Gəncədən kəlbəcərli Elçin Salahov Prezidentə yazdı…

img

Kəlbəcər rayonunun heç bir itki vermədən azad olunmasına görə bütün kəlbəcərlilər adından Sizə dərin minnətdarlığımızı bildiririk.

Biz fəxr edirik ki, Sizin kimi möhkəm iradəli, cəsarətli rəhbərimiz, Ali Baş Komandanımız vardır. Qətiyyətli mövqeyiniz, əzmkarlığınız və diplomatiya istedadınız sayəsində qazanılmış bu şanlı zəfərə görə hər birimiz Sizə təşəkkür edirik.

Doğma torpaqlarımız uğrunda gedən Vətən müharibəsində qazandığımız bu parlaq tarixi Qələbə münasibətilə Sizi ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, dövlətimizin inkişafı və xalqımızın rifahı naminə yorulmaz və fədakar fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq!

Kəlbəcər Azərbaycandır! Qarabağ Azərbaycandır! Eşq olsun rəşadətli Azərbaycan Ordusuna və onun Ali Baş Komandanına!”

Bunu Gəncə şəhərindən Kəlbəcər rayon sakini Salahov Elçin Prezident İlham Əliyevə müraciətində qeyd edib.

Baki-xeber.com

Son xəbərlər