Prezidentin köməkçisi: "Türk dövlətlərinə qarşı saxta informasiya kampaniyaları aparılır"

img

Azərbaycanla Türkiyə arasında effektli media platforması yaradılıb. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bu gün Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında çıxış edən zaman deyib.

H.Hacıyev bildirib ki, 44 günlük Vətən müharibəsi zamanı Türkiyə mediası həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadı: “Mən bununla bağlı öz təşəkkürümü bildirirəm. Hesab edirəm ki, Tükdilli Dövlətlərin Əməkdaşlıq Şurası tərkibində də belə bir platformanın yaradılması vacibdir. Hətta media forumlarının keçirilməsi də bu istiqamətdə atılan vacib addım olar. Biz özümüzü, mədəniyyətimizi dünyaya daha yaxşı çatdırmalıyıq. Türk dövlətlərinə qarşı saxta informasiya kampaniyaları aparılır. Biz səylərimizi səfərbər etməli və özümüzü göstərməliyik, reallıqları, həqiqətləri olduğu kimi dünyaya çatdırmalıyıq.

Sosial media platformalarında da ölkələrimizə qarşı aparılan saxta və çirkin kampaniyaların da qarşısının alınması istiqamətində birgə fəaliyyət göstərməliyik”.

Son xəbərlər