şənbə günü, 03 oktyabr 2026
     

BMT post-Qarabağ münaqişəsi dövründə nə iş görməlidir...

Image


BMT dünyanın aparıcı qurumu kimi postmünaqişə dövründə də fəal olmalıdır. Bunu Prezident İlham Əliyev aprelin 9-da BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkırı qəbul edərkən deyib.

Dövlət başçısı bildirib: "BMT qurumları ilə bizim ənənəvi sıx əlaqələrimiz olubdur və bu əlaqələr davam edir. Müharibədən sonrakı dövr ərzində təmaslar daha fəal olub və bu təmaslar davam etdiriləcək və əlbəttə ki, bundan sonra BMT dünyanın aparıcı qurumu kimi postmünaqişə dövründə də fəal olmalıdır. Mən dəfələrlə bildirmişdim ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub, Azərbaycan bunu həll edib və 30 ilə yaxın kağız üzərində olan qətnamələri yerinə yetirib və artıq münaqişə tarixdə qalıbdır. İndi isə yeni dövr başlayıb - quruculuq dövrü, bərpa dövrü. Artıq buna da start verilmişdir və BMT-nin bütün qurumları ilə, o cümlədən, biz artıq UNESCO ilə sıx təmasdayıq. UNESCO ilə gedən müzakirələr əsnasında missiyanın göndərilməsi nəzərdə tutulur. Əslində, biz münaqişə dövründə dəfələrlə UNESCO-ya müraciət etmişdik ki, faktaraşdırıcı missiyanı işğal edilmiş bölgələrə göndərsin. Çünki bizdə olan məlumata görə, orada bizim tarixi, dini, mədəni abidələrimiz ermənilər tərəfindən dağıdılmışdır və biz istəyirdik ki, beynəlxalq təşkilatlar, o cümlədən, bu məsələ ilə bilavasitə məşğul olan UNESCO gəlsin və bunu təsdiq etsin. Əfsuslar olsun, münaqişə dövründə bu təklifimiz cavabsız qalmışdır, ancaq münaqişədən sonra indi missiyanın göndərilməsi gözlənir. Biz bunu alqışlayırıq. Çünki azad edilmiş torpaqlarda erməni vəhşiliyi, vandallığı göz qabağındadır. Nə qədər çox beynəlxalq təşkilatlar bunu öz gözləri ilə görsələr, münaqişə ilə bağlı, Ermənistanın işğalı ilə bağlı dünya birliyində təsəvvür o qədər də daha geniş olar".

Prezidentin verdiyi tövsiyələrə uyğun olaraq, BMT postmüharibə dönəmində hansı işləri görməlidir?

  • Yeganə Hacıyeva:  “BMT-nin postmüharibə dövründə iştirakının ən vacib məqamı bölgəyə yerləşdirilən, sülhməramlı fəaliyyət göstərən qüvvələrə nəzarət imkanlarının formalaşdırılması ola bilər”

Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Birləşmiş Millətlər Təşkilatı bütün dünyada sülh quruculuğu fəaliyyətləri, postmüharibə ölkələrə münaqişəyə yenidən başlama risqini azaltmaq, davamlı sülh və inkişaf üçün zəmin yaratmaq üçün kömək etməyi hədəfləyir, bunun üçün də geniş imkanlara və alətlərə malikdir: “BMT-nin bu gün tətbiq etdiyi çoxölçülü sülhməramlı əməliyyatlar yalnız sülhü və təhlükəsizliyi qorumaq üçün deyil, həm də siyasi prosesləri asanlaşdırmaq, mülki insanları qorumaq və keçmiş döyüşçülərin və terrorçu qrupların tərksilah edilməsi üçün geniş fəaliyyəti nəzərdə tutur.

Bütün dünyada sülhməramlı fəaliyyət üçün tək legitim təşkilat kimi BMT beynəlxalq hüquq çərçivəsində bütün coğrafiyalarda birbaşa və ya partnyor əsaslarda postmüharibə və ya münaqişə vəziyyətində olan tərəflər arasında sülhün bərqərar olunmasında, qaçqın və məcburi köçkünlərin geri qaytarılması üçün vasitəçilik edir.

Qarabağda müharibədən sonra risqlərin dəyərləndirilməsi istiqamətində işğaldan azad edilmiş ərazilərin rekonstruksiya və reinteqrasiya prosesinin uzun çəkməsi bir nömrəli risq olaraq dəyərləndirilir.

Məsələ ondadır ki, Azərbaycan 800 min məcburi köçkünün dədə-baba torpaqlarına qaytması kimi çox böyük bir proses başladıb. Ölkə daxilində isə öz dədə-baba yurdlarına qayıtmaq arzusunda olan böyük bir vətəndaş ordusu faktoru mövcuddur və bu faktor irəlidəki illərdə ölkənin ictimai-siyasi həyatında ən çox təsir edəcək, istifadə və ya manipulyasiya ediləcək bir amildir”

Ekspertin sözlərinə görə, biz bu prosesin işartılarını artıq müşahidə etməkdəyik və məhz bu mövzu ətrafında ictimai şüurun  həssas nöqtələri formalaşmaqdadır: “800 min məcburi köçkünün geri qayıtması birbaşa ərazilərin rekonstruksiya və reinteqrasiya prosesindən asılıdır.

10 noyabr 2020-ci il tarixli bəyanat imzalandığı andan bəri Azərbaycanın 20 vətəndaşı, o cümlədən, 14 dinc sakin həlak olub, 87 vətəndaş, onlardan 16 dinc sakin azad edilmiş ərazilərdə minaların partlaması nəticəsində ciddi xəsarət alıb.

Birləşmiş Millətlər Təşkilatının artıq minadan təmizləmə istiqamətində Azərbaycanla həyata keçirdiyi əməkdaşlıqdan kənarda edə biləcəyi ən vacib və təsirli dəstək məhz mina xəritələrinin Ermənistandan alınması üçün vasitəçilik imkanlarını səfərbər etmək olardı. Uzunmüddətli hesabda isə qaçqınların və məcburi köçkünlərin öz yurdlarına qayıtmasının BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının hüquqi patronajlığı və ən əsası maliyyə imkanlarının iştirakı ilə həyata keçirilməsi vacibdir.

Məsələ ondadır ki, Azərbaycan hər nə qədər də kənardan bölgədə rekonstruksiya və reinteqrasiya xərclərinə ehtiyac olmadığını qeyd etsə də, dağıntıların miqyasının dəyərləndirilməsində hər gün artan rəqəmlər bir ölkənin bu dağıntıların altından çıxmaq imkanlarının yetərli olmaması qənətini verir.

BMT-nin postmüharibə dövründə iştirakçılığının ikinci əsası, əlbəttə, terrorizmlə bağlıdır.

10 noyabr bəyanatını imzalamaqla Ermənistan Dağlıq Qarabağdakı erməni terrorçularının etdikləri bütün cinayətlərin məsuliyyətini öz üzərinə götürüb. Burada bir haşiyə açım ki, bu gün bütün dünyada beynəlxalq səviyyədə terrorizmlə bağlı siyasiləşmiş bir təbliğat mövcuddur. Bu, təxminən “terrorizmin təsbit edilməsi, terrorçuların müəyyən edilməsi üçün bir meyar mövcud deyil” spekulyasiyası kimi aparılır.

Kənar güclər regional maraqlar naminə bu terrorçu qrupların fəaliyyətinə dəstək verirlər. Terrorizmə qarşı mübarizədə siyasiləşmiş təbliğat alətlərindən biri də onlara humanitar qanunların şamil edilməsi, bir sıra insan hüquqları mövzularıdır.

Bu kimi məqamlar üzündən beynəlxalq səviyyədə terrorizmlə mübarizə dövrün tələblərinə cavab vermir. Gözümüzün qarşısında terror təşkilatları digər fəaliyyət metodlarına transformasiya olunur, terrorçular hərbi əsirlər, jurnalistlər və s. kateqoriyalara şamil edilir.

Eyni halı biz Qarabağda da müşahidə edirik, noyabrın 10-da imzalanan üçtərəfli bəyanatla  Qarabağda atəşkəs elan olunması ilə əsir və girovların “hamının hamıya” prinsipi ilə  dəyişdirilməsinə baxmayaraq, Ermənistan tərəfi üçtərəfli bəyanatı pozaraq Azərbaycan ərazisinə yeni terrorçu qrupları göndərir”. Ekspert hesab edir ki, bu qruplar Qarabağ meşələrində gizlənərək Azərbaycanın hərbçi və mülki şəxslərinə qarşı təxribatlar törədirlər: “Məsələn, Hadrut istiqamətində döyüş mövqeləri yaratmış və Azərbaycan tərəfdən mülki xidmətləri həyata keçirən şəxslərə və hərbi qulluqçulara qarşı terror-təxribat, diversiya əməllərini törətmişlər.  Azərbaycanın antiterror əməliyyatları nəticəsində həbs olunan bir qrup erməni terrorçusunun adları ətrafında Azərbaycana qarşı təzyiq və təsir alətlərinin formalaşdırılma prosesi gedir.

BMT-nin postmüharibə dövründə iştirakının ən vacib məqamı isə, əlbəttə, bölgəyə yerləşdirilən,  sülhməramlı fəaliyyət göstərən qüvvələrə nəzarət imkanlarının formalaşdırılması ola bilər. Bunu tək Qarabağa deyil, BMT-nin yurisdiksiyasında olan bütün postkonflikt və postmüharibə coğrafiyasında, xüsusilə MDB ölkələrində sülhməramlı missiyalara aid etməsi daha doğru olar. Bu, özlüyündə, BMT-nin nüfuz və dünyadakı proseslərə təsir imkanlarını artıracaq. Məsələ ondadır ki, beynəlxalq hüquqda sülhməramlı fəaliyyətin əsas hədəfləri sülhün uzunmüddətli və dayanıqlı olmasını şərtləndirir. MDB ölkələrində sülhməramlı missiyalar mövcud olduqları bölgədə siyasi proseslərə qatılmaqla, bölgədə sülh və stabilliyin pozulması üçün əsaslar formalaşdırır”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ