Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanı Dövlət bayrağı günü münasibətilə təbrik edib.
Baki-xeber.com xəbər verir ki, bu barədə M.Çavuşoğlu öz "Twitter" səhifəsində yazıb:
"Qardaş Azərbaycanın Dövlət bayrağı gününü təbrik edirəm! Qəhrəman ordunun azad etdiyi torpaqlarda şanlı Azərbaycan bayrağı yenidən dalğalanır. Üçrəgnli bayrağınla məsud yaşa, can Azərbaycan!".