Deputat Əhliman Əmiraslanov seçiciləri ilə görüşdü

img

Milli Məclisin Səhiyyə komitəsinin sədri, 65 saylı Saatlı-Sabirabad- Kürdəmir seçki dairəsi üzrə deputat Əhliman Əmiraslanov 8 aprel 2021-ci ildə Kürdəmir rayonunda Yeni Azərbaycan Partiyasının qərargahında xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla rayon seçicilərilə görüşərək onları dinləyib və  sosial problemlərini müzakirə edib.

Deputat seçiciləri tərəfindən qaldırılan məsələlərin bəzilərini yerindəcə həll edib, digər məsələlərin müsbət həllinə kömək etmək üçün çalışacağına söz verib.

Görüşdə Yeni Azərbaycan Partiyasının rayon təşkilatının sədri Ağəli Kərimli də iştirak edib.

Son xəbərlər