“Fransa artıq xristian cəmiyyət yox, xristianlıqdan azad edilən cəmiyyətdir. Fransa hərəkətləri yox, düşüncələri kriminallaşdırır”. Bu barədə politoloq və ərəbşünas, Elmi Araşdırmalar üzrə Fransa Milli Mərkəzində fəxri baş elmi işçi Fransua Burqat "İslamofobiya irqçiliyin və ayrıseçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar" mövzusunda beynəlxalq konfransın panel iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, Fransa cəmiyyəti dövlət islamofobiyasına doğru gedir. 10 il əvvəl müsəmanlarla bağlı kiçik bir mübahisə olsa, onu kriminallaşdırardı. Artıq Fransa hərəkətləri yox, düşüncələri krimanallaşdırır. Müsəlman vətəndaşların Avropa fikirləri krimanallaşdırılıb.
“Fransa din faktorundan özünün mənfi istəkləri üçün istifadə edir, bu ölkə, ümümiyyətlə, dinin təəssübkeşi deyil”
“Fransa hərəkətləri yox, düşüncələri kriminallaşdırır” fikri ilə bağlı şərh verən siyasi ekspert Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Fransa din faktorundan özünün mənfi istəkləri üçün istifadə edir. Bu ölkə, ümümiyyətlə, dinin təəssübkeşi deyil: “Sadəcə olaraq, Fransada istismarçılıq təfəkkürü hələ də hakimdir. Bu tarixən belə olub və belə də davam edir. Dünyanın böyük bir hissəsini işğal altında tutmaq üçün hərəkatlara yol veriblər, aidiyyətiı olmayan coğrafiyalarda xalqları istila etmişdilər. Bu gün də eyni təfəkkürlə davam etməyə çalışırlar. Fransanın problemi bundadır. Onlar nisbətən zəif, kiçik xalqlara yem kimi baxır. Bunun üçün lazım olanda xristian təəssübkeşliyi də göstərirlər, hətta islamafob davranışlar da nümayiş etdirirlər. Din bunlar üçün sadəcə vasitədir. Fransanı idarə edən heç bir şəxs iddia edə bilməz ki, onlar xristianlıq tərəfdarıdır, təşəbbüskarıdır. Əsla belə bir şey yoxdur. İstilaçılıq zehniyyətindən əl çəkmir. Tarixin bəlli bir mərhələsində güclü olublar, işğalçılıqla məşğul olublar, dırnaqarası uğurları da olub”.
Siyasi şərhçinin sözlərinə görə, Fransa din pərdəsi altında gizlənərək öz bildiyini edir. Onlar sözdə demokratiya, bərabərlik, insan haqları və digər dəyərlərdən danışırlar: “Ancaq bunlar sözdədir. Bir daha vurğulamaq istəyirəm ki, Fransanın davranışları instinktiv heyvanı münasibətlərdir. Bu davranışların da qaynağı orta əsrlərə, hətta ondan öncəki xaç yürüşlərinə belə gedib çıxır.
Günel CƏLİLOVA