdir".

Məlum olduğu kimi,  Prezident İlham Əliyev Roma Papası Fransiskə ünvanladığı təbrik məktubunda Bakıda inşa olunan ikinci katolik kilsəsinə də toxunub: "Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında formalaşmış münasibətlər bizi sevindirir. İkitərəfli əlaqələrimizin tarixi çoxsaylı qarşılıqlı səfərlər, daimi təmaslar və əlamətdar hadisələrlə zəngindir. Məmnunluqla qeyd etmək istərdim ki, ölkəmizdə sayca ikinci olacaq və Papa II İohann Pavelin şərəfinə ucaldılacaq yeni katolik kilsəsi ölkəmizdə katolik dini icmasına göstərilən böyük diqqət və qayğının təzahürü, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında yüksək səviyyəli əlaqələrin yeni rəmzidir".

Əlbəttə, bu gün tolerantlığın və multikulturalizimin gerçək örnəyi olan Azərbaycanda katolik icmasının dini ibadətlərini daha geniş formada həyata keçirmək üçün ikinci bir Katolik kilsəsinin inşasını həyata keçirir. Bu onu göstərir ki, Azərbaycan dövləti və xalqı başqa dinlərin mənsublarına çox böyük hörmətlə yanaşır və onların inanclarına hetiram bəsləyir. Azərbaycanın multicultural, tolerant bir ölkə kimi bütün dünyada qəbul edilməsi təbii ki, ölkəmizin, xalqımızın qələbəsidir. 

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..

28.10.2026 / 14:10
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi...

28.10.2026 / 13:58
"Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil" – Məhkəmə bankın iddiasını rədd etdi...

28.10.2026 / 13:46
“Sapı özümüzdən olan” qüvvələrin təxribatlarına ayıq-sayıqıq" - Allahşükür Paşazadə

28.10.2026 / 13:44
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" - Obama Trampın 2 ilini yıxıb-sürüdü...

28.10.2026 / 13:30
Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirildi - FOTO

28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi – “problemi iki dəqiqəyə həll edər"...

28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

28.10.2026 / 12:40
Bakıda dizellə işləyən avtobuslar istismardan çıxarılır - tarix AÇIQLANDI

28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...

28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı

28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

28.10.2026 / 10:43
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - Prezident

28.10.2026 / 10:41
Prezident İlham Əliyev İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət etdi

28.10.2026 / 10:39
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI AÇIQLANDI...

28.10.2026 / 10:28
İsraildə seçki düyünü – heç kim təkbaşına hökumət qurmaq üçün lazım olan səsi toplaya bilmədi...

28.10.2026 / 10:11
Azərbaycan nefti ucuzlaşdı - 122 dollar...

28.10.2026 / 09:56
ABŞ “Patriot”larını Yaxın Şərqə yığır…

28.10.2026 / 09:30
Tramp tezliklə Putin və Zelenski ilə görüşəcəyini açıqladı.

28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu - aktivləri donduruldu

28.10.2026 / 08:21
İsraildə parlament seçkilərində pat vəziyyəti yaranıb - exit-pollar nəticə açıqlaya bilmir

28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” - 85 nəfər saxlandı

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...

27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...

27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır

27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi

27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...

27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib - FOTO

27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...

27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb - FOTO

27.10.2026 / 17:27
Azərbaycanda yeni Komissiya yaradılır

27.10.2026 / 17:20
Azad edilmiş ərazilərdə ən böyük memorial kompleks Ağdamda yaradılacaq...

27.10.2026 / 17:06
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTO

27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...

27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...

27.10.2026 / 16:37
AMEA alimləri Pezeşkiana çağırış etdi - İranda azərbaycanlılar üçün ana dilində məktəblər açılsın...

27.10.2026 / 16:30
Hakimlər qarşısında tələb qoyuldu - süründürməçiliyə və təhqirə yol verilməsin!

27.10.2026 / 16:17
Zəngəzur dəhlizində erməni sərhədçilər yalnız müşahidəçi olacaq – ABŞ səfirliyi açıqladı...

27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...

27.10.2026 / 15:46
Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanış olublar - FOTO

27.10.2026 / 15:41
Tramp bütün hərbi bazalarını "90 günlük müharibəyə" hazırlayır - hədəf kimdir?

27.10.2026 / 14:36
Prezidentin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - VİDEO

27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı - ələ keçirilən arsenalın taleyinə Livan qərar verir

27.10.2026 / 14:01
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - FOTO

27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" - Fərid Şəfiyev

27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" - Ozodbek Nazarbekov

27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" - Türkmənistanın mədəniyyət naziri

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ