Bazar günü günü, 08 noyabr 2026
     

İctimai və dövlət maraqlarının etibarlı müdafiəsi sabit tərəqqinin əsas yoludur...

Image


Şəxsiyyətin tam inkişafı təkcə insanın cəmiyyət həyatında fəal iştirak etməklə öz maraq və ehtiyaclarını həyata keçirməsi prosesində deyil, həm də onun şəxsi sferasına qarışmamaq barədə cəmiyyət qarşısında qoyduğu tələblər yerinə yetirildiyi halda baş verir. 

Şəxsi toxunulmazlıq hüququ insana dövlət tərəfindən təmin edilən özü haqqında məlumatlara nəzarət etmək və onların açıqlanmasının qarşısını almaq imkanı verir. Müvafiq olaraq, şəxsi həyatı ilə bağlı hansı məlumatların sirr qalacağını yalnız şəxsin özü müəyyən etmək hüququna malikdir və ona görə də heç kimə etibar edilməmiş belə məlumatların toplanmasına, saxlanmasına, istifadəsinə və yayılmasına həmin şəxsin razılığı olmadan yol verilmir.

Şəxs tərəfindən dövlət maraqlarının təmini əsas diqqət mərkəzində yer almalıdır

Şəxsi toxunulmazlıq hüququ qeyri-məhdud deyil. Bundan irəli gələrək, bir tərəfdən fərdin maraqları ilə cəmiyyətin və dövlətin maraqları arasında tarazlığı təmin etmək üçün, digər tərəfdən subyektiv şəxsi toxunulmazlıq hüququnun həyata keçirilməsini məhdudlaşdıran müəyyən hüquqi tənzimləmə sistemi yaradılır. Amma bu zaman dövlət maraqlarının təmini də şəxs tərəfindən əsas diqqət mərkəzində yer almalıdır.

Dövlət maraqları tarixən vahid dövlət məkanında təsbit olunmuş ümumi maraqların məcmusudur. Bu maraqlar dövlətin iqtisadi və geosiyasi münasibətləri, mədəni və tarixi ənənələri ilə müəyyən edilən tələbatları, təhlükəsizliyin təmin edilməsi zərurəti, əhalinin xarici təhdidlərdən və daxili iğtişaşlardan, ekoloji fəlakətlərdən qorunması və sair kimi məqamları ehtiva edir. Dövlət marağı anlayışı fərdin mənafeyi və cəmiyyətin mənafeyi kimi iki anlayışdan irəli gəlir və onları birləşdirir. Şəxsi maraq insanın istəyinin, tələbinin ödənilməsinə dair istəyidir, bir şərtlə ki, bu istəyin həyata keçirilməsi qanunla qadağan edilməmiş olsun. Mənfəət maddi, mənəvi ola bilər. Cəmiyyətin marağı və ya ictimai mənafe toplumun bütün üzvlərinin və ya onun mühüm hissəsinin ümumi mənafeyini əks etdirir.  Dövlətin marağı fərdin və cəmiyyətin tarazlaşdırılmış tələbatlarının məcmusudur, onların həyata keçirilməsi dövlət hakimiyyəti institutları tərəfindən ictimai birliklərlə qarşılıqlı əlaqədə təmin edilir. Beləliklə, dövlət maraqları dövlət orqanlarının əsas fəaliyyət sahələrində həyata keçirilən ictimai maraqların bir hissəsidir, bunlar iqtisadi, daxili siyasi, sosial, beynəlxalq, hərbi, sərhəd və sair məqamları ehtiva edə bilər. Prioritet dövlət maraqlarına xalqın suverenliyinin, ərazi bütövlüyünün təmin edilməsi, demokratiyanın inkişafı, siyasi sabitliyin möhkəmləndirilməsi, milli münasibətlərin yaxşılaşdırılması və sairdir. Dövlət fərdin, cəmiyyətin qanuni mənafelərinin həyata keçirilməsinə, o cümlədən insan və vətəndaşın hüquq və azadlıqlarını məhdudlaşdırmaqla kömək edə bilər. Bu cür məhdudiyyətlər qanuni maraqların dəyərinə mütənasib olmalıdır. Bu yanaşmaya uyğun olaraq, Azərbaycanın milli maraqları fərdin, cəmiyyətin və dövlətin iqtisadi, daxili siyasi, sosial, beynəlxalq, informasiya, hərbi, sərhəd, ekoloji və digər sahələrdə balanslaşdırılmış maraqlarının məcmusudur. Şəxsiyyətin maraqları konstitusiya hüquq və azadlıqlarının həyata keçirilməsində, şəxsi təhlükəsizliyin təmin edilməsində, həyat keyfiyyətinin və səviyyəsinin yüksəldilməsində, insanın və vətəndaşın fiziki, mənəvi və intellektual inkişafındadır. Cəmiyyətin maraqları demokratiyanın möhkəmləndirilməsində, hüquqi, sosial dövlətin yaradılmasında, ictimai harmoniyaya nail olunmasında və qorunub saxlanılmasındadır. Dövlətin maraqları Azərbaycanın Konstitusiya quruluşunun, suverenliyinin və ərazi bütövlüyünün toxunulmazlığında, siyasi, iqtisadi və sosial sabitlikdə, qanuniliyin qeyd-şərtsiz təmin edilməsində və asayişin qorunmasında, beynəlxalq əməkdaşlığın bərabər və qarşılıqlı faydalı münasibətlərin inkişafındadır. Təbii ki, verilən təriflər yüksək ümumiləşdirmə dərəcəsinə malikdir. Müxtəlif hüquq münasibətlərində bu maraqlar məzmunca bir qədər fərqlənə bilər.

Dövlət maraqları ilə ictimai rəy arasında balansın tapılması zəruridir

Dövlət və milli maraqlar mövcud vəziyyətin qiymətləndirilməsi əsasında ölkənin ehtiyac və niyyətlərinin açıq bəyanatını da ifadə edir. Bu, bir sıra mühüm funksiyaların yerinə yetirilməsi üçün də önəmlidir.  Birincisi, xarici siyasət prioritetlərinin iyerarxiyası müəyyən edilir ki, bu da resursların cəmləşməsinə xidmət edir və qüvvələrin həddindən artıq yüklənməsinin qarşısını alır. İkincisi, milli maraqların rəsmi və ya yarı-rəsmi ifadələri müxalifət qarşısında daxili siyasi mövqelərini gücləndirmək üçün tez-tez xarici siyasətdən istifadə etməyə çalışan hakimiyyətin fəaliyyət azadlığına ağlabatan məhdudiyyətlər qoyur. Bundan əlavə, açıq şəkildə formalaşmış milli maraqlar cəmiyyətə xarici siyasət qərarlarının qəbuluna cavabdeh olan şəxslərin həyata keçirdikləri xəttin səmərəliliyini qiymətləndirmək üçün möhkəm meyarlar təqdim edir.

Üçüncüsü, milli maraqlar həm davamlılığı, həm də ən mühüm siyasət istiqamətlərinin vaxtında uyğunlaşdırılması imkanlarını təmin edir. Rəsmi sənədlərdə qeyd olunan səriştəli tərtiblərin dövləti xarici siyasətin daxili siyasətin sadə davamına çevrilməsindən sığortalaması xüsusilə vacibdir. Əksər ölkələrdə - demokratik təsisatların inkişaf səviyyəsindən asılı olmayaraq - çoxsaylı şəxsi maraq daşıyıcıları bu maraqları "milli" səviyyəyə qaldırmaq və dövlət aparatının dəstəyi ilə təmin etmək üçün imkanlar axtarırlar. Bu kontekstdə milli maraqlar bir sistemi təmsil edir - konkret tarixi dövrdə konkret dövlət üçün nəyin və nə üçün faydalı olduğuna dair bir-biri ilə əlaqəli ifadələrin məntiqi ardıcıl toplusu kimi özünü göstərir. Milli maraqların harmonik sistemi onun komponentlərinin asanlıqla manipulyasiya edilməsinə imkan vermir. Çox vaxt bir və ya bir neçə maraqların ifadəsini özbaşına dəyişmək, digərlərini isə eyni saxlamaq mümkün deyil. Nəhayət, milli maraqlar öz daşıyıcısının xarici dünya üçün proqnozlaşdırıla bilənliyini artırmaq üçün açıq şəkildə bəyan edilir. Dövlət öz maraqlarını bəyan etməklə, onları müdafiə etmək üçün bütün yolu getməyə hazır olduğunu bildirməklə, eyni zamanda milli maraqların qəbul edilmiş formalaşdırılmasından açıq şəkildə kənara çıxan heç bir addım ata bilmir. Belə kursun möhkəmliyi bunun başqalarına niyə onlar üçün təhlükə yaratmadığını və ümumiyyətlə məqbul olduğunu izah etmək cəhdi ilə birləşdirilir. Məsələn, nüfuzlu opponentlərin sayının kəskin artmasına və bununla da dövlətin xarici siyasətinə beynəlxalq mühitin müqavimətinin artmasına səbəb olan milli maraqların formalaşdırılması çətin ki, optimal hesab oluna bilər. Eyni zamanda, milli maraqları formalaşdıranlar çətin ki, yalnız ictimai rəyə arxalansınlar. Bir ölkə üçün təhlükələri və onun gələcək imkanlarını müəyyən etmək adi "sağlam düşüncə"dən kənara çıxan peşəkar keyfiyyətlər və mediadan əldə edilə bilən beynəlxalq vəziyyət haqqında daha incə bir anlayış tələb edir. İctimai əhval-ruhiyyə dövlətin xarici siyasət kursunu müəyyən edənlər tərəfindən nəzərə alınmaya bilməz, lakin ictimai rəyin ölçüləri milli maraqları formalaşdırmaq üçün kifayət etmir. Bu səbəbdən də incə balansın tapılması və bun aəsasən siyasət yürüdülməsi olduqca mühümdür.

Ramil QULİYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 11:55
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ