Qırğız Prezidenti Sadır Japarov səfir Hidayət Orucovu qəbul edib - FOTO

img

9 aprel 2021-ci ildə Qırğız Respublikası Prezidenti Sadır Japarov Azərbaycanın Qırğız Respublikasında səfiri Hidayət Orucovu qəbul edib.

Prezident səfiri salmayaraq, onun salamlarını Azərbaycan Prezidenti İlham Əliyevə çatdırmağı xahiş edib. Eyni tarixi kökə, mədəniyyətə, ortaq dəyərlərə malik olan Azərbaycanı Qırğızıstanın qardaş ölkə kimi qəbul etdiyini diqqətə çatdıran Sadır Japarov Qarabağ - Vətən müharibəsində qazanılan möhtəşəm qələbə və dədə-baba torpaqlarımızın işğaldan azad olunması münasibətilə Prezident İlham Əliyevi və bütün Azərbaycan xalqını təbrik edib, 10 noyabr 2020-ci il tarixli bəyanatın regionumuzda davamlı və uzunmüddətli sülhün təmin edilməsi zəmin yaradacığına ümidvar olduğunu deyib. İki ölkə arasında intensiv təmasların ən yüksək səviyyədə olmasının vacibliyini qeyd edən Qırğız Prezidenti Prezident İlham Əliyevi ölkəsinə səfərə dəvət edib. Qeyd edib ki, Azərbaycanla Qırğızıstan arasında müxtəlif sahələr, xüsusilə iqtisadiyyat üzrə əməkdaşlığın inkişafı üçün istifadə edilməmiş böyük potensial mövcuddur.

Prezident Hidayət Orucova diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Səfir Hidayət Orucov qəbul üçün Prezindet Sadır Japarova təşəkkür edərək, ona dövlət başçımızın salamlarını və xoş arzularını çatdırıb. Bildirib ki, ölkələrimiz arasında münasibətlərin dərinləşməsi, genişləndirilməsi Prezident İlham Əliyevin siyasətinin prioritet istiqamətlərindəndir. Qırğız Respublikası Prezidenti Sadır Japarovun rəhbərliyi ilə də Azərbaycan və Qırğızıstan arasında dostluq və tərəfdaşlıq münasibətləri qardaş xalqlarımızın rifahı naminə dinamik şəkildə dərinləşəcəyinə əminliyini ifadə edən səfir qeyd edib ki, ölkələrimizi və xalqlarımızı etnik və tarixi əlaqələr, ortaq mədəniyyətlər, ənənələr, adətlər, dil və din birləşdirir və bu öz növbəsində əməkdaşlıq üçün böyük imkanlar yaradır. O vurğulayıb ki, Azərbaycanla Qırğızıstan qardaş ölkələrdir və müstəqilliyini bərpa etdikdən sonra həyatımızın bütün sahələrində (həm siyasətdə, həm humanitar sahədə, həm də diplomatiyada) əməkdaşlığımız dərinləşir. Ölkələrimiz bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir. Görüşdə qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması, inkişaf etdirilməsi və gələcək əməkdaşlıq perspektivlərinin müəyyən edilməsi, ticarət dövriyyəmizin artırılması və idxal-ixracın diversifikasiyası müzakirə edilib.

Son xəbərlər