Nüfuzlu “News Blaze” nəşrində amerikalı jurnalist və publisist Nurit Qringerin “Bu yaxınlarda dərc olunmuş sənəd Amerika ermənilərinin nasizmi və antisemitizmi dəstəkləməsi barədə faktları ifşa etdi” sərlövhəli məqaləsi çıxıb. Məqalədə bir sıra faktlar öz əksini tapıb.
Qeyd olunub ki, ABŞ Konqresinin 1945-ci ildə yazılan və bu yaxınlarda açıqlanan hesabatında daşnaklardan – 1890-cı ildə əsası qoyulan və hazırda Ermənistanda, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Qarabağ regionunda, həmçinin, ABŞ-da və erməni diasporunun olduğu digər ölkələrdə fəaliyyət göstərən ifrat millətçi erməni partiyasının davamçılarından bəhs edilir. Miçiqandan olan konqresmen Frenk E.Huk tərəfindən təqdim edilən rəsmi sənəddə “Daşnaksütyun” Erməni İnqilabi Federasiyası “çoxillik faşist-terrorçu fəaliyyəti təcrübəsinə malik dəstə” kimi təsvir edilir. Sənəddə o vaxt irqçilik siyasətinə və daşnakların taktikasına qarşı çıxış edən erməni əsilli amerikalılara qarşı törədilmiş şantaj və qətl halları misal çəkilir. N.Qringer yazır ki, Amerikanın erməni apostol kilsəsinin keşişi, arxiyepiskop Leon Turyan daşnakların ən qatı tənqidçilərindən biri olub. 1933-cü ildə Nyu-Yorkda Milad messası zamanı arxiyepiskop daşnaklar tərəfindən öldürülüb.
O da qeyd olunub ki, ötən müddət ərzində daşnaklar o qədər də dəyişməyiblər. Antisemitizm Ermənistanda, həmçinin, dünya ölkələrində mövcud olan erməni icmalarında geniş yayılan problemdir. Yəhudilərə münasibətdə antisemitizmə və dözülməzliyin digər formalarına qarşı çıxış edən Amerika yəhudi qeyri-hökumət ictimai-siyasi hüquq müdafiə təşkilatının – Antidiffamasiya Liqasının “Qlobal indeks 100” tədqiqatının nəticələrinə dair hesabatda qeyd edilir ki, ermənilərin əksəriyyəti dərin antisemit əhval-ruhiyyədədir ki, bu saya görə də ermənilər Avropada antisemit millət hesab olunurlar. 2018-ci ildə Pyu Tədqiqatlar Mərkəzinin apardığı sorğuların gedişində ermənilərin 32 faizi yəhudiləri Ermənistan vətəndaşı qismində qəbul etmədiklərini bildirib.
“Bütün bunların sayəsində ermənilərin iç üzü, xisləti dünya ictimaiyyətinə bəlli olur”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyevin sözlərinə görə, aparılan tədqiqatlar reallığı əks etdirir: “Çünki antisemitizm ermənilərin qanındadır və onların xisləti tarixən belə olub. Bunu tarixi araşdırmalar da göstərir. Onlar hər hansı bir dövlətin tərkibində, böyük təşkilatların yanında olarkən onlara əvvəl xidmət göstərirlər, sonra öz mənafelərinə uyğun şəkildə həmin təşkilatları yönəldə bilirlər. Bir vaxtlar ermənilər böyük həvəslə faşizmə qulluq edirdilər. Ona görə ki, bu, onların xislətindən doğan bir hissdir. Ermənilərlə yəhudilərin münasibətlərinə dair çoxsaylı yazı var. Tarixən ermənilər yəhudiləri sevməyiblər. Ermənilərin tarixən antisemitizm baxışları onu göstərir ki, özlərindən başqa digər millətləri heç vaxt sevməyiblər. Ermənilərin apardıqları siyasətin içində hər zaman özünü sevmək prinsipləri daha qabarıq şəkildə özünü göstərir. Bu, onların yeritdikləri siyasətdə də mühüm rol oynayır. Qərb ölkələrində bununla bağlı tədqiqatların aparılması, müəyyən faktların ictimailəşdirilməsi müsbət tendensiyadır. Bütün bunların sayəsində ermənilərin iç üzü, xisləti dünya ictimaiyyətinə bəlli olur. Ermənilər üçün müqəddəs heç nə yoxdur. Lap xristianlığın özündə də onlar başqa mövqe tuturlar”.
Belə məlum oldu ki, antisemitizm ermənilərin gen yaddaşına həkk olunub. Harada və necə yaşamalarından asılı olmayaraq, bu düşüncə tərzi onların xislətindədir.
Vidadi ORDAHALLI