şənbə günü, 03 oktyabr 2026
     

Azərbaycan-Türkiyə Media Koordinasiya Komitəsi - analoqu olmayan ikitərəfli münasibətlər yeni məzmun alır...

Image


“Türk Şurası çərçivəsində media sahəsində əməkdaşlığın daha da sistemləşdirilməsinin tərəfdarıyıq. Bu günə kimi yaxşı təşəbbüslər olub. Lakin gəldiyimiz qənaətlərdən biri odur ki, təşkilat çərçivəsində Media Koordinasiya Komitəsi yaradılmalıdır. Necə ki, digər sahələrdə müvafiq komitələr çərçivəsində davamlı iş aparılır, bu istiqamətdə də addımlar atılmalıdır”.

Bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, ölkələrin özəl media resurslarının da əməkdaşlığa cəlb olunmasına ehtiyac var: “Belə olarsa, məlumatların geniş şəkildə işıqlandırılması mümkün olar. Media forum konsepsiyası barədə də düşünülür. Ölkələr arasında biznes forumlar keçirildiyi təqdirdə, media sahəsində də birbaşa əlaqələr qurulmalıdır. Bu gün informasiya agentlikləri əksər halda ilkin mənbədən olmayan məlumatlara istinad edirlər. Ona görə də media agentlikləri arasında əlaqələrin qurulması vacibdir. Bunun nəticəsində də ölkələrin həqiqətləri barədə dəqiq və səlis məlumatlar yayılar”.

  • Şakir Ağayev: “Türk Şurası çərçivəsində Media Koordinasiya Komitəsinin yaradılması təşəbbüsü təqdirəlayiqdir və çox səmərəli, faydalı olacaq”

“Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayev bizimlə söhbətində bildirdi ki, ümumiyyətlə, qardaş ölkələrlə media platformasında əməkdaşlıqların daha da genişləndirilməsi bir təbii zərurətə çevrilib, bu baxımdan, təklif edilən hər bir yeni ideyanın tezliklə gerçəkləşdirilməsinə çalışmalıyıq. “Bilirsiniz ki, Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin üçüncü toplantısı keçirilib. Qardaş ölkələrin mətbuata məsul şəxsləri Bakıya gəldilər. Təbii ki, burada Hikmət Hacıyevin böyük rolu var. Çünki keçən il Hikmət Hacıyev Türkiyəyə getmişdi və səfər çərçivəsində Azərbaycanla Türkiyə arasında media sahəsində əməkdaşlığın daha da gücləndirilməsi ən yüksək formada təsdiqləndi. Azərbaycan türkdilli ölkələr arasında media sahəsində əməkdaşlığın daha da gücləndirilməsi üçün bütün səylərini ortaya qoyaraq addımlar atıb. Türk Şurasının Bakıda keçirilən bu tədbiri də media sahəsində əməkdaşlığımızın daha geniş müstəviyə keçdiyini deməyə əsas verir. Türk Şurası çərçivəsində Media Koordinasiya Komitəsinin yaradılması təşəbbüsü təqdirəlayiqdir və çox səmərəli, faydalı olacaq. Məhz qardaş ölkələrin mediasında Azərbaycan həqiqətlərinin yayılması, dünyaya çatdırılması çox vacibdir.

Əlbəttə, Türkiyə 44 günlük müharibədə də, ondan əvvəl və sonra da bütün müstəvilərdə bizə dəstək verib və bu gün də dəstəyini davam etdirir. Amma çox təəssüflər olsun ki, biz bu cür dəstəyə və müdafiəyə digər türkdilli ölkələrin mətbuatında rast gəlmədik, istər Qırğızıstan, istər Türkmənistan, istər Özbəkistan, istərsə də Türkmənistan olsun, görmədik. Azərbaycan dövləti türkdilli ölkələrin media sahəsində əməkdaşlığının koordinasiya olunmuş şəkildə inkişaf etməsi üçün Media Koordinasiya Komitəsi yaradılması təklifini, təşəbbüsünü irəli sürür”.

Ş.Ağayev hesab edir ki, təbii, türkdilli dövlətlər bir-birinin haqlı, ədalətli işini müdafiə etməlidirlər, çünki o ölkələrin dəstəyinə ciddi ehtiyac var.

Qazaxıstanın böyük ölkə olduğunu və bu ölkənin mətbuatında çıxan yazıları, ilk növbədə, Rusiya, Avropa dövlətləri, Amerikanın da izlədiyini deyən Ş.Ağayev hesab edir ki, hər türkdilli ölkənin öz mövqeyi, öz beynəlxalq auditoriyası var. “Həmçinin, Qırğızıstanın, Özbəkistanın, Türkmənistanın da öz auditoriyası var. Əlbəttə, Türk Şurası çərçivəsində Media Koordinasiya Komitəsi yaradılarsa, bu, həmin dövlətlər arasında əlaqələndirmənin daha əhatəli şəkildə həyata keçirilməsinə, birliyimizin daha da möhkəmlənməsinə şərait yaradar, Türk dünyası ilə bağlı məlumatların doğru-dürüst şəkildə beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayar”.

Ş.Ağayev hesab edir ki, mətbuat müstəvisində əlaqələr türkdilli ölkələrlə yanaşı, başqa ölkələrlə də qurulmalıdır. Ekspertin sözlərinə görə, onsuz da illərdir informasiya müharibəsi gedir və get-gedə daha ciddi xarakter alır, bu baxımdan media, informasiya sahəsində əməkdaşlıqların daha da artırılması zərurətə çevrilib. “Rusiya, MDB ölkələri ilə də bu müstəvidə bir forum, təşkilat yaradılmalıdır” deyən Ş.Ağayevin fikrincə, Rusiya mediası ilə belə əməkdaşlıqlar qurulmalıdır ki, orada Azərbaycan əleyhinə çıxan yazıların qarşısı alınsın və Azərbaycan həqiqətləri bu ölkənin mediasında yayılsın. Bu çox vacib məsələdir.  Bunu Avropa və Xəzəryanı dövlətlərlə də etməyin mümkün olduğunu deyən Ş.Ağayev deyir ki, dövlətimiz bu sahədə əlaqələrin genişləndirilməsinə mühüm töhfələrini verir və yerli media da bu istiqamətdə dəstəyini davam etdirməlidir. 

  • Müşfiq Ələsgərli: “Əməkdaşlıq Şurası özü işlək bir mexanizmdir və onun bir qolu kimi də Media Koordinasiya Komitəsinin yaradılması...”

Azərbaycan Mətbuat Şurasının sədr müavini, tanınmış media eksperti Müşfiq Ələsgərli bizimlə söhbətində bunları dedi: “İlk olaraq Türkiyə-Azərbaycan media qurumlarının bir əməkdaşlıq platformasının yaradılması modeli götürülüb. Növbəti mərhələlərdə, ümumilikdə, türkdilli dövlətlərin media qurumlarının bu platformada cəmləşdirilməsi. Onların bu platforma ətrafında koordinasiya olması üçün uzun müddətdir təkliflər olub və bu təkliflərin tarixi bəzən yüzillərə gedib dayanır. Amma 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən və ölkəmizdə media tənzimləyici qurumlar yaranandan sonra bu sahədə müəyyən addımların atılması üçün real təkliflər, real addımlar olub. Yəni bu ideyanı real mexanizmə çevirməkdən ötrü çoxsaylı addım atılıb. Düzdür, o addımların əksəriyyəti uğurlu olmayıb. Bu mənada ki, nəticə əldə etmək bir az çətin olub, tədbirlər keçirilib, toplantılar olub, amma bunu davam etdirmək üçün konkret və işlək bir mexanizmə gətirmək mümkün olmayıb. Səbəb də ondan ibarət idi ki, ideyanı hamı dəstəkləsə də, o ideyanın konkret icra mexanizminin hazırlanması üçün problemlər olmuşdu və konkret icra mexanizmi ortalığa qoyulmamışdı. Müəyyən forumlar keçirilirdi və sair. Son vaxtlar atılan addımlar önəmlidir. Türkdilli xalqların mediasının vahid bir platforma ətrafında bir araya gətirilməsi, koordinasiya edilməsi istiqamətindəki təşəbbüslər çox əhəmiyyətlidir. Hazırda bu ideyanı gerçəkləşdirən, işlək vəziyyətə gətirən konkret mexanizmlər təklif olunur. Bu təkliflərdən biri də Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının tərkibində müəyyən mexanizmlərin yaradılmasıdır. Prinsip etibarilə alqışlanası və daha çox praqmatik bir təklifdir. Çünki Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası özü işlək bir mexanizmdir və onun bir qolu kimi də Media Koordinasiya Komitəsinin yaradılması çox rasional görünür, hesab edirəm ki, bu, nəticələr verəcək. Bu baxımdan, Hikmət müəllimin səsləndirdiyi fikirləri alqışlayıram və daha çox rasional hesab edirəm. Çünki, dediyim kimi, ən azı 100 ilə yaxın tarixi olan və keçən əsrin 90-cı illərindən sonra daha çox üzərinə təkidlə gedilən bir ideyanın konkret mexanizmi təklif edilir ki, bax, bu ideya bu mexanizm üzərində qurula, işlək hala gətirilə bilər. Qaldı ki, məsələnin ikinci tərəfinə, bu platformanın yaradılması çox zəruridir. Əvvəllər ideya formasında olanda deyirdilər ki, biz kökü bir olan xalqlarıq, mənəvi, mədəni yaxınlığı olan xalqlarıq, vahid media platformalarının yaradılması bu xalqların köklərinin yenidən bərpa olunmasına imkan verə bilər. Amma bu gün bu məsələ daha çox irəli gedir və daha çox zərurət kəsb edən bir ideyaya çevrilir. Nəyə görə? Sirr deyil ki, bizim regionumuz,  xüsusi olaraq türk-müsəlman dövlətləri çox ciddi şəkildə disskriminasiyaya məruz qalırlar. Bu disskriminasiyanın da böyük hissəsi beynəlxalq media platformaları üzərindən həyata keçirilir. Bu baxımdan, bizim gücümüzü birləşdirməyimiz, dərd-sərimizi bir-birimizin potensialından istifadə edərək dünyaya çıxarmağımız üçün vahid platformalara ehtiyacımız var. İndi ki, türkdilli dövlətlər regionda bir güc mərkəzinə çevrilir və əməkdaşlıq, güc formatında birləşirlər, bu baxımdan media platformasının da aktivləşdirilməsi və gerçəkləşdirilməsi günün zəruri məsələlərindən birinə çevrilib. Uğurlu olsun. Hesab edirəm ki, bu işlək mexanizmlərin hazırlanması bu platformanın nəhayət ki, gerçək şəkildə gündəmdə olmasını təşkil etmiş olacaq”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ