şənbə günü, 03 oktyabr 2026
     

Ermənilərin Azərbaycandakı dağıntılarının qiymətləndirilməsində beynəlxalq təşkilatların iştirakı başladı...

Image


Ermənistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində törətdiyi dağıntılar, vandalizm aktları nəticəsində Qarabağda mədəni abidələrə də miqyasagəlməz dərəcədə zərər dəyib.

Azərbaycan dəfələrlə beynəlxalq təşkilarları erməni vandalizmi nəticəsində abidlələrimizə dəyən zərəri hesablayıb qiymətləndirməyə dəvət edib. Həmişə haqq-ədalətin yanında olan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) bütün beynəlxalq qurumların hamısından əvvəl Azərbaycanın çağırışlarına cavab verib və bu təşkilat Qarabağda mədəni abidələrə dəyən ziyanı hesablayacaq.

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibinin iqtisadi məsələlər üzrə köməkçisi Ahmad Kavaesa Senqendo İƏT Təmas Qrupunun nümayəndə heyətinin Ağdama və Gəncəyə səfərlərinin nəticələrinə həsr olunmuş mətbuat konfransında deyib ki, İƏT Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanda mədəni abidələrə dəyən ziyanı qiymətləndirmək üçün iş aparacaq.

O bildirib ki, bu münaqişə nəticəsində Azərbaycanda mədəni abidələrə ciddi ziyan dəyib: “Biz bu məlumatları həm dünya ictimaiyyətinə çatdırmaq, həm də dəymiş ziyanı qiymətləndirmək üçün fəaliyyət göstərəcəyik”.

  • “İşğaldan azad edilmiş ərazilərimizdəki tarix-mədəniyyət abidələrinə, bütövlükdə, mədəni irs nümunələrimizə beynəlxalq yanaşmanın olması...”

Beynəlxalq Memarlar Akademiyası Moskva şöbəsinin professoru, Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin üzvü, mədəni irsin araşdırılması üzrə ekspert Faiq İsmayılovun sözlərinə görə, İƏT-in bu addımı olduqca müsbətdir. F.İsmayılovun sözlərinə görə, bu, beynəlxalq təşkilatların bizim həqiqətimizə dəstək olmasının təzahürüdür: “İşğaldan azad edilmiş ərazilərimizdəki tarix-mədəniyyət abidələrinə, bütövlükdə, mədəni irs nümunələrimizə beynəlxalq yanaşmanın olması beynəlxalq səviyyədə Azərbaycan həqiqətlərinin aşkar olunması deməkdir. Yəni bu çox vacib bir məsələdir. Bu baxımdan, İƏT-in Qarabağda mədəni abidələrlə bağlı atacağı bu addım təqdirəlayiqdir və erməni vandalizminə məruz qalan abidələrimizin beynəlxalq aləmdə tanıdılmasında mühüm rol oynayacaq.

Yəqin ki, mətbuatdan xəbəriniz var, 22 nəfər Azərbaycan ziyalısının UNESCO-ya müraciəti olub, o sənədə imza atanlardan biri də mənəm. Məsələ burasındadır ki, Azərbaycanın işğaldan azad edilən ərazilərində olan tarix-mədəniyyət abidələrinin hamısı vandalizmə məruz qalıb. Bunların bir qismini, ümumiyyətlə, məhv edib, yer üzündən siliblər, bir qismi isə yararsız vəziyyətə salınıb. Xristian dövrü abidələrinin və xristianlığa qədər abidələrin bir qisminə ermənilər “erməni monastırı”, “erməni kilsəsi” damğası vuraraq, onları “erməni abidələri” kimi xarici ölkələrdə təbliğ edirlər.

44 günlük müharibədə bizim qələbəmizin ilk günlərində Rusiyadan olan bir qrup mədəniyyət adamı UNESCO-ya müraciət edərək Azərbaycanda “erməni xristian abidələrinin dağıdılmasının qarşısını almasını” xahiş edirdilər (?). Guya ki, bizdə “erməni abidələri” varmış, onu “dağıdırıq”. Halbuki, alban xristian abidələrini ermənilər özləri dağıdıblar. Biz indi o abidələrin üzərindən onların yox etdikləri divar yazılarını, ornamental, eləcə də bədii daş nümunələrini yenidən bərpa etməliyik. Ermənilər hətta monastırların içindəkləri söküb aparıblar, bunu ona görə ediblər ki, bu məbədlər onların inanc yerləri deyil, onların icanc yeri olsaydı, belə etməzdilər, dağıtmazdılar. Çünki heç bir xalq öz inanc yerlərini söküb, içindəkiləri başqa yerə aparıb satmır. Çox keçmədi ki, ermənilərin Xudavəng monastırından talayıb apardıqlarının İrəvanda bazara çıxarılıb satıldığının şahidi olduq. Niyə bunları qeyd etdim? Çünki biz 28-30 ildir ki, bu həqiqətləri dünyaya olduğu kimi çatdıra bilmirik, ona görə ki, bizə qarşı ikili standartlar mövcuddur”.

F.İsmayılov hesab edir ki, İƏT-in aparacağı işlər bizə qarşı olan ikili münasibətin aradan qaldırılmasında mühüm rol oynayacaq. “Bu ikili standartların aradan qaldırılması çox vacibdir, İƏT artıq görəcəyi işlə bu istiqamətdə də addım atacaq. Məsələ burasındadır ki, ikili standartların aradan qaldırılması üçün İƏT-lə, İslam dünyası ilə yanaşı, Avropa ölkələrinin də, beynəlxalq təşkilatların, xalqların və dövlətlərin nümayəndələrinin də azad olunmuş ərazilərimizə gələrək, abidələrimizin başına açılan oyunları birbaşa öz gözləri ilə görməsi mühüm şərtdir”.   

Abidələrimizə dəymiş ziyanın qiymətləndirilməsinə gəlincə, F.İsmayılov hesab edir ki, bu istiqamətdə Azərbaycan tərəfi xeyli iş görüb, amma İƏT-in də prosesə qoşulması çox mühümdür və təşkilat bu işdə yaxından iştirak edəcək. “Abidələrə dəymiş zərərin qiymətləndirilməsi ilə bağlı 2014-2017-ci illərdə Nazirlər Kabineti yanında İtki və tələfatların qiymətləndirilməsi üzrə işçi qrupunun tərkibində olarkən aparılan qiyabi hesablamalara görə, ermənilər 177 milyard həcmində bizim daşınan və daşınmayan tarix-mədəniyyət abidələrimizə zərər vurublar. İndi ərazilərimiz işğaldan azad olunub. Dəymiş ziyanın daha da dəqiqləşdirilməsi üçün müxtəlif monitorinq qruplarının tərkibində səfərlərim nəzərdə tutulub. Bu hesablamalar ona görə vacibdir ki, görək bizim qiyabi hesablamamızla onun arasında hansı fəqrlər var. Qarabağda erməni vandalizmi nəticəsində abidələrimizə dəymiş ziyanın İƏT tərəfindən hesablanması çox mühümdür və bunun bizim haqq işimizin dünyaya çıxarılmasında rolu böyükdür. Sözümün canı odur ki, biz beynəlxalq təşkilatlar Azərbaycana qədəm qoymamışdan əvvəl bunun üzərində işləmişik. Amma İƏT-in bu prosesə aktiv şəkildə qoşulması beynəlxalq səviyyədə Azərbaycanın ədalətli mövqeyinə çox böyük təkan verir və erməni vandalizminin ifşa edilməsində mühüm əhəmiyyət daşıyır” - deyə F.İsmayılov vurğuladı.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ