Şirvan şəhərindən Sovet İttifaqı Qəhrəmanı Şirin Şükürovun ailə üzvləri adından Şükürov Ağazər Şirin oğlu Prezident İlham Əliyevə müraciət ünvanlayıb:
“44 günlük Vətən müharibəsi Sizin müdrik rəhbərliyiniz, qətiyyətiniz, uzaqgörənliyiniz nəticəsində qələbə ilə başa çatdı. Xalqımızın 30 illik yurd, torpaq həsrətinə son qoyuldu. Sizi, müzəffər Azərbaycan Ordusunu və xalqımızı şanlı Qələbə münasibətilə ürəkdən təbrik edirik. Qarabağın işğaldan azad edilməsi hər birimizi ürəkdən sevindirdi, bu böyük sevinci bizlərə bəxş etdiyiniz üçün Sizə təşəkkürümüzü bildiririk.
...Bu Vətən müharibəsində Azərbaycan Ermənistan üzərində təkcə hərbi deyil, eyni zamanda siyasi və psixoloji Qələbə qazandı, bununla da erməni mifini darmadağın etdi.
...Xalqımız həmişə Sizin ətrafınızda sıx birləşib. Biz şirvanlılar da həmişə Sizə arxa dayağıq. Sizə möhkəm cansağlığı, yeni-yeni uğurlar arzulayırıq. Tanrı Sizi və ailənizi qorusun!”
Baki-xeber.com