Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsindən şəhid anası Rzayeva Xırda Abdulla qızı Prezident İlham Əliyevə məktub yazıb.
“Siz həmişə biz yaşlıları düşünürsünüz. Yaşayış şəraitimiz yaxşılaşsın deyə təqaüdlərimizi artırırsınız. Bu bizi sevindirir. Buna görə Sizə təşəkkür edirəm. Çox sağ olun. Sizi bir Prezident, bir övlad kimi sevirik. Sizə arxalanırıq, Sizə güvənirik. Ümummilli liderimiz Heydər Əliyevin yolunu layiqincə davam etdirirsiniz.
Siz mütəmadi olaraq neçə-neçə şəhid ailəsinə, Qarabağ qazisinə, aztəminatlı kasıb ailələrə öz humanist sərəncamlarınızla xoşbəxtlik bəxş edirsiniz. Mənim mənzillə təmin edilməyim, bir şəhid anasını sevindirmək, ən azı şəhidlərin ruhu qarşısında böyük ehtiramdır. Bu sevinc ailəmiz üçün necə bir şirin töhfədir, bir Allah bilir. Mənim Sizə təşəkkürüm sonsuzdur” - deyə şəhid anası məktubunda qeyd edir.
Baki-xeber.com