Bazar ertəsi günü, 12 oktyabr 2026
     

Prezidentdən ən arqumentli qərar - 8 noyabr Zəfər gününün tarixlər boyu yaşamaq gücü var

Image


Prezident İlham Əliyev Azərbaycan Respublikasında Zəfər gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər günü kimi təntənəli şəkildə qeyd edilsin.

Sənəddə vurğulanır ki, XX əsrin 80-ci illərinin sonları - 90-cı illərinin əvvəllərində Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış etmiş və ölkəmizə qarşı hərbi təcavüzə başlayıb. “Həmin dövrdə Azərbaycanda hökm sürən hərc-mərclikdən istifadə edən Ermənistan torpaqlarımızın 20%-ni işğal etmiş, Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşmüşdü.

Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar prosesi Ermənistanın destruktiv mövqeyinə görə nəticə verməyib.

2019-cu ildən etibarən isə Ermənistan hərbi-siyasi rəhbərliyinin bir-birinin ardınca verdiyi təxribatçı bəyanatlar və atdığı addımlar danışıqlar prosesini məqsədyönlü şəkildə tamamilə pozub. Bununla Ermənistan bir daha özünün əsl məqsədinin mövcud status-kvonu möhkəmləndirməkdən və Azərbaycan ərazilərini ilhaq etməkdən ibarət olduğunu nümayiş etdirib”.

Sənəddə bildirilir ki, Ermənistanın qəbul etdiyi təcavüzkar və hücum xarakterli milli təhlükəsizlik strategiyası və hərbi doktrina, işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşdırma siyasətini genişləndirməsi, “yeni ərazilər uğrunda yeni müharibə” çağırışı, mülki şəxslərdən ibarət “könüllü dəstələri” yaratmaq qərarı, 2020-ci il iyulun 12-də Ermənistan–Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində təxribat törətməsi, eyni zamanda, bütövlükdə, qoşunların təmas xəttində gərginliyi artırması, cəbhə xəttinə yaxın ərazilərdə qoşunlarını cəmləşdirməsi, böyük həcmdə silah-sursat toplaması Ermənistanın genişmiqyaslı hücuma hazırlaşdığını göstərirdi: “Azərbaycan dəfələrlə bəyan etmişdi ki, Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdə qanunsuz mövcudluğu regionda sülh və təhlükəsizlik üçün əsas təhdiddir və hər zaman vəziyyətin gərginləşməsinə səbəb ola bilər.

Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı torpaqlarımızın işğaldan qurtarılması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün Vətən müharibəsinə başladı. Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər və həmrəy oldu”.

Sərəncamda qeyd edilir ki, 44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin, Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi.

Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdilər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edildi.

Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur etdi.

Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı”.

Qeyd edək ki, Azərbaycan Respublikasında Zəfər gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 dekabr tarixli, 2312 nömrəli Sərəncamı ləğv edilib. Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Bildiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı 2 dekabr tarixli Sərəncamda 10 noyabr tarixinin Zəfər günü kimi qeyd edilməsi əks olunmuşdu, lakin sonra həmin Sərəncam ləğv edildi və 8 noyabrın Zəfər günü olaraq qeyd edilməsi ilə bağlı Prezident əlavə Sərəncam imzaladı.

Azərbaycan Prezident hansı səbəbdən 8 noyabrı 10 noyabrdan üstün tutdu və məhz bu günün Zəfər günü kimi qeyd edilməsini təsdiqlədi?

Bilirik ki, 10 noyabr tarixində üçtərəfli bəyanat imzalanıb. 8 noyabr Şuşanın işğaldan azad olunması  Azərbaycanın böyük mənəviyyat, mədəniyyət, dövlətçilik tarixidir. 8 noyabr Şuşanın azadlıq günüdür və Zəfər gününün Şuşanın işğaldan azad edilməsi gününün seçilməsi doğru seçimdir. Çünki Şuşa bizim üçün əziz şəhərdir, mədəniyyət paytaxtlarımızdan biridir. Ermənistanın beli məhz Şuşanın azad edilməsi nəticəsində sındı və bundan sonra düşmən kapitulyasiya müqaviləsi imzaladı. 44 günlük müharibədə bizim zəfər tariximiz gerçək mənada 8 noyabrdır.

  • Rasim Quliyev: “Müharibənin taleyini 8 noyabr tarixində rəşadətli Azərbaycan Ordusu Şuşanı işğaldan azad etməklə həll etdi”

“Resurs” Analitik İnformasiya Mərkəzinin rəhbəri, politoloq Rasim Quliyev bizimlə söhbətində bildirdi ki, 8 noyabr bizim gerçək zəfər tariximizi əks etdirir: “8 noyabr Azərbaycan mədəniyyətində, tarixində, mənəviyyatında xüsusi yeri olan Şuşa şəhərinin işğaldan azad edildiyi tarixi bir gündür. Bilirsiniz ki, Şuşanın relyefi çox mürəkkəbdir, amma müzəffər Azərbaycan Ordusu müasir döyüş taktikasına görə çox qeyri-adi sücaət, misilsiz qəhrəmanlıqlar göstərərək Şuşanı düşmən işğalından azad etdi. Hələ də dünya mütəxəssisləri, dünya dövlətləri Azərbaycan Ordusunun Şuşanı işğaldan azad etmək üçün istifadə etdiyi döyüş taktikasına öz heyranlıqlarını və heyrətlərini bildirirlər. Şuşa şəhəri tarixən Qarabağın alınmaz qalası olub, Azərbaycanın tacıdır. Biz  Qarabağı mahir zərgər tərəfindən düzəldilmiş, cilalanmış bir üzüyə bənzətsək, o üzüyün qaşı Şuşadır. Ümumiyyətlə, Azərbaycan Ordusu İkinci Qarabağ savaşında dünyaya ən müasir döyüş taktikası nümayiş etdirdi, yeni döyüş modeli bəxş etdi. Onu da deyim ki, ilk dəfə olaraq bir neçə müasir döyüş silahının praktik olaraq döyüşdə sınağı keçirildi. Məsələn, “S-500”-lər 44 günlük müharibəyə qədər döyüş meydanında sınaqdan keçirilməmişdi. Türkiyənin İHA-ları, SİHA-ları, silahlı və silahsız uçuş aparatları olan “Bayrakdar” kiçik əməliyyatlarda istifadə edilmişdi, amma böyük mənada döyüş praktikasında Azərbaycanın öz torpaqlarını düşmən işğalından azad etməsində istifadə edildi, tətbiq olundu. Həmçinin, Türkiyənin harop tipli kamikadze silahları və müxtəlif silahlarla təchiz olunan müxtəlif dronlar və sair sonuncu nəsil texnoloji döyüş növü olan silahları ilk dəfə Azərbaycan döyüş meydanında tətbiq etdi. Eyni zamanda, bununla demək istəyirəm ki, bu müharibədə Azərbaycan ən müasir döyüş sənəti ortaya qoydu. Bunu demək ona görə vacibdir ki, Azərbaycanın hərb sənəti, Azərbaycan hərbçisi haqqında erməni lobbisinin təsiri altında olan Qərb dairələrində belə yanlış və qərəzli təbliğat aparılmışdı ki, guya Azərbaycan əsgərləri döyüşkən deyil və s. Amma Azərbaycan əsgəri öz gücünü, döyüş qabiliyyətini həm müasir döyüş texnikalarından, silahlardan istifadə etməklə, həm də əliyalın, silahsız şəkildə dişi-dırnağı ilə düşməni məhv edərək, Şuşanı işğaldan azad etməklə göstərdi. Özü də Azərbaycan əsgəri özündən sayca daha çox olan və ağır silahlarla silahlanmış düşmənlə əlbəyaxa döyüşüb onu darmadağın etdi. 8 noyabr Şuşanın azadlığı günü Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb, bu həm Azərbaycan hərbçisinin çox unikal qəhrəmanlığının nümunəsidir, həm də Azərbaycan dövlətinin və xalqının qürur günüdür. Şuşanın düşmən işğalından azad olunması Azərbaycan əsgərinin, zabitinin dönməzliyinin, qüdrətinin, vətənpərvərliyinin böyük nümunəsidir. Bilirsiniz ki, müharibənin taleyini 8 noyabr tarixində rəşadətli Azərbaycan Ordusu Şuşanı işğaldan azad etməklə həll etdi və həmin gün tariximizə Zəfər günü olaraq əbədi olaraq yazıldı. Şuşanın işğaldan azad edilməsi düşmənin belini sındırdı. 8 noyabrda Şuşa işğaldan azad edildikdən sonra düşmən əllərini qaldırıb təslim oldu və bundan sonra itki verməmək üçün qalan silahlı birləşmələrini xilas etməkdən ötrü  dərhal təslimçilik aktına imza atdı. Şuşa işğaldan azad edildikdən sonra, sözsüz ki, diplomatik missiya hərəkətə gəldi və noyabrın 10-da üçtərəfli bəyanat imzalandı, düşmənin bizim torpaqlarımızdan çıxarılması prosesi dekabrın 1-də başa çatdı.

8 noyabr Zəfər gününü Azərbaycan Ordusu hünəri, rəşadəti, qeyri-adi döyüş taktikası ilə Şuşanı işğaldan azad etməklə təsdiqləmişdi. 8 noyabr Azərbaycanın həm mənəvi-tarixi, həm də hərbi-siyasi qələbəsidir. Cənab Prezident öz Sərəncamı ilə Şuşanın azadlığı gününü - 8 noyabr tarixini Zəfər günü kimi rəsmiləşdirdi. Hesab edirəm ki, cənab Prezidentin bu qərarı kifayət qədər əsaslıdır, 8 noyabr - Zəfər günü əsrlər boyu qeyd ediləcək, yaşayacaq, nəsillərdən-nəsillərə keçəcək” - deyə R.Quliyev vurğuladı.

  • Natiq Məmmədli: “Müharibənin dönüş nöqtəsi noyabrın 8-də Azərbaycanın incisi Şuşanın işğalçılardan azad edilməsi oldu”

Tanınmış siyasi icmalçı Natiq Məmmədli isə “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Zəfər gününün tarixinin 10 noyabrdan 8 noyabra dəyişdirilməsi tarixi bir hadisədir: “Zəfər gününü tarixinin dəyişdirilməsi özü tarixi hadisədir və Türkiyə-Azərbaycan qardaşlığının daha bir parlaq nümunəsi oldu. Dövlət başçısı tam doğru addım ataraq daha bir tarixi gerçəkliyin müəllifi oldu. Noyabrın 10-u Mustafa Kamal Atatürkün Anım günü tək Türkiyədə deyil, Azərbaycanda da hörmətlə qeyd edilir. İkinci Qarabağ savaşı noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla başa çatdı, müharibənin dönüş nöqtəsi isə noyabrın 8-də Azərbaycanın incisi Şuşanın işğalçılardan azad edilməsi oldu. Dövlət başçısı Azərbaycan əsgərinin rəşadətli zəfərini bir daha əbədiləşdirdi və tarixi ənənələrə ehtiramını nümayiş etdirdi”.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

12.10.2026 / 14:59
Ceyran Mahmudova:"Hər bir şagirdin eyni geyim qaydalarına riayət etməsi məktəb kollektivinə mənsubiyyət hissini gücləndirir..."

12.10.2026 / 14:45
Paşinyan Cermuk və Sisyanı Amulsar qızılına bükməyə hazırlaşır...

12.10.2026 / 13:23
Məhəmməd Füzuli yaradıcılığında memarlıq motivləri və cizgiləri

12.10.2026 / 13:15
Bu şəxslər üçün bankdan kredit götürmək çətinləşir - yeni qaydalar açıqlandı...

12.10.2026 / 13:03
İctimai qaydanı kobud şəkildə pozan 37 nəfər həbs edildi...

12.10.2026 / 12:57
Mənsum İbrahimov:"Son günlər müzakirə olunan geyim normaları ilə bağlı qərara diqqət yetirdikdə..."

12.10.2026 / 12:55
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər

12.10.2026 / 12:04
"Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır" - Prezident

12.10.2026 / 11:53
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - Mərkəzi Bankdan YENİ QƏRAR...

12.10.2026 / 11:49
Prezident: "Kamboca ilə siyasi münasibətlərimiz güclüdür"

12.10.2026 / 11:44
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik" - Prezident İlham Əliyev

12.10.2026 / 11:43
Prezident: "Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər"

12.10.2026 / 11:35
"Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər" - Prezident

12.10.2026 / 11:34
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər - FOTO

12.10.2026 / 11:33
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:31
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO

12.10.2026 / 11:25
"Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır" - Prezident

12.10.2026 / 11:22
Prezident: "Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir"

12.10.2026 / 11:20
"Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib" - Prezident

12.10.2026 / 11:19
Prezident TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciət etdi

12.10.2026 / 11:18
Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin ikinci görüşü keçirilir

12.10.2026 / 11:05
Prezident İlham Əliyev İspaniyanın Kralına məktub ünvanlayıb

12.10.2026 / 11:02
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

12.10.2026 / 10:57
Trampın yeni atəşkəs təklifi daha çox Moskvanın işinə yarayacaq - Ukraynanın yalnız bir neft zavodu var, Rusiyanın isə…

12.10.2026 / 10:54
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub - FOTO

12.10.2026 / 10:38
İranın daxili işlər naziri Azərbaycana niyə gəlib...

12.10.2026 / 10:21
Xəzər rayonunda dörd vəzifəli şəxs cəzalandırıldı...

12.10.2026 / 10:09
Bakıda Kamboca Krallığının Baş nazirinin rəsmi qarşılanma mərasimi olub - FOTO

12.10.2026 / 09:50
"Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir" - Təhsil Şurası

12.10.2026 / 09:45
Trampın xüsusi elçiləri Rusiya səfərini buna görə təxirə saldı…

12.10.2026 / 09:20
Börnemdən 2016 “Brexit” seçkiləri barədə şok iddia - “Rusiya müdaxiləsi olub…”

12.10.2026 / 09:20
Səudiyyə husilərlə müharibədə Qərb müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilmir - Ər-Riyad məyus olub…

12.10.2026 / 09:08
AIIB Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması zavodu üçün 45 milyon dollar ayırıb

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ