Almaniyanın Düsseldorf şəhərindən iki tibb professoru İlham Əliyevə yazdı – “Çox şükür ki, Siz varsınız”

img

Almaniya Federativ Respublikasının Düsseldorf şəhərindən “MİR” Beynəlxalq Humanitar Cəmiyyətinin prezidenti, tibb elmləri doktoru, professor Ağabəy Azərbaycani və “MİR” Beynəlxalq Humanitar Cəmiyyətinin vitse-prezidenti, tibb elmləri doktoru, professor Xanım Krista Azərbaycani Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya müraciət ediblər:

“…Azərbaycan tarixində Vətən uğrunda Günəş kimi işıq saçan müqəddəslər var. Bu cəngavər siyasət sərkərdələrindən öndə gedəni ulu öndər Heydər Əliyev olub.

Ümummilli lider Heydər Əliyev həqiqətən ötən yüzilliyin ən görkəmli siyasi xadimlərindən sayılır. O, XX əsrin ən çətin və dəhşətli hadisələrinin iştirakçısı kimi müharibə dövründə dünyadakı siyasi vəziyyəti düzgün qiymətləndirməyə qadir olub. Heydər Əliyev XX əsr tarixinə Azərbaycan xalqının Ulu Öndəri, dünyamiqyaslı dövlət xadimi kimi daxil olub.

Azərbaycan xalqı yaxşı bilir ki, Prezident İlham Əliyev Ulu Öndərimiz Heydər Əliyev məktəbinin ən parlaq, dönməz, yenilməz, mübariz yetirməsidir, dövlətin və millətin həqiqətən Ümumxalq Lideridir.

Şəxsən Sizin rəhbərliyinizlə Azərbaycanda bütün sahələrdə sistemli və ardıcıl islahatlar həyata keçirilib, ölkənin inkişafında bütün istiqamətlər üzrə müzəffər yüksəliş əldə olunub.

Azərbaycan xalqının erməni faşizminə şərəflə qalib gəlməsi Ali Baş Komandan kimi şəxsən Sizin və Sizin göstərişlərinizi namus və qeyrətlə icra edən rəşadətli Milli Ordumuzun, Vətən mücahidləri - müqəddəs şəhidlərimizin sonsuz Vətən eşqi, bütövlükdə yumruq kimi birləşən Azərbaycan xalqının səbri, dözümü və ləyaqətinin göstəricisidir. Tarix boyu erməni vətənsiz olub, çünki erməninin öz torpağı olmayıb. Öz torpağı olmayanın doğma yurdu ola bilməz.

Azərbaycan xalqı Qalibiyyət rəmzidir, çünki dövlətimiz də var, Vətənimiz də!

Azərbaycan Bayrağı azadlıq və müstəqillik rəmzidir. Çox şükür ki, millətimizin İlham Heydər oğlu Əliyev kimi yenilməz Lideri var!

Cənab Prezident, Sizi və Mehriban xanımı möhtəşəm Qələbə münasibətilə təbrik edirik. Mübarək olsun”.

Baki-xeber.com

Son xəbərlər