“Siz xalqımızı dəmir yumruq kimi birləşdirməklə müzəffər Ordu yaratdınız və mənfur düşmən üzərində Qələbə, zəfər çaldınız. Bizi özümüzə qaytardınız. Bu şanlı Qələbə ölkəmizin iqtisadi, hərbi, siyasi və digər idarəedici sahələrində Ermənistan üzərində tam üstünlüyümüzü göstərdi. Bunları Sizin rəhbərliyiniz altında qazanmışıq. Bu tarixi şanlı Qələbə əsrlər boyu yaddaşlardan silinməyəcək.
...Əmin ola bilərsiniz ki, bütün Azərbaycan xalqı kimi mən də iki oğlumla birlikdə Sizin yanınızdayıq və hər an hər bir əmrinizə hazır əsgərlərik”.
Bu fikirləri Bakının Yasamal rayonundan AMEA-nın müxbir üzvü, Milli Aviasiya Akademiyasının professoru Məmmədov Arif Məmməd oğlu Prezident İlham Əliyevə müraciətində qeyd edib.
Baki-xeber.com