“Şəhid ailələrinə, Qarabağ qazilərinə, məcburi köçkünlərə göstərdiyiniz diqqət və qayğı bizim həyatımızda misilsiz rol oynayır. Sizin bu qayğıkeş münasibətinizdən digərləri ibrət götürürlər. Qarşılaşdığımız çətinliklərin aradan qaldırılması ilə əlaqədar dövlət qurumlarına ünvanladığımız müraciətlərə həssaslıqla yanaşılır, lazımi tədbirlər görülür. Bütün bunlara görə Sizə dərin minnətdarlığımı bildirirəm. MənVətən uğrunda bir oğul itirsəm də, əvəzində minlərlə oğul qazanmışam və bununla fəxr edirəm. Başda Siz olmaqla, şəhid ruhuna və şəhid anasına böyük hörmət və ehtiram bəsləyən hər kəsə alqış və dua edirəm. Ömrünüz uzun olsun”.
Bu fikirlər Bakının Pirallahı rayonundan şəhid anası Əliyeva Xatirə Rəşid qızının Prezident İlham Əliyevə yazdığı məktubda əks olunub.
Baki-xeber.com