çərşənbə axşamı günü, 27 oktyabr 2026
     

Rusiya ilə sıx bağlı oliqarxlar məhbus Köçəryan məsələsində Paşinyanın “dişini qırdılar”…

Image


Ermənistanda hazırkı hakimiyyətin rəqibləri ilə bağlı maraqlı proseslər cərəyan edir. Ermənistan Apelyasiya Məhkəməsinin 2 milyard dram(4,1 milyon ABŞ dolları) müqabilində azadlığa – zaminə buraxılması barədə qərarına uyğun olaraq, həmin məbləğdə girov ödənildikdən sonra eks-prezident Robert Köçəryan sərbəst buraxılıb.

Erməni mediası girov məbləğini ödəməkdə Köçəryan ailəsinə yardım etmiş iş adamlarının siyahısını əldə edib.

Samvel Karapetyan - Rusiyada qeydiyyatda olan, fəaliyyət göstərən  və Qarabağın  məskunlaşmasına fəal dəstək verən “Taşir” şirkətlər qrupunun rəhbəri.

 Sergey Ambarsumyan  - “Monarx” şirkətlər qrupunun sahibi.

 Vladimir Yevtuşenkov -  R.Köçəryanın  da müstəqil direktor qismində İdarə Heyətinin üzvü olduğu Rusiyanın  məşhur “AFK Sistema” şirkətinin  əsas sahibi.

 Gennadi Stepanyan  - rusiyalı iş adamı və xeyriyyəçi.

Yardım siyahısında adları çəkilən şəxslərin Rusiya ilə birbaşa bağlılığı üzə çıxır, hətta onların arasında milliyyətcə rus olanı da var. Qeyd edək ki, Paşinyan digər rəqibi, “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyanı da həbs etdirməyə nail ola bilməyib. İrəvan məhkəməsi onunla bağlı həbs qətimkan tədbiri seçməkdən imtina edib. Partiya rəhbərinin vəkili Yerem Sarkisyan deyib ki, məhkəmənin siyasi proseslərdən üstün olmasından məmnundurlar. Bu mənada, vəkil məhkəmə iclasına rəhbərlik edən hakim Robert Papoyanın qərarını təqdir edib. Qeyd olunur ki, Tsarukyan hələlik azadlıqda olsa da, onunla bağlı proses qapadılmayıb. Həm Köçəryana, həm də Tsarukyana Rusiyadakı müəyyən dairələrdən də dəstəyin verildiyi iddiaları var. Ermənistanda Paşinyanın siyasi rəqibləri ilə bağlı baş verən prosesi necə dəyərləndirmək olar?

Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Paşinyan iqtidarının  Köçəryana yönəlik təqibi və onun adının ətrafındakı manipulyasiyası onun xeyrinə işlədi:“Həmin ölkədə son bir neçə ayda aparılan sorğuların nəticəsində  hazırda Köçəryanın ölkədə ən nüfuzlu siyasi lider kimi qəbul edilməsi faktı əksini tapdı. Yəni Ermənistanın həbsdəki keçmiş prezidenti yenidən reabilitasiya olundu. Eyni yanaşma bir az zəif formada Serj Sarkisyana da aid olunur. Məsələ ondadır ki, Sarkisyan və Köçəryan dövlət aparatına nəzarət və rəhbərlik etmiş şəxs kimi hakimiyyətə  küçələrdən deyil, səngərlərdən gəliblər. Hər iki şəxs, Paşinyandan fərqli olaraq, Qarabağda hərbi əməliyyatlarda (cinayətlərdə-Y.H) iştirak edib, yəni erməni dövlətinin maraqlarına xidmət etmiş şəxslərdir. Son iki ildə hakimiyyətdə olan və erməni cəmiyyəti üçün heç bir real iş görməyən Paşinyan öz səriştəsizliyi ilə onların daha böyük nüfuz toplamasına səbəb oldu. Onlara qarşı aparılan repressiya, siyasi həbslər isə yenidən onları erməni cəmiyyətinin gözündə daha cəlbedici fiqurlara çevirir”.

Politoloqun sözlərinə görə, Ermənistan daxilində gedən siyasi proseslərin analizi onu göstərir ki, son iki ildə hər iki keçmiş prezident və ümumilikdə  “Qarabağ klanı” Paşinyan hakimiyyətinə qarşı gücləndi, baş verənləri öz xeyrinə çevirərək itirdiyi gücünü bərpa etdi:“Əlbəttə, burada Rusiya faktorunu da gözardı edə bilmərik. İqtisadiyyat və sənayesinin yetmiş faizi Rusiyaya məxsus olan bir ölkədə Moskvanın adamları kimi tanınan, Rusiyaya yaxınlığı ilə seçilən şəxslərin təqibi Paşinyan üçün məntiqi nəticələr verəcəkdi. Bununla erməni cəmiyyətinin ictimai-siyasi şüurundakı Rusiya stereotipi və bu mövzunun sakrallığı sındırılırdı ki, iqtisadiyat və sənayesinin yetmiş faizinin sahibi Rusiya buna imkan verməyəcəkdi.

Bu həftə isə Apelyasiya Məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Köçəryanın 4 milyon girov müqabilində həbsdən azad olunması barədə qərar çıxarıb. Həmçinin parlamentdə mövcud hökumətin dəyişdirilməsi labüdlüyünə dair çağırışlarından sonra  həbs olunan, haqqında bir sıra cinayət işləri başladılan,  parlamentdəki 132 mandatdan 25-nin  sahibi FEP- partiya tərəfdarları  siyasi təqiblərə məruz qalan  Qaqik Tsarukyan da azad edildi.

Qaqik Tsarukyana qarşı irəli sürülmüş iddialardan biri də 2017-ci il parlament seçkilərində seçiciləri pulla ələ alınması iddiasıdır ki, seçkilərin total saxtalaşdırıldığı bir ölkədə belə iddia ilə məhkəmə başlatmağın özü bir qeyri-ciddi təşəbbüs idi. Cavab olaraq isə Firavan Ermənistan Partiyasının partiya üzvləri sosial mediada Nikol Paşınyanın yaratdığı və həyat yoldaşı Anna Hakobyan tərəfindən idarə olunan korrupsiya sxemi üzrə müxtəlif fondlar adı altında öz siyasi rəqibləri və devirdiyi hökumətin nüfuzlu simalarından rüşvət alması, köçürmələr, bank hesabları, vəsaitlər və fərdi hesabların olduğu məlumatları paylaşırlar. Məlumat üçün qeyd edim ki, 2019 -cu ilin yanvar ayında Davos Forumunda iştirak adı ilə Sürixdə olan Anna Hakobyan bu korrupsiya fondlarının yaradılması və idarə olunmasında birbaşa  iştirak edib. Anna Hakobyana bu məsələlərdə Ermənistanın bir sıra nüfuzlu rəsmiləri ilə uzun illərdir şübhəli kontaktda olan isveçrəli bir iş adamı vasitəçilik edib.  2019-cu il 1 mart tarixinə olan məlumatlara əsasən, Ermənistan baş nazirinin həyat yoldaşı Anna tərəfindən birbaşa və ya dolayısı ilə nəzarət edilən hesablarda ümumi məbləğ nə az, nə çox - 1,5 milyard avroya çatmışdı. Aradan il yarım vaxt keçdiyinə görə bu fondlarda  toplanmış məbləği ancaq ehtimal etmək olar. Bir sözlə, istər daxili, istərsə də xarici siyasətdə hakimiyyətə “facebook”dan, küçədən  gəlmiş Paşınyanın səriştəsizliyi prosesləri idarəolunmaz bir səmtə yönəldib”.

Politoloqun sözlərinə görə, son azad olunmaların içində, əlbəttə, diqqəti çəkən əsas məqam Robert Köçəryana qarşı tətbiq olunmuş həbs qətiimkan tədbirinin dəyişdirilməsi üçün vəsaitin kimlər tərəfindən ödənilməsi faktıdır:”Koçəryan üçün girov məbləği ödəyənlərin əksəriyyətinin Rusiya biznes nümayəndəsi və birinin də milliyyətcə rus olması maraqlıdır. Onu da qeyd edim ki, Köçəryanın necə  azad olunması Rusiya Xarici işlər naziri Sergey Lavrovla Ermənistan Xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında keçən ay baş tutan telefon danışığında müəyyənləşib. Erməni mediasında  Lavrovun Mnatsakanyanla danışıqlarında  Köçəryanın həbsdə saxlanmasına sərt münasibət bildirməsi, rəsmi Ermənistan-Rusiya münasibətlərinin birbaşa Köçəryanın sərbəst buraxılmasına bağlı olması, onun iki dövlət arasında  münasibətlərin memarlarından biri adlandırılması iddia olunan yazılar gedib. Zöhrab Mnatsakanyan isə Köçəryanın azad edilməsini Rusiya ilə bir sövdələşmə elementi  olaraq istifadə etməyə cəhd edib”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu

26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"

26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır" - Prezidentin köməkçisi

26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"

26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir" - Hikmət Hacıyev

26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"

26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir" - Hikmət Hacıyev

26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"

26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb" - Hikmət Hacıyev

26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB - İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...

26.10.2026 / 14:25
Ceyhun Bayramov Ermənistana səsləndi - son nöqtəni qoymağa hazırıq...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir" - Ceyhun Bayramov

26.10.2026 / 13:50
Niderlandın xarici işlər naziri Azərbaycana təşəkkür etdi

26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib - FOTO

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 13:23
Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - FOTO

26.10.2026 / 13:15
Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Şuşa və Füzuliyə gedəcək

26.10.2026 / 12:57
Azərbaycan və Özbəkistan arasında imzalanan iki saziş təsdiqləndi

26.10.2026 / 12:55
Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ