şənbə günü, 03 oktyabr 2026
     

“Yeni əməkdaşlıq formatlarının yaranması üçün Rusiya sülhməramlıları inamsızlıq mühitindən çıxmalıdırlar” - Vüqar Rəhimzadə

Image


“Bu gün artıq heç kim üçün sirr deyil ki, İkinci Qarabağ müharibəsində dövlətimizin başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qazandığı möhtəşəm hərbi-siyasi Qələbənin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr üçtərəfli Bəyanatından irəli gələn vəzifələrin icrasında tərəflərin hər birinin üzərinə böyük məsuliyyət düşür və onlar öz missiyalarını yerinə yetirmək üçün tələb olunan addımları atmalıdırlar.

Sözügedən Bəyanatın imzalanmasından ötən 5 ayda daim gündəmdə olan məsələlər arasında “Rusiya sülhməramlıları özlərinin sülhyaratma missiyalarını düzgün yerinə yetirirlərmi”, “Bəzi aparıcı dövlətlər və bir sıra beynəlxalq təşkilatlar Ermənistanın ərköyünlüyünə niyə susurlar”, kimi suallar xüsusi yer tutur. Təəssüf ki, 44 günlük savaşda biabırçı məğlubiyyətə uğrayan işğalçı Ermənistan və regionumuzda sülhyaratma missiyasını öz üzərinə götürən Rusiya, eyni zamanda, dünyanın aparıcı dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlar postmüharibə dövrünün reallıqlarına konkret mövqe sərgiləmirlər. Günümüzün reallığı budur ki, məğlub durumda olan Ermənistan hakimiyyəti havadarlarının dəstəyinə arxalanaraq yenə də beynəlxalq humanitar hüququn tələblərinə məhəl qoymur. Təcavüzkar dövlət nümayişkaranə şəkildə işğaldan azad edilmiş torpaqlardakı minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə verməkdən imtina edir, aparıcı dövlətlər və nüfuzlu beynəlxalq təşkilatlar isə Ermənistanın, necə deyərlər, bu cığallığı fonunda susmaqda davam edirlər. Şübhəsiz, həmin aparıcı dövlətlər və nüfuzlu beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycan ərazilərini işğalda saxladığı 30 ilə yaxın müddətdə bu tipli susmaların regionu hansı faciələrə sürüklədiyini, yalnız Müzəffər Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi zamanı qazandığı tarixi Zəfərin Cənubi Qafqaz məkanında yeni reallıqlar yaratdığını bilməmiş deyillər. Amma bütün bunları bildikləri halda yenə də Ermənistanın bu kimi destruktiv addımlarını durdurmaq üçün beynəlxalq hüququn onlara verdiyi imkanlardan istifadə etməyə tələsmirlər”.

Bu fikirləri ”İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladıqları birgə Bəyanatla Azərbaycan Ordusunun döyüş meydanında Qələbəsi diplomatik cəbhədə də rəsmiləşdirildi: “Məhz bu reallığın fonunda tərəflərə münasibətdə sırf bitərəflik nümayiş etdirməli olan Rusiya sülhməramlılarının sual doğuran fəaliyyəti bir daha belə bir xatırlatmanı zəruri edir ki, bütün sülhməramlı missiyalar öz fəaliyyətlərində beynəlxalq hüquqa və BMT-nin baza prinsiplərinə əsaslanmalı, münaqişə bölgələrində yalnız sülhün və təhlükəsizliyin təmin edilməsinə çalışmalıdırlar. Başqa sözlə, tərəflərə münasibətdə qərəzsizlik və neytrallıq nümayiş etdirmək, əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə dəstək göstərmək sülhməramlıların başlıca vəzifəsi olmalıdır. Rusiya sülhməramlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində məhz bu vəzifələri yerinə yetirmək üçün yerləşdiriliblər. Daha dəqiq ifadə etsək Rusiya sülhməramlıları heç bir halda öz mandatlarından kənara çıxmamalı, birgə Bəyanatda nəzərdə tutulmuş vəzifələrin icrasını təmin etməlidirlər. Bəs bu gün biz reallıqda hansı mənzərəni görürük? Rusiya sülhməramlıları ötən müddətdə özlərinə qarşı etimad mühitini formalaşdıra biliblərmi? Düşünmürük ki, bu sualı cavablandırarkən sadəcə “hə” demək mümkündür. Ona görə ki, son vaxtlar Rusiya sülhməramlılarının öz mandatlarının tələblərini aşmaları tez-tez müşahidə olunmaqdadır. Xüsusilə Rusiya sülhməramlılarının Ermənistanın ayrı-ayrı dövlət və hökumət rəsmilərinin, o cümlədən nazirlərin Xankəndinə fasiləsiz qanunsuz səfərlərinə şərait yaratmaları, erməni qadınlarına 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə gül dəstələri ilə bayram təbriklərinin çatdırılması və xoş arzuların ifadə edilməsi, qondarma rejimin qondarma və cinayətkar, quldur “rəhbərləri” ilə mütəmadi görüşlər və digər hallar diqqətdən kənarda qala bilməz”.

Baş redaktor diqqəti Vətən müharibəsindən sonra dövlət başçısı İlham Əliyevin ATƏT-in Minsk Qrupunun Fransadan və ABŞ-dan olan həmsədrlərini onların xahişləri əsasında qəbul edərkən səsləndirdiyi fikirlərə, işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə ünvanladığı mesajlara yönəldərək bildirib ki, həmin görüşdə müzəffər Ali Baş Komandan sülhməramlıların fəaliyyətə başlamasından geniş bəhs edərək erməni yaraqlıları, yaxud “Ermənistan ordusu” adlandırılan terrorçular tərəfindən işğaldan azad edilmiş ərazilərimizdə terror aktlarının həyata keçirilməsi cəhdlərinin ciddi narahatlıq doğurduğunu önə çəkmişdir. Cənab İlham Əliyev bəyan etmişdir ki, Ermənistan Azərbaycanla yenidən müharibəyə başlamağa heç bir halda cəhd etməməlidir. Əgər erməni faşizmi yenidən baş qaldırarsa, onun başını dəmir yumruqla əzəcəyik.

“Təbii ki, bu kimi halların yenidən baş verməməsi üçün 10 noyabr Bəyanatını imzalayan dövlətlərin öz məsuliyyətləri vardır” söyləyən baş redaktor qeyd edib ki, Azərbaycan tərəfi üzərinə düşən vəzifəni layiqincə, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun yerinə yetirir. Azərbaycan və Rusiya prezidentləri arasında mütəmadi telefon danışıqları olur, bölgədəki mövcud vəziyyət, perspektivlər müzakirə edilir: “Lakin bütün bunlara baxmayaraq, işğalçı dövlət yenə də hər vəchlə Bəyanatdan irəli gələn vəzifələrin icrasından yayınmağa çalışır. Təcavüzkar dövlətin bu özbaşınalığına təcili son qoyulmalı, beynəlxalq təşkilatlar Bəyanatda əksini tapan Böyük Qayıdış proqramının uğurlu icrasında ilkin mərhələ olan minalardan təmizləmə prosesinin qısa zamanda başa çatmasına yardımçı olmaq məqsədilə minalı sahələrin xəritəsinin Azərbaycana verilməsi üçün Ermənistana təzyiq göstərməlidirlər”.

V.Rəhimzadə, həmçinin, diqqəti ATƏT-in Minsk qrupunun ABŞ-dan olan sabiq həmsədri Riçard Hoqlandın etiraflarına yönəldib. Bildirib ki, bu etiraflar Azərbaycan dövlətinin 30 ilə yaxın müddətdə ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi barədə ən yüksək tribunalardan səsləndirdiyi fikirləri bir daha əyani surətdə təsdiq edir: “Vətən müharibəsindən sonra ATƏT-in Minsk qrupunun fəaliyyətinə ehtiyac varmı” kimi suallar gündəmin müzakirə mövzularıdır. Düşünmürük ki, sabiq həmsədrin məlum etiraflarından sonra qurumun fəaliyyətinə hansısa dərəcədə inam qalsın. Ümumiyyətlə, hesab edirəm ki, Müzəffər Azərbaycan Ordusunun 44 gün müddətində çözdüyü münaqişənin həlli prosesinin 30 il uzadılması ATƏT-in Minsk qrupunun vasitəçilik missiyasının aydın mənzərəsini yaradır. Amma qurumun fəaliyyətsizliyini və bunu şərtləndirən amilləri həmsədr ölkənin təmsilçisinin dilindən eşitmək daha ciddi düşünməyə çağırış edir. Bu etirafların davamlılığı Minsk qrupunun tərkibinin dəyişdirilməsi məsələsini yenidən gündəmə gətirə və quruculuq-bərpa dövrünün reallıqlarına uyğun olaraq qarşıya daha yeni vəzifələr qoya bilər. R.Hoqlandın etiraflarında da bu fikir öz əksini tapır ki, gördüyümüz işlər və o işlərin yerinə yetirilmə forması haqqımızdakı stereotiplərə tam uyğun idi. Həmin etirafda bu məqam da yer alır ki, Qarabağ münaqişəsi sadəcə, Azərbaycanla Ermənistan arasındakı problem deyil. Bu münaqişə əslində üçtərəfli, Rusiyanın əhəmiyyətli, hətta bəlkə də həlledici rol oynadığı məsələdir. Bu etiraf kontekstində deyə bilərik ki, Rusiya dövləti yalnız sülhməramlıların missiyalarından kənar fəaliyyətlərinin qarşısını almaq istiqamətində sərt addımlar atmaqla düzgün, ədalətli mövqeyə yol aça bilər. Etimadın növbəti addımlar üçün əsas amil olduğuna söykənərək deyə bilərik ki, Rusiya sülhməramlıları bu qiymətləndirməyə o zaman sahib ola bilərlər ki, tərəflərə münasibətdə neytral mövqe nümayiş etdirib yeni əməkdaşlıq formatlarının yaranması, regionda daimi sülhün təmin olunması üçün səylərini artırsınlar”.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ