“Bu məktubu yazmaqla Sizə təşəkkürümü bildirirəm. Bunu özümə vətəndaşlıq borcu hesab edirəm. Bütün dünyanı cənginə alan COVID-19 pandemiyası dövründə etdiyiniz "Biz birlikdə güclüyük!" çağırışı, hər bir vətəndaş kimi, məni də qürurlandırdı və ruhlandırdı. Əminik ki, Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın köməyi sayəsində biz bu pandemiyaya qalib gələcəyik. COVID-19 pandemiyasına qarşı gördüyünüz işlərə, qəbul etdiyiniz qərarlara, vətəndaşlarımızı qorumaq istiqamətində fəaliyyətinizə, həmçinin, məcburi köçkünlərə göstərdiyiniz diqqət və qayğıya görə Sizə Füzuli rayon Üçbulaq kənd tam orta məktəbinin müəllim kollektivi adından təşəkkürümü bildirirəm. Biz Sizinlə güclüyük, əziz Prezidentimiz. Sizə uzun ömür, cansağlığı və gördüyünüz hər bir işdə uğur arzu edirəm. Allahın nəzəri daim üzərinizdə olsun”. Bunları Prezident İlham Əliyevə müraciətində Füzuli rayonunun Üçbulaq kənd tam orta məktəbinin müəllimi Gülü Mütəllimli bildirib.
Baki-xeber.com