Cümə günü, 04 sentyabr 2026
     

"Zəfər günü Ermənistanı dövlət kimi məhv olmaq təhlükəsilə üz-üzə qoydu" - Yunus Oğuz

Image


"Zəfər günü    Azərbaycan xalqının tarixində unikal bir gündür. Çünki 300 ilə yaxın  bir müddət idi ki, belə möhtəşəm qələbə əldə etməmişdik. Sonuncu dəfə Nadir Şahın qələbələrinə nağıl kimi baxmışıq. Zəfər  günü isə faktiki olaraq müstəqil dövlətimizin ilk zəfəridir. Burada bir paralellik aparmaq istərdim: 1736-cı ildə Nadir şah Gəncədə Rus imperiyası ilə müqavilə bağladı.

Müqavilə ona görə bağlandı ki, rus əsgərləri l Pyotrun vaxtında Rəştə qədər gəlmişdilər. 1736-cı ildə isə bir güllə belə atmadan rus qoşunları silahları yerə qoymaq şərtilə Dərbənddən 200 kilometr o tərəfə çəkildilər. Təsəvvür edin ki, bu tarixdən sonra belə bir qələbəmiz olmamışdı. 44 günlük Vətən müharibəsinin nəticəsində eyni kapitulyasiya aktı imzalandı. Laçın, Ağdam, Kəlbəcər bir güllə atılmadan geri alındı. Halbuki müharibə davam etsəydi, çoxlu sayda şəhidimiz ola bilərdi. Mən Ağdamda olmuşam, orada beşqat müdafiə səngərləri qurulmuşdu. O sədləri keçmək kifayət qədər insan itkisi demək idi. Eynilə Laçın və Kəlbəcərin coğrafi relyefi ermənilərə imkan verəcəkdi ki, bizim daha çox şəhidimiz olsun. Amma bunların heç biri baş vermədi, ilk dəfə olaraq Azərbaycan öz ərazisində düşmənə qalib gəldi. 12 ildən sonra 300 il olacaq ki, Azərbaycan belə qələbə əldə etməmişdi. Bu baxımdan hesab edirəm ki, Zəfər Qələbəsi unikal bir qələbədir". Bunu "Olaylar" qəzeti və eyni adlı  informasiya Agentliyinin baş redaktoru, siyasi şərhçi Yunus Oğuz deyib. Bildirib ki, bu qələbə xalqın qüruru olduğu üçün onun namusu bərpa olundu: "Söhbət milli namusdan getdiyindən demək olar ki, bu qələbə çox qürurvericidir. Fəxr edirik ki, bu dövrdə yaşamışıq. Bu həm müstəqillik dövrünə, həm də tarixi qələbəmizə aiddir. Təəssüflər olsun ki, Birinci Qarabağ savaşında biz müharibəyə hazır deyildik, ermənilərə isə bütün dünya kömək edirdi. Bizim bir milyon qaçqın və məcburi köçkünümüz var idi, amma heç  kim bu faktı dilinə gətirmək istəmirdi. İndi Azərbaycanın həyata keçirdiyi antiterror tədbirlərindən sonra Qarabağı Ermənistan pasportu ilə tərk edən erməilərdən ötrü bütün dünya qışqırır. Patrişev deyir ki,  Ermənistanda heç 2 milyon erməni yaşamır. Ermənilər isə hadisələri ona görə şişirdirlər ki, dotasiya ala bilsinlər. Beynəlxalq təşkilatlar, erməni diasporu, erməni lobbisi bunlara pul ayrısın. Ona görə  deyirlər ki, Qarabağı 100 min erməni tərk edib, ancaq onların hamısı keçid məntəqəsində qeydə alınıb, siyahıya salınıb, vaxt gələndə həmin siyahı ortaya çıxarılacaq. Ermənilər isə say artırmaqla ayrılan pulların həcmini artırmaq istəyirlər. Təsəvvür edin  ki, Qarabağda ermənilərə ildə bir milyarda qədər vəsait gedirdi. Ona görə də heç biri işləmirdi, qoyub-qaçdıqları hansı evi açırlar yeyib-içmək çıxır. Belə çıxır ki, onlar qətiyyən işləməyiblər, ancaq xaricdən gələn pulların hesabına yeyib-içiblər. Yalnız təbii sərvətlərimizi, mədənlərimizi istismar etməklə məşğul olublar. Ərazidə olan qızıl və  digər  mədənləri istismar ediblər, konyak, çaxır istehsal ediblər. Qalan heç bir işlə məşğul olmayıblar, indi bunların hamısı əllərindən alınıb".

Yunus Oğuz qeyd edib ki, 1991-ci ildə müstəqilliyimizi, suverenliyimiz elan etmişdik, 2020-ci ildə isə suverenliyimizi tam bərpa etdik: "Zəfər Gününün əsas qayəsi bundan ibarətdir. Təbii ki, əgər Ali Baş Komandan bizim zərərimizə olan, nazik bir işıq gəlməyən yer görsəydi müharibəyə başlamayacaqdı. Hər şeyə əmin oldu ki, beynəlxalq aləm Azərbaycanın haqq tərəfində olacaq. Belə ki, Rusiyanın başı Ukraynaya qarışmışdı, faktiki olaraq müharibə vəziyyətində idi. Amerikada seçkilər keçirilirdi, Fransa növbəti seçkilərə hazırlaşırdı, Almaniya da eynilə.  Prezident İlham Əliyev beynəlxalq siyasi vəziyyəti təhlil edərək qərara gəldi ki, ən uyğun məqam yetişib. Təbii ki, ortada Türkiyə və Pakistan da var idi. Azərbaycan dövləti bilirdi ki, İran bunun qarşısını hər vəchlə almaq istəyəcək. İran da Azərbaycana qarşı heç nə edə bilmədi, amma müharibədən sonra yenə dedi ki, "Qarabağ bizim qırmızı xəttimizdir". Ali Baş Komandan isə Zəfər Gününə arxayın olub, beynəlxalq siyasəti yenə də düzgün hesablayıb antiterror tədbirləri həyata keçirdi. Bununla da artıq suverenliyimiz tam bərpa olundu".

O, əlavə edib ki, indi çoxları Zəfər Gününün mahiyyətini anlamaq istəmir: "Bəziləri anlayır, lakin inanmır ki, Azərbaycan Feniks quşu kimi külün içindən çıxıb,  belə bir Ordu yarada bilər. Amma Ordunu yaradan  oğullar var idi ki, onlar hər şeyi görür, hər şeyi ölçüb-biçirdilər. Bax, Zəfər Günü Azərbaycan o külün içindən təzədən qalxdı. Təkcə buna görə, Zəfər qələbəsilə qürur duyulmalıdır. Əksini fikirləşənlər isə trollar, beşinci kolonlardır. Onların pulları kəsilir axı, deyirlər ki, siz necə təbliğat aparmısız ki, Azərbaycan torpaqlarını geri ala-ala gedir, indi də Zəngəzur dəhlizindən keçmək istəyir. Azərbaycan dövlətinin Zəngəzur dəhlizi ilə bağlı bir neçə alternativ variantı var. Biri ilə bağlı artıq müqavilə bağlanıb. Bu variantları qəbul etməyənlər özlərinə ziyan edəcəklər. Bu gün məhz həmin Zəfər Gününün hesabına Azərbaycan və onun Ali Baş Komandanı Ermənistan dövlətini dağılma vəziyyətinə gətirib çıxarıb. Zəfər Gününün gücü ondan ibarətdir ki, Ermənistan bir dövlət kimi məhv olmaq təhlükəsilə üzləşib. İranın, Rusiyanın meydanı  daralıb. Zəfər Qələbəsindən sonra Türk Dövlətlərinin Təşkilatı yarandı. Türk dövlətləri də qürur duydular ki,  tarix boyu vuruşublar, indi niyə qorxmalıyıq, sadəcə olaraq siyasətimizi düz aparmalıyıq".




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Səfərbərlik rəisi İbrahimovdan super dürüst mövqe - Həqiqi oxuyana, işləyənə güzəşt olacaq...

Putin 102-ci bazanı da Ermənistandan çıxara biləcəyini açıq dedi - tam aydınlıq içində müəmma...

Aqrar sektorumuzdan getməyən ət problemi - bahalaşma davam edir, heyvan sayı azalır...

SON XƏBƏRLƏR

03.09.2026 / 23:03
Ukraynanın iki əsas kəşfiyyat qurumunun əməkdaşları arasında Kiyevin ortasında kütləvi silahlı toqquşma – üç zabit güllələndi…

03.09.2026 / 22:23
Aİ İrana qarşı Trampın son addımlarını tam dəstəklədi - Ukrayna ilə bağlı “alver oyunu” var...

03.09.2026 / 22:05
ABŞ fevralda İranda 170 məktəblini bombalayıb öldürmüşdü, indi isə toy mərasimində 68 nəfər öldürüldü...

03.09.2026 / 21:48
Səfərbərlik rəisi İbrahimovdan super dürüst mövqe - Həqiqi oxuyana, işləyənə güzəşt olacaq...

03.09.2026 / 21:32
Hörmüz boğazı bağlı qalır: ABŞ-ın nəzarət iddiası niyə təsdiqlənmir?

03.09.2026 / 21:19
Putin Qarabağdan köçmüş ermənilərin məsələsini birdəfəlik qapatdı - “Əliyev onlara pislik etməyəcəkdi”...

03.09.2026 / 21:01
Region uşaq anestezioloqlar bu aydan 3 min manat maaş alacaqlar - 107 faiz artım...

03.09.2026 / 20:54
Tramp son 100 ildə heç bir Amerika prezidentinin etmədiyini etdi...

03.09.2026 / 20:31
İrəvan məhkəməsində “müqəddəslərin işi” dalana dirənib - üçüncü hakim də imtina etdi

03.09.2026 / 20:23
Putin 102-ci bazanı da Ermənistandan çıxara biləcəyini açıq dedi - tam aydınlıq içində müəmma...

03.09.2026 / 20:19
Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır - MEDİA bəyanat yaydı....

03.09.2026 / 20:12
Üçtərəfli işçi qrup fəaliyyətini bərpa edir?

03.09.2026 / 20:06
Paşinyandan Kremlə qəti mesaj – Aİ-yə qoşulmaqla bağlı qanundan imtina etməyəcəyik…

03.09.2026 / 19:36
Mehriban Əliyevanın islahatlarında region həkimləri üçün daha bir avantaj - 1,3 əmsal...

03.09.2026 / 19:18
İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

03.09.2026 / 19:04
İrandan ABŞ-a ağır zərbə - iki ölkədə bazalar bombalandı…

03.09.2026 / 18:47
Paşinyan Avropa qanunu ilə Rusiyanı aldatdı - hər şey aylar sonra açılır...

03.09.2026 / 18:20
Tramp Hörmüz boğazından neft tam bərpa olunduğunu iddia edir...

03.09.2026 / 18:05
Rusiyada daha bir səs-küylü sui-qəsd cəhdi - Aviasiya generalı Saratovda güllələndi...

03.09.2026 / 17:49
Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğluna cinayət iş açıldı…

03.09.2026 / 17:31
Neft kəmərindən oğurluğa cəhd edib, yanğına səbəb oldular... Polis 2 nəfəri saxladı - VİDEO

03.09.2026 / 17:14
Vanuatu Fransanı Beynəlxalq Ədalət Məhkəməsinə verdi - müstəmləkəçi siyasət və...

03.09.2026 / 16:59
Ukrayna Rusiyanın hava məkanını blokadaya aldı - müharibə yeni keyfiyyət halı aldı...

03.09.2026 / 16:58
Vüqar Rəhimzadə: Tibb işçilərinin sosial rifahının gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir

03.09.2026 / 16:24
Formula 1 müddətində bəzi məktəblərdə dərslər onlayn keçiriləcək

03.09.2026 / 16:12
Azərbaycan və ATƏT PA arasında əməkdaşlıq gündəliyi nəzərdən keçirilib

03.09.2026 / 15:34
Ermənistanda bir referendumla iki məsələni həll etmək dilemması yaşanır...

03.09.2026 / 15:17
Ermənistanın Rusiya ilə AB arasında seçimi və Azərbaycanın böyük layihələrinə təsir - şərh...

03.09.2026 / 15:15
Azərbaycana gələn turistlərin coğrafiyası əsaslı dəyişilir - sektorun iç problemləri isə qalır...

03.09.2026 / 15:08
Aqrar sektorumuzdan getməyən ət problemi - bahalaşma davam edir, heyvan sayı azalır...

03.09.2026 / 14:52
Paşinyan Ermənistandan Azərbaycana ilk ixrac əməliyyatının baş tutduğunu açıqladı

03.09.2026 / 14:47
Vətən üçün yaşayanlar unudulmur...

03.09.2026 / 14:42
Valeh leriklilərin qürur yeridir...

03.09.2026 / 14:40
Azərbaycanın “orta güc dövləti” kimi yüksəlişi

03.09.2026 / 14:36
Tramp İranla "əbədi müharibə"yə başladı - onlarla münaqişəni bitirməyə çalışmayacağam...

03.09.2026 / 14:20
Yol polisi "Diqqət, uşaqlar!" devizi altında təhlükəsizlik aylığı keçirəcək

03.09.2026 / 14:17
Putin Ukrayna ilə sülh danışıqları üçün şansın olduğunu bildirir...

03.09.2026 / 13:52
Paşinyan 102-ci bazanın Ermənistandan çıxarılmasından danışdı - Rusiya qərar versə, etiraz etməyəcəyik…

03.09.2026 / 13:28
ABŞ-İran müharibəsi uzunmüddətli münaqişəyə çevrilir - Vaşinqtonun İran adalarını ələ keçirmək üçün yerüstü əməliyyat planı ortaya çıxdı…

03.09.2026 / 13:11
Ermənistan Rusiya vətəndaşları üçün viza rejimi tətbiq edəcək? - Rusiya XİN-dən açıqlama…

03.09.2026 / 12:50
Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına 13 il iş verildi

03.09.2026 / 12:38
ABŞ məhkəməsi Trampın "doğum turizmi"ni qadağan edən fərmanını dayandırdı...

03.09.2026 / 12:21
Mərkəzi Bank “İşgüzar Kredit İttifaqı”nın lisenziyasını ləğv etdi

03.09.2026 / 12:08
"Humanitar minatəmizləmə həm də bərpanın başlanğıcıdır" - UN-Habitat-ın regional direktoru

03.09.2026 / 11:56
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlandı....

03.09.2026 / 11:44
Zelenskinin xəbərdarlıqlarından sonra Moskva aeroportları ikinci gecə də uçuşları dayandırdı

03.09.2026 / 11:35
Azərbaycan Ermənistana 989 ton dizel göndərdi...

03.09.2026 / 11:22
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul etdi - FOTO

03.09.2026 / 11:17
Prezident İlham Əliyev San Marinonun Regent Kapitanlarına məktub ünvanlayıb

03.09.2026 / 10:45
Üç yaşlı uşağın qopmuş əli 8 saatlıq mikrocərrahi əməliyyatla bərpa edildi

03.09.2026 / 10:31
"Mina təhlükəsi heç bir ölkənin təkbaşına öhdəsindən gələ bilməyəcəyi qədər böyük bir çağırışdır" - Elçin Əmirbəyov

03.09.2026 / 10:25
AKİ-də nə baş verir? - “İttifaqa girməyə icazə verilmir”

03.09.2026 / 10:12
Azərbaycan neftinin qiyməti 101 dolları keçdi

03.09.2026 / 10:04
Tramp müharibənin sonuna yaxın Putinlə görüşmək istəyir…

03.09.2026 / 09:48
Lavrov Avrokomissiya prezidentini “fürer” adlandırdı…

03.09.2026 / 09:22
Sabunçuda avtomobildən 78 min manat apardılar...

03.09.2026 / 09:05
Ərdoğan Putini Türkiyəyə dəvət etdi…

03.09.2026 / 08:49
İran Küveytə hücum edib - raket və PUA-ları vurmağa çalışırıq...

02.09.2026 / 23:01
Tramp Hörmüz boğazına da sahibləndi - adını Tramp Strayt qoymalıyıq...

02.09.2026 / 22:09
Rusiya Almaniyanı təhdid etdi - birbaşa hücuma "layiqdirlər"...

02.09.2026 / 21:55
Tramp Avropada ifrat sağçıların hakimiyyətə gəlişinə 4 milyon dollar ayırdı...

02.09.2026 / 21:38
Trampın İrana yeni zərbələrinin 2 hədəfi var - neftin qiyməti və... Sanksiyalar iflas etdi...

02.09.2026 / 21:26
"Dəyişikliklər Naxçıvanın inkişaf strategiyasının müasir çağırışlara uyğunlaşdırılmasının təsdiqidir" - Vüqar Rəhimzadə

02.09.2026 / 21:23
Moskva ilə Berlin arasında gərginlik artır – alman diplomat Rusiya XİN-ə çağırılıb sərt xəbərdarlıq edildi...

02.09.2026 / 21:10
Şanxay zirvəsi İrana hərbi zərbələri qətiyyətlə ittiham etdi...

02.09.2026 / 20:53
Azərbaycan hələ uzun illər bloklara qoşulmayacaq - Bişkekdən Prezidentin dəqiq mesajı...

02.09.2026 / 20:40
Sosial mediada özünü “həkim-diyetoloq” kimi təqdim edənlərin “arıqlama çayı“ saxtakarlığı - Bu məhsullara diqqət edin... VİDEO

02.09.2026 / 20:33
Azərbaycan-Ermənistan ticarətinin nomenklaturası Bişkekdə ŞƏT sammitində müzakirə olundu...

02.09.2026 / 20:18
Bakıda görünməmiş anomaliya - Bağça uşağının qanında narkotik hamını çaşdırıb...

02.09.2026 / 20:03
Əliyevlə Paşinyan Komunikasiyalarla bağlı yeni razılığa gəldilər...

02.09.2026 / 19:40
Kremldən erməni gənclərinə maraqlı mesaj var - Paşinyanla yox, Rusiya gəncləri ilə bir olun...

02.09.2026 / 19:23
Azərbaycanın BMT-yə heç bir "siyasi borcu" yoxdur - əsaslı bəyanat Quttereşin gözü qarşısında səsləndi...

02.09.2026 / 19:08
Bişkek zirvəsi BMT-yə özünüxilas resepti verdi - reseptin müəllifi İlham Əliyevdir...

02.09.2026 / 18:48
ABŞ şirkəti borcdan qurtulmaq üçün aktivlərini 1.65 milyard dollara SOCAR-a satır...

02.09.2026 / 18:41
Niderland Səfirliyi Azərbaycana təşəkkür etdi

02.09.2026 / 18:37
Mehriban Əliyevanın təşəbbüsü region səhiyyəsindəki xeyli köhnə problemləri də həll edəcək...

02.09.2026 / 18:20
Avtobuslara qət edilən məsafəyə görə ödəniş ediləcək - sərnişindaşımada YENİLİK...

02.09.2026 / 18:06
Zelenskinin təhdidləri Moskvanı ayağa qaldırdı - hər hansı bir mülki təyyarə vurulsa...

02.09.2026 / 17:50
Sosial şəbəkələrdə gəlir imkanları artır: Emin Abdullayev TikTok fəaliyyətinin yeni imkanlarından danışır

02.09.2026 / 17:40
Ukrayna Rusiyanın hava nəqliyyatını çökdürür - Zelenski təhdid etdi, Moskva aeroportlarında 80 reys ləğv edildi...

02.09.2026 / 17:25
Hörmüzdən keçməyə çalışan iki tanker partladıldı...

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ