Türkiyə Ağdam rayonunun erməni işğalından azad edilməsini alqışlayır. Bunu Türkiyə hökumətindən bildiriblər.
Qeyd olunub ki, Ağdam rayonunun işğaldan azad edilməsi təkcə Azərbaycan üçün yox, həm də Türkiyə üçün mühüm hadisədir: “Biz Azərbaycan xalqını uzun illər Ermənistanın işğalında qalmış Ağdamın azad edilməsi münasibətilə təbrik edirik. Türkiyə işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması prosesini diqqətlə izləyir”.
Türkiyənin Milli Müdafiə Nazirliyindən isə bildiriblər ki, əzəli Azərbaycan torpaqları həqiqi sahiblərinə qayıdır: “Biz bu münasibətlə qardaş Azərbaycan xalqını təbrik edirik. Qarabağ Azərbaycandır, bütün dünya bunu qəbul edir və bilir ki, bu torpaqlar əzəli Azərbaycan ərazisidir”.