Ağdam rayonunun Quzanlı qəsəbəsindən Teymurov Elmir Habil oğlu da Prezident İlham Əliyevə müraciət edib:
“Mən bir Azərbaycan gənci kimi bu məktubu Sizə böyük qürur hissi və sevgi ilə yazıram. Dünyada, eləcə də Azərbaycanda gedən prosesləri, fəaliyyətinizi, Azərbaycan xalqına göstərdiyiniz əvəzolunmaz xidmətlərinizi yaxından izləyir, gənc nəslə verdiyiniz xüsusi önəmi yüksək qiymətləndirirəm. Dünyanın koronavirus adlı görünməz düşmənlə savaşdığı bir dövrdə ölkəmizin dünyanın inkişaf etmiş ölkələrinə nisbətən daha az itki verməsi məhz Sizin tərəfinizdən həyata keçirilən çox ciddi, davamlı və təsirli tədbirlər nəticəsində olub. Azərbaycan xalqı Sizin məhəbbətinizi daim hiss edib və Sizə daim dəstək olub. Vəziyyətin belə ağır vaxtında Sizin Ağdama olan səfəriniz bizə sevinc bəxş etdi. Bütün ağdamlılar, qarabağlılar bu səfərinizi yüksək qiymətləndirdi və bir daha tək olmadığımızı gördük. Xalq pandemiya dövründə özünün tək olmadığını hiss etdi. Sizin hər bir müraciətiniz Azərbaycan xalqını bu virusla mübarizədə daha diqqətli olmağa çağırdı.
Xoşbəxt xalqıq ki, Sizin kimi Prezidentimiz var. Sizə dərin təşəkkürümü bildirirəm. Gənc nəsil Sizinlədir. Sizin arxanızda Sizi sevən Azərbaycan xalqı dayanıb və dayanacaq da. Bu gücü bizə verən də Sizin xalqla olan sıx, səmimi münasibətinizdir”.
Baki-xeber.com