Ermənilər işğaldan azad olunan ərazilərdə tələ minalar qurublar...

img

İşğaldan azad edilən ərazilərdə, həmçinin evlərdə, obyekt və sair binalarda ermənilər tələ minalar da quraşdırıblar.

Bunu Trend-ə açıqlamasında Azərbaycan Minatəmizləmə Agentliyinin Operativ qərargahının rəhbəri İdris İsmayılov deyib. O bildirib ki, hətta onlar bu ərazilərdə iki minanı üst-üstə qoyub, 4-5 minanı bir yerə basdırıblar: "Bununla yanaşı, onlar səngərlərin künc hissəsində üzərinə torpaq tökməklə minalar yerləşdiriblər. Bu cür minalar axtarış zamanı tapılmır, sonradan ərazi təmizlənərkən həmin minalara rast gəlinir. Düşmənlər geri çəkilərkən bu cür hiylələrə əl ataraq tələ qurublar".

Son xəbərlər