çərşənbə axşamı günü, 27 oktyabr 2026
     

Türkiyə əsassız erməni iddiaları ilə mübarizənin strategiyasını hazırlayır - Azərbaycan üçün yeni perspektiv açılır

Image


100 ildən artıqdır ermənilər qondarma “erməni soyqırımı” yalanları ilə beynəlxalq aləmdə “at oynadır”lar, ayrı-ayrı dövlətləri, xalqları öz saxta iddialarına inandırmağa cəhdlər edirlər. Əlbəttə, dünyanın bir çox dövləti tarixdə “erməni soyqırımı” deyilən bir olayın baş vermədiyinə inanır, bunun bir erməni saxtakarlığı olduğunu dərk edir. Amma, bununla belə, ermənilər uzun illərdir onlara havadarlıq edən bəzi dövlətlərin dəstəyinə və erməni lobbisinə arxayın olaraq qondarma “erməni soyqırımı”nı təbliğ etməkdə davam edirlər.  

“BakuPost”un məlumatına görə, Türkiyə qondarma “erməni soyqırımı” iddiaları ilə mübarizə üçün cümhuriyyət tarixində bir ilkə imza atır. Belə ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əsassız erməni iddiaları ilə mübarizə üçün strategiya yaradılması barədə təlimat verib.

Bu strategiya Türkiyənin 1915-ci il hadisələri ilə bağlı beynəlxalq arenada özünü daha yaxşı anlatmasına imkan yaradacaq.

Bununla bağlı açıqlama ötən gün keçirilən brifinqdə verilib. Brifinqdə qeyd edilib ki, Türkiyədə erməni iddiaları ilə birbaşa maraqlanan, bu məsələ ilə bağlı arqument və strategiya hazırlayan bir qurum yoxdur.

Yeni yaradılacaq qurum hökumətdən asılı olmayacaq, məsələyə ancaq siyasi müstəvidən deyil, eyni zamanda, mədəni, tarixi, təbliğat, hüquq kimi bütün aspektlərdən yanaşacaq. İdarənin müstəqil ictimai bir cəmiyyət olması barədə qərar verilib.

Türkiyənin əsassız erməni iddiaları ilə mübarizə ilə bağlı hazırladığı strategiyanın Azərbaycan üçün də yeni perspektiv açdığı məlumdur.

  • “Yaradılacaq bu qurum beynəlxalq aləmdə bir çox məsələnin, xüsusən də erməni saxtakarlığının üzə çıxmasına, aydınlaşmasına böyük şərait yaradacaq”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərli mövzunu “Bakı-Xəbər”ə şərh edərkən bildirdi ki, gecikmiş addım olsa da, təqdirəlayiqdir. “Ona görə gecikmiş hesab edirəm ki, təxminən 100 ilə yaxındır ki, ermənilər və onların havadarları qondarma “erməni soyqırımı”ndan hər fürsətdə Türkiyəyə qarşı istifadə edirlər. Yəni bu təzə məsələ deyil. Bilirik ki, vaxtilə ermənilər bu saxta məsələyə Böyük Britaniyanı, ABŞ-ı, Sovet Rusiyasını, Fransanı və digər dövlətləri inandırmaq istəyirdilər. Bu gün də onlar bu prosesi davam etdirir, əsassız “soyqırım” iddialarından sui-istifadə edirlər. Bu anlamda Türkiyə dövlətinin, bu ölkənin rəhbəri Ərdoğanın bu məsələ ilə bağlı daha dəqiq və konkret nəticəyə gəlməsi müsbət haldır. Türkiyədə əsassız erməni iddiaları ilə bağlı belə bir strategiyanın hazırlanması çox mühüm addımdır. Bu təkcə Türkiyə üçün deyil, Azərbaycan üçün də mühümdür. Hesab edirəm ki, bu məsələdə türk və müsəlman dövlətləri, İslam Əməkdaşlığı Konfransı Təşkilatı birlik nümayiş etdirməlidir. Yəni bu mübarizə yalnız Türkiyə və Azərbaycanla məhdudlaşmamalıdır. Ancaq, əlbəttə, ilk növbədə, bu məsələdə Türkiyə və Azərbaycanın daha sıx əməkdaşlıq etməsi vacibdir. Türkiyəyə qarşı qondarma, əsassız “erməni soyqırımı” məsələsində beynəlxalq aləmdə təhdid varsa, bu təhdid Azərbaycan üçün də olub və davam edir. Ermənilər və ermənilərin havadarları bu qondarma məsələdən təkcə Türkiyənin deyil, həmçinin, Azərbaycanın da əleyhinə istifadə edirlər. Ona görə də Türkiyənin dövlət başçısı tərəfindən bu strategiyanın hazırlanmasına start verilməsi çox mühüm hadisədir. Fikrimcə, yaradılacaq bu qurum beynəlxalq aləmdə bir çox məsələnin, xüsusən də erməni saxtakarlığının üzə çıxmasına, aydınlaşmasına böyük şərait yaradacaq.

Azərbaycan və Türkiyə alimlərinin Türkiyədəki və Azərbaycandakı, o cümlədən də dünyanın kitabxana və arxivlərində birgə işləmələri çox vacibdir. Yeri gəlmişkən, bu prosesdə dünyanın istənilən obyektiv alimi, tarixçisi iştirak edə bilər. Lap elə erməni alimlərinin özləri də iştirak etsinlər. Türkiyə rəsmiləri, xüsusən də Ərdoğan dəfələrlə “biz arxivlərimizi açırıq, Ermənistan da öz arxivlərini açsın” deyiblər. Azərbaycan da bu məsələdə öz arxivlərini açır və Türkiyəyə dəstək verir. Bu bizim üçün də lazımdır. Məsələnin bu cür qoyuluşu Ermənistanı dalana dirəyəcək, daha da çıxılmaz vəziyyətə salacaq. Çünki əsl həqiqətlər üzə çıxandan sonra ermənilər və onların havadarları, onları dəstəkləyən məlum dövlətlər və beynəlxalq təşkilatlar da bundan sarsıdıcı zərbə alacaqlar. Əsl həqiqətlər ortaya çıxandan sonra beynəlxalq ictimaiyyətə aydın olacaq ki, ermənilərin və onların havadarlarının əsassız şəkildə iddia etdiyi kimi, 1915-ci ildə ermənilər “soyqırım” edilməyib, bu zaman daha çox Azərbaycan və Türkiyə türkləri qırğına məruz qalıb, həlak olub,  erməni terrorundan əziyyət çəkiblər”

F.Ələkbərli hesab edir ki, Türkiyə dövlətinin hazırladığı bu strategiya Azərbaycan üçün yeni yollar açır. Onun sözlərinə görə, XX əsrin əvvəllərindən başlayaraq Azərbaycan türkləri erməni zorakılığı ilə üzləşib, minlərlə azərbaycanlı, müsəlman ermənilər tərəfindən qətlə yetirilib, xalqımız soyqırıma məruz qalıb. “Bu strategiyanın hazırlanmasının bizim üçün ən mühüm cəhətlərindən biri odur ki, Azərbaycan türklərinin 100 ildən çoxdur ermənilər tərəfindən soyqırımlara, qətliamlara, terrora məruz qaldığını bir daha dünyaya çatdıra biləcəyik. Arxivlərdən çıxan sənədlər, faktlar həqiqəti ortaya qoyacaq ki, 100 il əvvəl türklər erməniləri deyil, erməni daşnakları türkləri, müsəlmanları qətlə yetirib, onlara qarşı soyqırım aktları törədiblər. Ermənilər yaxın tarixdə işğal etdikləri Dağlıq Qarabağda insanları kütləvi olaraq qətlə yetirib, Xocalı kimi dünyada analoqu olmayan soyqırım törədiblər, xalqımıza Daşaltı, Ağdaban, Meşəli faciələri və sair faciələr yaşadıblar. Haqlı tərəf bizik, ermənilər deyil.  

Düşünürəm ki, biz bu istiqamətdə Türkiyə ilə eyni istiqamətdə, birgə irəliləməliyik. Azərbaycanın tarixçiləri də bu prosesə qoşulmağa hazırdırlar. Çünki bizim bu məsələdə haqlı olduğumuz məlumdur. Bunu ermənilər də, onların havadarları da yaxşı bilirlər. Sadəcə, ortada siyasi və digər  maraqlara görə həqiqətə göz yumur, öz maraqlarından çıxış edərək manipulyasiyaya yol verirlər. Ancaq, bütün hallarda, bu addımın atılması ermənilərin və onların havadarlarının iç üzünü ortaya çıxaracaq və bir çox həqiqət ortaya çıxdıqca, Türkiyənin və Azərbaycanın mövqeyi istər bölgədə, istərsə də dünyada daha da güclənəcək”.

İradə SARIYEVA  



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu

26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"

26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır" - Prezidentin köməkçisi

26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"

26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir" - Hikmət Hacıyev

26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"

26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir" - Hikmət Hacıyev

26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"

26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb" - Hikmət Hacıyev

26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB - İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...

26.10.2026 / 14:25
Ceyhun Bayramov Ermənistana səsləndi - son nöqtəni qoymağa hazırıq...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir" - Ceyhun Bayramov

26.10.2026 / 13:50
Niderlandın xarici işlər naziri Azərbaycana təşəkkür etdi

26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib - FOTO

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 13:23
Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - FOTO

26.10.2026 / 13:15
Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Şuşa və Füzuliyə gedəcək

26.10.2026 / 12:57
Azərbaycan və Özbəkistan arasında imzalanan iki saziş təsdiqləndi

26.10.2026 / 12:55
Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ