şənbə günü, 03 oktyabr 2026
     

Azərbaycanın tarixi şəxsiyyətləri UNESCO-nun mədəniyyət və irs platformalarında... - II yazı

Image


Azərbaycan dövləti hər zaman beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsi, səmərəli olması, inkişaf etdirilməsi üçün öz səylərini əsirgəmir. Dövlətimiz üzv olduğu hər bir təşkilat qarşısında üzərinə götürdüyü bütün öhdəlikləri çox yüksək səviyyədə həyata keçirir və yaxından əməkdaşlıq edir.

Azərbaycan dövləti uzun illərdir BMT-nin elm, təhsil, mədəniyyət üzrə təsisatı olan UNESCO ilə sıx əməkdaşlıq edir. UNECSO-nun bütün humanitar, mədəni tədbirlərində yaxından iştirak edib, maliyyə dəstəyi göstərib.

Azərbayacanın maddi-mədəni, tarixi irsinin dünyaya çıxması, əlbəttə ki, bizim ən mühüm hədəflərimizdən biri olub və dövlətimiz hər zaman bu istiqamətdə çox mühüm addımlar atıb. Tarixi şəxsiyyətlərimizin, elm-mədəniyyət xadimlərimizin, yazılı və şifahi, tarixi-mədəni, arxeoloji abidələrimizin beynəlxalq aləmdə təbliğ edilməsi, tanıdılması üçün UNESCO çərçivəsində indiyə qədər xeyli iş görülüb.

Bu istiqamətdə Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyinin əməyi də gözdən qaçmır. Eyni zamanda, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası mədəniyyət və humanitar sahələrdə ən müxtəlif səpkili layihələrin, seminarların və beynəlxalq tədbirlərin həyata keçirilməsində mühüm rol oynayıb. UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının bu layihələrindən biri də məhz UNESCO-nun Yubileylər Proqramı çərçivəsində tanınmış şəxsiyyətlərin və əhəmiyyətli hadisələrin qeyd edilməsidir ki, ötən yazımızda qeyd etdiyimiz kimi, bu çərçivədə çox böyük işlər görülüb.

  • “Azərbaycan-UNESCO əlaqələri” elektron layihəsi…

Məlum olduğu kimi, Azərbaycan-UNESCO əlaqələrinin 25 illiyi ilə əlaqədar olaraq Prezident Kitabxanasında “Azərbaycan-UNESCO əlaqələri” adlı elektron layihə hazırlanıb. Azərbaycan-UNESCO əlaqələrinin daha da möhkəmlənməsi üçün həyata keçirilən tədbirlər sırasında dahi şəxsiyyətlərimizin yubileylərinin UNESCO xəttilə qeyd edilməsi xüsusi yer tutur. 

Prezident Kitabxanasında eyniadlı layihədə əks olunan məlumatlara görə, 2015-ci ilin noyabr ayında keçirilən UNESCO-nun Baş Konfransının 38-ci sessiyasında Azərbaycan tərəfindən təqdim olunmuş 3 yubiley tədbirinin 2016-2017-ci illərdə qeyd olunmasına dair qərar qəbul edilib. Belə ki, 2017-ci ilin 30 oktyabr-14 noyabr tarixlərində keçirilmiş UNESCO Baş Konfransının 39-cu sessiyasında Azərbaycan tərəfindən təqdim olunmuş 2 yubiley tədbirinin - Qara Qarayevin 100 illik yubileyi və Bakı Dövlət Universitetinin 100 illik yubileyinin 2018-2019-cu illərdə qeyd olunmasına dair müsbət qərar qəbul edilib.

  • UNESCO çərçivəsində keçirilmiş tədbirlər…

1994-cü ildə  Orxon-Yenisey abidələrinin oxunmasının 100 illik yubileyi, 1996-cı ildə Füzulinin anadan olmasının 500 illik yubileyi ilə əlaqədar tədbirlər, 1997-ci ildə texniki peşə təhsilinin problemlərinə dair, 1999-cu ildə tərcüməçilik problemlərinə dair, 2000-ci ildə “Kitabi Dədə Qorqud”un 1300 illik yubileyi ilə əlaqədar, 2001-ci ildə Qafqaz dövlətlərinin pedaqoji ali məktəblərinin ikinci regional toplantısı, 2001-ci ildə N.Tusinin anadan olmasının 800 illik yubileyi ilə əlaqədar, 2001-ci ildə mədəni irsin qorunmasına dair normativ aktlara həsr olunmuş beynəlxalq seminar, 2001-ci ildə “Rəqəmli İpək yolu” regional seminar, 2002 -ci ildə XX əsrin ən mühüm hadisələri haqqında, 2002-ci ildə Mirzə Kazım bəyin 200 illik yubileyinə dair, 2003-cü ildə GUAM ölkələri arasında mədəni dəhlizə dair, 2003-cü ildə UNESCO Türk Dövlətlərinin Kosmik Nəsil Forumu, 2003-cü ildə professional fəaliyyətdə informasiya-kommunikasiya texnologiyalarının istifadə edilməsində professional təcrübənin artırılmasına dair seminar, 2004-cü ildə “Silahlı münaqişə zamanı mədəni dəyərlərin qorunması haqqında” Konvensiyanın 50 illiyinə dair, UNESCO Assosiativ Məktəblər Şəbəkəsi (ASPnet) üzrə milli əlaqələndiricilər və bu şəbəkəyə daxil olmuş məktəblərin müəllimləri üçün “Keyfiyyətli təhsil təcrübədə” mövzusunda regional seminar, 2005-ci ildə

Azərbaycan təhsil sistemində islahatlar” mövzusunda konfrans, 2005-ci il 5-6 may tarixlərində UNESCO-nun dəstəyi və Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Bakıda GUAM ölkələrinin mədəni siyasət üzrə Avropa-Qafqaz-Asiya Observatoriyasının yaradılması məqsədilə konfrans keçirilib.

Rəsmi məlumata görə, 2005-ci ilin 1-3 iyun tarixlərində Beynəlxalq Enerji, Ekologiya, İqtisadiyyat Konqresi, 2005-ci ilin 23-26 avqust tarixlərində UNESCO-nun baş direktoru Koiçiro Matsuura Azərbaycanda rəsmi səfərdə olub, 2005-ci il 24 avqust tarixində Bakı şəhərində “UNESCO-Azərbaycan: gələcəyə körpü” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransın sonunda UNESCO ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlığa dair Qarşılıqlı Anlaşma Memorandumu imzalanıb. Memorandumda təhsildə bərabər imkanların yaradılması, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, təhsilin bütün pillələri üzrə kurrikulumun yeniləşdirilməsi və müəllimlərin ixtisasartırma sisteminin təkmilləşdirilməsi vasitəsilə keyfiyyətin artırılması, beynəlxalq əməkdaşlıq şəbəkəsinin təşkili və digər əsas prioritetlər əks olunub.

Məlumatda qeyd edilir ki, 2006-cı il 5-11 mart tarixlərində Qobustan Dövlət Bədii-Tarixi Qoruğunun UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi ilə bağlı Heydər Əliyev Fondunun dəstəyilə iki Norveç ekspertinin Azərbaycana səfəri təşkil edilib. Səfər nəticəsində ekspertlər tərəfindən UNESCO-nun tələblərinə uyğun olan Tədbirlər Planı hazırlanıb.

  • Azərbaycan muğamları ilə bağlı mühüm qərar…

Azərbaycan muğamının UNESCO-nun İrs siyahısına daxil edilməsi həqiqətən də mühüm hadisə idi.

“UNESCO və Azərbaycan əlaqələri”ndə vurğulanır ki,

2006-cı il 19 may tarixində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Sərəncamına əsasən, Azərbaycan Respublikası hökuməti ilə UNESCO arasında “Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsəri olan Azərbaycan muğamının qorunması üzrə Milli Fəaliyyət Planının həyata keçirilməsi layihəsi üzrə Saziş” imzalanıb.

Azərbaycan-UNESCO əlaqələri çərçivəsində həyata keçirilən mühüm hadisələrdən biri də 2007-ci ildə UNESCO-nun maliyyə dəstəyilə “Azərbaycanın ənənəvi musiqi Atlası” internet saytının yaradılmasıdır. 2008-ci il dekabr ayının 27-də Bakıda - dənizkənarı Milli Parkda UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə inşa olunan Beynəlxalq Muğam Mərkəzinin açılışı olub və tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak edib.

  • Bakıda Birinci Beynəlxalq Muğam Festivalı…

Heydər Əliyev Fondunun prezidenti, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın muğama göstərdiyi qayğı və diqqət özünü bütün istiqamətlərdə göstərir. Məhz M.Əliyevanın səyi, təşəbbüsü və dəstəyilə Azərbaycan muğamı dünyaya çıxdı və UNESCO səviyyəsində geniş şəkildə tanıdıldı, təbliğ edildi.

Bildiyimiz kimi, 2009-cu il 18-25 mart tarixlərində Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə Bakıda Birinci Beynəlxalq Muğam Festivalı təşkil olundu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Bakıda rəsmi səfərdə olan (19-21 mart, 2009-cu il) UNESCO-nun baş direktoru cənab Koişiro Matsuura və dünyanın 17 ölkəsindən festivala gəlmiş çoxsaylı qonaq mərasimdə iştirak etmişlər. Festival çərçivəsində elmi simpoziumlar, muğam ifaçılarının beynəlxalq müsabiqəsi və müxtəlif konsertlər təşkil edilib.

  • Nəsiminin vəfatının 600 illiyi, Vaqifin 300 illik yubileyi UNESCO-da qeyd edilib

Azərbaycanın tarixi şəxsiyyətlərinin, mədəniyyət xadimlərinin, mədəniyyətinin, ölkəmizdə baş verən mühüm tarixi hadisələrin UNESCO platformasında təbliğ edilməsi heç şübhəsiz ki, mədəniyyətimizin bəşəriyyətin həyatında nə qədər böyük rol oynadığını açıq şəkildə göstərir.

“Azərbaycan-UNESCO əlaqələri” məqaləsinə nəzər saldıqda görürük ki, 2013-cü il mayın 19-da orta əsrlər Azərbaycan şeirinin görkəmli nümayəndəsi Məhsəti Gəncəvinin 900 illik yubileyi UNESCO-nun Baş Qərargahında qeyd edilib və bu kimi mühüm tədbirlər Azərbaycan-UNESCO əlaqələrinin möhkəmlənməsində, səmərəli inkişafında mühüm rol oynayan Mehriban Əliyevanın səyləri nəticəsində keçirilib.

UNESCO çərçivəsində keçirilən tədbirlərdən biri də 2014-cü ildə Azərbaycan, İran, Türkiyə və Tacikistanla birgə Əbdülqədir Maraağayinin “Ma-qasid əl-Əlhan” əsərinin 600 illiyinun UNESCO Baş Konfransı tərəfindən beynəlxalq səviyyədə qeyd olunmasına qərar verilməsidir. 2015-ci ildə orta əsrlərin tanınmış alimi və mütəfəkkiri Əhməd Əl-Bərdəçinin vəfatının 1100 illiyinin noyabrın 20-də keçirilən UNESCO Baş Konfransının 37-ci sessiyası çərçivəsində qurum tərəfindən qeyd edilməsinə qərar verilməsi də mühüm hadisələrdən biri kimi tarixə düşüb.

“Kitabi Dədə Qorqud” eposunun alman dilinə tərcüməsinin və nəşrinin 200 illik yubileyinin qeyd edilməsi də (Azərbaycan, Türkiyə, Qazaxıstan və Türkmənistanın UNESCO üzrə milli komissiyaları və daimi nümayəndəliklərinin təşkilatçılığı və Beynəlxalq Türk Akademiyasının dəstəyilə keçirilib) əlamətdar bir tarixdir.

Nəsimi irsinə həm Azərbayanda, həm də beynəlxalq aləmdə çox mühüm əhəmiyyət verilir. Belə ki, 2017-ci il mayın 18-də Parisdə UNESCO-nun Baş Qərargahında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin birgə təşkilatçılığı ilə ölkəmizin UNESCO-ya üzv olmasının 25 illik yubileyinin qeyd edilməsi çərçivəsində böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü ilə əlaqədar tədbirin keçirilməsi də yaddaqalan mühüm bir hadisədir.

Məlum olduğu kimi, UNESCO 2016-cı ili Azərbaycan klassik ədəbiyyatının iki görkəmli nümayəndəsi - İmadəddin Nəsimi və Molla Pənah Vaqif ili elan etmişdi.

2018-ci ilin iyun ayının 7-də Parisdə, UNESCO-nun mənzil-qərargahında “Qeyri-maddi mədəni irsin mühafizəsi haqqında Konvensiya”nın iştirakçı dövlətlərinin Baş Assambleyasının 7-ci sessiyası keçirilib. Sessiya çərçivəsində habelə UNESCO-da akkreditasiyadan keçmiş qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə UNESCO QHT Forumu baş tutub. UNESCO QHT Forumunda Aşıq Şəmşirin anadan olmasının 125 illiyi qeyd edilib.

İradə SARIYEVA

P.S. Məqalədə Prezident Kitabxanasının “Azərbaycan-UNESCO əlaqələri” məqaləsindən istifadə olunub.

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ