şənbə günü, 03 oktyabr 2026
     

ABŞ və Rusiya Qara dənizdə qorxunc savaşa başlayır...

Image


Son günlərdə Ukraynanın Donbas bölgəsi ətrafında vəziyyətin yenidən nəzarətdən çıxması və hərbi toqquşma risqinin artması müşahidə edilir. Bu ərazidə Rusiya qoşunlarının hərəkətə gəlməsinə dair xəbərlərlə əlaqədar Kiyev də öz silahlı qüvvələrini döyüş hazırlığı vəziyyətinə gətirib.

Bu fonda məlum olub ki, Rusiya Mərkəzi Hərbi Dairəsi 119-cu raket briqadasına məxsus “İsgəndər” əməliyyat-taktiki raket komplekslərini Voronej yaxınlığına yerləşdirib. Britaniyanın müdafiə və təhlükəsizlik məsələləri üzrə ixtisaslaşmış “Janes” agentliyinin məlumatına görə, Rusiyanın quru qoşunlarının 14 bölməsi martın sonlarından etibarən Ukrayna sərhədi yaxınlığına yerləşdirilib, ya da yerləşdirilir. Mərkəzi Hərbi Dairəsindən tanklar, PDM-lər, 152 mm-lik 2C19 MSTA-S topları, özüyeriyən artilleriya, TOS-1A və 220 mm-lik BM-27 “Uraqan” reaktiv yaylım atəş sistemləri ilə təchiz olunmuş 74 və 35-ci briqadalar, 120-ci artilleriya briqadası və 6-cı tank alayının dislokasiyasının həyata keçirildiyi bildirilib. Yaranmış vəziyyətdə rəsmi Kiyev çıxış yolunu Qərblə əlaqələrin möhkəmləndirilməsində və Ukraynanın NATO-ya üzvlüyü məsələsinin həllinin sürətləndirilməsində görür. Ukrayna bildirir ki, indiki vəziyyətdə də NATO Rusiyaya qarşı konkter addımlar atmalıdır. Amma rusiyalı senator Aleksey Puşkov hesab edir ki, Zelenski Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı yanılır: “Ukraynanın NATO-ya üzv olmasının Donbası geri qaytarmağın yeganə yolu olduğunu düşünməklə Zelenski böyük səhvə yol verir. Bu, Donbasın yekun itirilməsi ilə bağlı qəti addımlara səbəb olacaq. Kiyevin zəif liderləri NATO-ya güc simvolu kimi yalvarırlar, amma alyans onlara Donbası geri qaytarmayacaq”. Elə bu fonda ABŞ-ın Rusiya sərhədlərinə hərbi gəmilər göndərmək istədiyi barədə xəbərlər yayılıb. CNN telekanalının məlumatına görə, Ağ Ev Ukraynaya dəstək vermək üçün yaxın Qara dənizə hərbi qüvvələr göndərməyi düşünür. Rusiya Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin üzvü Yelena Panina ABŞ hərbi gəmilərinin Qara dənizə göndərilməsini Ukraynaya dəstək əlaməti adlandırıb. Onun sözlərinə görə, belə bir demarş Donbas ətrafındakı vəziyyəti çətinləşdirəcək. Deputat Amerika gəmilərinin Qara dənizə göndərilməsinin Rusiyaya deyil, Ukrayna milli radikallarına bir siqnal olacağını qeyd edib: “Eyni zamanda, ABŞ hərbçiləri rus həmkarlarının belə vəziyyətlərdə qaçılmaz olan cavab addımlarına görə çox narahat və çox əsəbi olurlar. ABŞ-ın "Donald Cook" gəmisinin heyət üzvlərinin 2014-cü ilin aprelində Rusiyanın “Su-24” təyyarəsinin yaxınlaşmasına verdiyi panik reaksiyanı xatırlasınlar. Amerikalılar bu cür hallar üçün zəmin yaratmasalar, daha yaxşı olardı”. Rusiyalı senator Konstantin Kosaçov isə hesab edir ki, ABŞ-ın Kiyevə dəstəyi Ukraynanı Donbasda hərbi güc tətbiq etməyə təşviq edəcək: “ABŞ tərəfindən istənilən hərbi dəstək Ukraynanı cənub-şərqdə hərbi güc tətbiq etməyə sövq edir. Ukraynanın ərazi bütövlüyü üçün bu cəhdləri acınacaqlı nəticələrə gətirib çıxaracaq”.

 Bu situasiyada məlum olub ki, Rusiyanın Xəzər donanmasının desant və artilleriya katerləri də Qara dənizə göndərilir. Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidməti bildirir ki, Xəzərdən hərbi gəmilərin Qara dənizə aparılması iki donanma arasında qarşılıqlı əlaqə üzrə təlimlər çərçivəsində həyata keçirilir: “Nəzarət yoxlaması çərçivəsində Cənub Hərbi Dairəsinin Xəzər donanmasının 10-dan çox desant və artilleriya gəmilərinin Xəzər dənizindən Qara dənizə keçidi başlayıb”. “Conflict Intelligence Team” araşdırma qrupunun rəhbəri Ruslan Leviyev hesab edir ki, açıq mənbələrdə yer alan görüntülər Rusiyanın Ukrayna sərhədləri boyu hərbi qüvvələr cəmləşdirməsinin misli görünməmiş miqyasda olduğunu göstərir. O, “Azadlıq” radiosunun rus xidmətinə bildirib ki, yaxın vaxtlarda Rusiya tammiqyaslı hücum əməliyyatlarına başlamaq üçün Ukrayna sərhədlərində kifayət qədər qüvvə cəmləşdirməyi başa çatdıracaq. İstefada olan rusiyalı general-polkovnik Leonid İvaşov isə hesab edir ki, Ukrayna Donbasda hücuma başlayacaq və bu zaman Rusiya ilə Ukrayna arasında toqquşma risqi yaranacaq: “Ukrayna ordusunun Donetsk və Luqansk silahlı dəstələri ilə müharibə ehtimalı 99 faizdir. Bunun əlamətləri aydın görünür. Ukrayna silahlı qüvvələrinin “respublikalar” üzərində həlledici üstünlüyü var. Donbasda, belə görünür ki, döyüşməyə heç kim yoxdur”. General hesab edir ki, prezident Vladimir Zelenski Azərbaycanın Qarabağ müharibəsindəki möhtəşəm uğurundan ruhlanıb: “Ona hər tərəfdən təzyiq edirlər, deyirlər ki, baxın, Ermənistanın da arxasında Rusiya dayanmışdı, amma köməyi olmadı. İlham Əliyev bacardı, sən də bacararsan! Birləşmiş Ştatlarda qəzetlərin başlıqları belədirsə, bu proqnoz deyil, komandadır!“. General hesab edir ki, müharibə realdır və müasir müharibələrdə əsgərin döyüş ruhu heç nəyi həll eləmir: “Ermənilər də döyüşçü xalq haqda qəhrəmanlıq nitqləri söyləyirdilər, deyirdilər heç vaxt Şuşanı vermərik və sair. Nəticəsini gördük”.

Digər rusiyalı hərbi ekspert Arkadi Babçenko isə hesab edir ki, müharibə olacağı halda Rusiya ordusunun genişmiqyaslı hücumu Ukraynanın böyük ərazisinin bombardman edilməsi ilə nəticələnəcək. Onun sözlərinə görə, Moskva üçün əsas məsələ xaos və Avropanı qorxudan böyük qaçqın kütləsi yaratmaqdır. Məhz bunun nəticəsində Qərb Kiyevdə rusyönümlü hökumətə razı olacaq: “Ukraynanın bütün ərazisinə zərbə endiriləcək. Rusiya Belarus və Ukraynanın “bufer zona” kimi saxlanılması üçün əlindən gələn hər şeyi edəcək”.

Samirə SƏFƏROVA

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ