Media sahəsində əməkdaşlığın daha da sistemləşdirilməsinin tərəfdarıyıq - Hikmət Hacıyev

img

Türk Şurası çərçivəsində media sahəsində əməkdaşlığın daha da sistemləşdirilməsinin tərəfdarıyıq. Bu günə kimi yaxşı təşəbbüslər olub. Lakin gəldiyimiz qənaətlərdən biri odur ki, təşkilat çərçivəsində Media Koordinasiya Komitəsi yaradılmalıdır. Necə ki, digər sahələrdə davamlı müvafiq komitələr çərçivəsində iş aparılır, bu istiqamətdə də işlər görülməlidir.

Trend xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O qeyd edib ki, ölkələrin özəl media resurslarının da cəlb olunmasına ehtiyac var: “Buna səbəb məlumatların geniş şəkildə işıqlandırılmasına nail olunmaqdır. Mediaforum konsepsiyası barədə də düşünülür. Ölkələr arasında biznes forumlar keçirildiyi təqdirdə, media sahəsində də birbaşa əlaqələr qurulması məqsədəuyğundur. Bu gün media agentlikləri tərəfindən ilkin mənbədən olmayan məlumatlara istinadlar çoxdur”.

Son xəbərlər