“Bu xoş günləri xalqımıza yaşatdığınız üçün Sizə olan minnətdarlığım və sevgim sonsuzdur.
Tarixdə xalqını öz ətrafında bir yumruq kimi birləşdirməyi bacaran, öz ordusuna bu cür fatehlik edən komandanlar çox az olmuşdur. Siz Azərbaycan üçün yeni tarix, yeni səhifə açdınız. Onilliklər, yüzilliklər keçəcək, lakin bu zəfər qızıl hərflərlə Azərbaycan tarixində qalacaqdır.
Qarabağ Azərbaycandır!
Yaşasın rəşadətli Ordumuz!”
Bunu isə Sabirabad rayonundan Füzuli rayon 31 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Orucov Firad Veysəl oğlu Prezident İlham Əliyevə məktubunda qeyd edir.
Baki-xeber.com