çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Avroparlamentin Azərbaycana qarşı iki qərəzi tam iflas etdi – “Cənub Qaz Dəhlizi və TAP”...

Image


Məlum olduğu kimi, Avropa Parlamenti növbəti dəfə Azərbaycanla bağlı qərəzli qətnamə qəbul edib. Əslində Avroparlament əksər sahələrdə Azərbaycana qarşı qərəzli mövqedən çıxış edib. Vaxtilə Avropa Parlamenti Cənub Qaz Dəhlizi layihəsinə qarşı çıxdı. AP-nin bir sıra deputatları bəyan edirdilər ki, bu dəhlizdəki kəməri qazla doldurmaq mümkün olmayacaq.

AP deputatları TAP-ın çəkilişini önləmək üçün İtaliyada ekoloji aksiyalara dəstək verirdi. Lakin zaman Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyi üçün vacibliyini, Azərbaycanın Avropa üçün əhəmiyyətini sübut etdi.

  • “Qurum təzyiqləri "kompensasiya" etmək üçün öz üzərinə olan basqıları Azərbaycan kimi karbohidrogen...”

Bu və digər məsələlərlə bağlı AMİP-in sədr müavini Afsəddin Nəbiyevə bir sıra suallar ünvanladıq:

- Avropa Parlamentinin Azərbaycana qarşı davamlı qərəzli mövqedən çıxış etməsi nədən qaynaqlanır?

- Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli mövqeyi əslində bizi təəccübləndirmədi. Son 30 ildə işğala məruz qalan Azərbaycan dövlətilə işğalçı Ermənistanın ədalətsiz şəkildə müqayisə olunması  Avroparlamentin əsl mahiyyətini ortaya qoymuş oldu. Qərəzli mövqenin arxasında əslində Ermənistana havadarlıq edən dövlətlər dayanır. Sözügedən dövlətlər bu mövqedən çıxış etməklə Azərbaycana təzyiq etməyə çalışırlar. Onlar bu alətlərdən istifadə etməklə Azərbaycanın haqlı davasından geri çəkiləcəyini düşünürlər. Ancaq yanılırlar, bu təzyiqlərlə Azərbaycana hər hansı bir təsir etmək mümkün deyil.

- Maraqlıdır ki, AP Azərbaycanla bağlı olan, amma Avropanın maraqlarına cavab verən iqtisadi layihələri də hədəf alır. Bunun kökündə nə dayanır?

- AP-nin hazırda iqtisadi layihələri hədəf almasının səbəblərinin tək Azərbaycanla bağlı olduğunu hesab etmirəm. Fikrimcə, bunun əsas səbəblərindən biri yeni dünya düzənində Avropanın sürətlə iqtisadi cəhətdən zəifləməsidir. Bu günlərdə Avropa liderlərinin əksəriyyəti belə bir iddia səsləndirməyə çalışırlar ki, üçqütblü "savaşın" təsirlərinə ən çox məruz qalan tərəf məhz Avropadır. Üçqütblü dedikdə, burada ABŞ, Çin və Rusiyadan söhbət gedir. Avropa liderləri iddia edirlər ki, ABŞ Rusiya-Ukrayna savaşında öz hərbi sənayesini  yeniləyir. Avropa dövlətlərini də bu prosesə qatmaqla bu dövlətləri tənəzzülə yaxınlaşdırır. Məhz bu baxımdan AP bu təzyiqləri "kompensasiya" etmək üçün öz üzərinə olan basqıları Azərbaycan kimi karbohidrogen ehtiyatlarının zənginliyi ilə seçilən dövlətlərə yönləndirir. Bunun heç bir məntiqi əsası yoxdur. Bunun kökündə dayanan əsas səbəblərdən biri də budur ki, Azərbaycan vasitəsilə daha çox iqtisadi layihələri həyata keçirsinlər. Əsas hədəf Transxəzər layihəsidir. Onun da gerçəkləşməsi məhz Avropa dövlətlərinin özlərindən asılıdır.

- AP qərarları hüquqi baxımdan məcburi deyil, tövsiyə xarakterlidir. Bu baxımdan qurumun qərarlarının Azərbaycan üçün hansısa mənfi təsirlərindən söhbət gedə bilərmi?

- Təbii ki, AP-nin qərarları tövsiyə və yaxud məsləhət xarakterlidir. Məsələnin əsl mahiyyəti ondan ibarətdir ki, bu qərarlar tövsiyə xarakterli olsa belə, bəs onda onilliklər ərzində Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasəti aparan, ərazilərimizi işğala məruz qoyan, soyqırımı törədən Ermənistana və digər işğalçı dövlətlərə nədən belə qərar və qətnamələr tətbiq olunmur? Bu sualın cavabı ondan ibarətdir ki, AP bu qərarları qəbul etməklə çoxüzlü siyasətini aparmaqla əsas mahiyyətini gizlətməklə, riyakar oyunları ilə gündəm yaratmağa çalışır. Ona görə də hər zaman vurğulayıram, beynəlxalq hüquq yalnız quru sözlərdən ibarətdir. Sən demə, əlinə silah alıb Azərbaycan ərazisinə soxularaq, dinc insanlarımızı qətl edən ermənilər demokratik "düşüncəyə" sahiblərmiş. Öldürülən,  təzyiqlərə məruz qalan dinc azərbaycanlılar qeyri-demokratiya şəraitində yaşayırlar. Bax, Avropanın "ədalət tərəzisi" bundan ibarətdir.

- Nə etmək lazımdır ki, Avroparlament ölkəmizə qarşı qərəzli olmasın? Bu məsələdə Azərbaycandan asılı olan nəsə varmı?

- Çox işlər görməliyik. Bütün bu işlər də görülməkdədir. Artıq bir neçə ildir ki, siyasi islahatlar həyata keçirilməkdədir. Deyə bilmərəm ki, hər şey çox yaxşıdır. Uzun illərdən qalmış bir çox problemlər hələ də qalmaqdadır. Biz hər zaman demişik, elə etməliyik ki, hansısa güclər Azərbaycanda demokratiyanı bizim üçün bəhanə etməsinlər. Düz 32 ildir müstəqil dövlətik, hələ də normal parlament formalaşdıra bilməmişik. Parlament fraksiyalarımız yoxdur. Məhkəmə islahatları ləngiyir. AP sərbəst toplaşmaq azadlığını hər zaman Azərbaycana qarşı siyasi təzyiq aləti kimi istifadə etməkdədir. Bütün bu siyasi islahatları dərinləşdirməklə  bu mövzunu birdəfəlik qapatmalıyıq. İnanıram ki, siyasi islahatlar dərinləşdikcə bu problemlər də həll olunacaq. Yaxın illərdə biz Azərbaycanda böyük müsbət dəyişikliklərlərin şahidi olacağıq.

Vidadi ORDAHALLI




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ