İyunun 24-də Moskva şəhərində Böyük Vətən müharibəsində qələbənin 75 illiyinə həsr olunmuş hərbi paradda digər ölkələrin nümayəndələri ilə yanaşı Azərbaycan Ordusunun 75 nəfər hərbi qulluqçusu da iştirak edib.
Baki-xeber.com Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, tədbirə fəxri qonaq qismində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti də qatılıb.