“İşğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda apardığınız mübarizəni dəstəkləyir və qazanılan qələbələr münasibətilə Sizi, Azərbaycanın mübariz ordusunu və xalqımızı təbrik edirəm.
Bu haqq savaşımızda bizə mənəvi dəstək olan Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana və türk qardaşlarımıza da şəxsən öz minnətdarlığımı bildirirəm. Yaşasın bir millət, iki dövlət – Azərbaycan və Türkiyə! Bizə mübarizəmizdə mənəvi dəstək olan Pakistan xalqına və onun Prezidentinə də öz minnətdarlığımı bildirirəm.
Biz də Samux rayonunun gəncləri olaraq, Vətənimiz, ordumuz üçün əlimizdən gələni etməyə hazırıq və döyüşən əsgərlərimizə həyanıq. Rayonumuzun yetirməsi olan hərbçilərimiz ön cəbhədə düşmənə qarşı vuruşurlar.
...Allah Sizi, Azərbaycan xalqını, qəhrəman hərbçilərimizi və bütün Türk dünyasını qorusun”. Bunu Samux rayonundan Vəliyev Xatay Əsgər oğlu Prezident İlham Əliyevə ünvanladığı müraciətdə deyib.
Baki-xeber.com