“İşğal olunmuş tarixi ərazilərimizin Sizin rəhbərliyinizlə qətiyyətlə mənfur düşməndən təmizlənməsi, mədəniyyət beşiyimiz qədim Şuşanın azad edilməsi, millətimizin zədələnmiş qürurunun yenidən özünə qaytarılmasındakı gərgin, cəsarətli və şərəfli fəaliyyətinizin uğurlu nəticələrinə görə Sizi - böyük qayıdışın Sərkərdəsini səmimi qəlbdən təbrik edirəm!
Doğulub boya-başa çatdığım Kəlbəcər artıq işğaldan azad olunmaq ərəfəsindədir. Sizə bir kəlbəcərli və Azərbaycan vətəndaşı olaraq dərin minnətdarlığımı və ehtiramımı bildirirəm. Gücüm gecə-gündüz Sizə və müzəffər Ordumuza dualar etməyə, tam və qəti qələbə arzulamağa çatır”.
Bu fikirləri Prezident İlham Əliyevə müraciətində Bakıdan Eldar Həsənov bildirib.
Baki-xeber.com