İmişli rayonunun Ağamalılar kəndindən Sadıqova Gülnar Famil qızı Prezident İlham Əliyevə müraciət edib.
“Sizin müdrikliyiniz və gördüyünüz təqdirəlayiq işlər sayəsində ölkəmiz son illər ərzində sürətlə inkişaf edib və daha da gözəlləşib. Üzləşdiyimiz taleyüklü məsələlərdə və keşməkeşli həyat yollarında xalqımız Sizin həlledici addımlarınızla nicat tapıb, min bir çətinliyə sinə gərib. Son vaxtlar dünyaya meydan oxuyan pandemiya dövründə biz bir daha bunun şahidi olduq. Əvvəlki illərdə çoxlu sayda tibb müəssisəsinin tikilməsi və ya təmir olunması, ölkəmizin maddi ehtiyatlarının formalaşdırılması, texniki imkanların genişləndirilməsi bu çətin məqamda köməyimizə çatdı. Bax, budur uzaqgörənlik” - deyə o qeyd edib.
Baki-xeber.com