Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsindən Ağayar Məmmədov və Telman Abdullayev Prezident İlham Əliyevə məktub yazıblar.
“Diqqət və qayğınız nəticəsində Binəqədi rayonu Xocasən qəsəbəsinin siması gündən-günə dəyişir. Qəsəbənin yollarının böyük əksəriyyətinə asfalt örtüyü çəkilib. Hazırda qəsəbənin yeni salınmış məhəllələrinin ayrı-ayrı küçələrində yenidənqurma işləri davam edir. Bu günlərdə rayonumuzun qəsəbələrində avtomobil yollarının yenidən qurulmasının davam etdirilməsi məqsədilə ayırdığınız maliyyə vəsaiti bir daha sübut edir ki, vətəndaşların rifahı daim Sizin diqqətinizdədir. Biz vətəndaşlar üçün çəkdiyiniz zəhmətə, insanların rifahı üçün gecə-gündüz yorulmadan çalışdığınıza görə bütün Xocasən əhalisi adından Sizə sonsuz minnətdarlığımızı bildiririk” - deyə məktub müəllifləri bildirirlər.
Baki-xeber.com