çərşənbə günü, 28 oktyabr 2026
     

Prezident İlham Əliyevin tibbi maska ilə ictimai yerdə görünməsinin anlamı və vətəndaşlara ciddi mesajlar – Prezident özü də maska taxdısa...

Image


Özünün bütün nümunəvi davranışları ilə örnəyə çevrilən Prezident İlham Əliyevin Qarabağ bölgəsinə səfəri zamanı açılış mərasimlərində, eləcə də başqa tədbirlərdə ictimaiyyət qarşısına tibbi maskada çıxması, sözün həqiqi mənasında, diqqəti cəlb edib.

Azərbaycan Prezidenti İlham Əliyevin tibbi maskadan istifadəsi bir nümunədir və onun bu addımı cəmiyyətdə maskadan istifadənin necə zəruri olduğunu, onun əhəmiyyətini göstərdi. Əhalinin hazırkı durumda ölkə başçısının maskadan istifadə nümunəsindən yararlanması zərurəti böyükdür. 

Prezidentin Tərtərə  və Ağcabədiyə səfəri zamanı tibbi maskadan istifadə etməsinin cəmiyyətin bütün sferaları üçün nümunə olduğunu deyən ekspertlərin fikrincə, cəmiyyət Prezidentin bu davranışlarını özünə bir örnək sayır. Ekspertlər qeyd edirlər ki,  maskadan istifadə məsələsində Prezident səviyyəsində vətəndaşlara nümunə göstərilməsi olduqca təqdirəlayiqdir. Onlar bildirirlər ki, Qarabağ bölgəsinə səfəri çərçivəsində bütün görüşlərdə tibbi maskadan istifadə edən dövlət başçısı bununla vətəndaşlara “bu məsələdə kimsə istisna ola bilməz və bütün vətəndaşlar bu vacib qərara əməl etməlidir” - mesajını verib.  

  • Əpoş Vəliyev: “Cənab Prezident İlham Əliyev qoruyucu maska taxmaqla həm nümunəvi davranış sərgilədi, həm də bununla yanaşı, cəmiyyətə mesaj verdi ki...”

AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev baki-xeber.com-a açıqlamasında ölkə başçısının bu nümunəvi davranışının təqdir edildiyini vurğuladı.

“Ölkəmizdə koronavirusun ilk yoluxmaları başlayan gündən ölkə başçısı cənab İlham Əliyev vətəndaşlara müraciət edərək Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID-19-la bağlı bütün qaydalarına riayət etməyə, hər kəsi vətəndaş məsuliyyətini yerinə yetirməyə səslədi. Ölkə başçısı koronavirus pandemiyasının təhlükəli bir bəla olduğunu bilirdi və vətəndaşları qorumaq, pandemiyaya yoluxmamaq üçün vətəndaşlara qoruyucu maskadan istifadəni tövsiyə edirdi. Eyni zamanda, Birinci vitse-prezident Mehriban xanım Əliyeva da Azərbaycan xalqına belə bir müraciət etdi. Vətəndaşlar ölkə başçısının və birinci xanımın çağırışlarına qoşularaq karantin qaydalarına riayət etməyə başladılar. Qısa zamanda ölkəmizdə koronavirusa yoluxanların sağalma sayı xəstələnənlərin sayını üstələdi, yoluxma sayı minimuma enməyə başladı. Amma karantin qaydaları yumşaldılandan sonra vətəndaşlarımız karantin qaydalarına ciddi əməl etməyərək, maskadan istifadəni azaltdılar və qısa zamanda koronavirusa yoluxanların statistikasında ciddi artım oldu. Hazırda bəzi vətəndaşlarımızın məsuliyyətsizliyi sayəsində epidemiyaya yoluxma halı günbəgün artmağa başlayıb.

Ölkə başçısı yoluxmanın hazırkı statistikasından narahatdır. Onun Tərtərdəki və ondan əvvəlki görüşlərdə əhali qarşısına maska ilə çıxması əhaliyə nümunə və mesajdır. Ümumiyyətlə, cənab Prezident İlham Əliyev qoruyucu maska taxmaqla həm nümunəvi davranış sərgilədi, həm də bununla yanaşı, cəmiyyətə mesaj verdi ki, sosial statusundan asılı olmayaraq, hər bir insan qanun qarşısında eyni məsuliyyəti daşıyır və bərabərdir. Vətəndaşlar ölkə başçısından nümunə götürməlidirlər. Hər kəs bilməlidir ki, koronavirusla mübarizəyə dövlət və cəmiyyət birgə qoşulmalıdır. Bilirsiniz, qaydalara hər kəs əməl etməsə, onda pandemiya ilə mübarizə nəticə verməz. Əgər ölkə başçısı maska taxırsa, sosial məsafəni qoruyursa, bütün vətəndaşlar Operativ Qərargahın maskasız daxil olmağı qadağan etdiyi yerlərdə maska taxmalı və karantin qaydalarına ciddi əməl etməlidirlər. Bu bəladan qurtulmağın yeganə yolu dövlət və xalq birliyidir” - deyə Ə.Vəliyev qeyd etdi.

  • Əkbər Qoşalı: “Dövlət başçısı özü artıq tibbi maskadan istifadə edərək vətəndaşlara həm də bir nümunə göstərmiş oldu”

Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə heyətinin üzvü Əkbər Qoşalı baki-xeber.com-a bildirdi ki, Prezident İlham Əliyevin pandemiya dövründə  qoruyucu maskadan istifadə edərək nümunəvi davranış sərgiləməsi təqdirəlayiq haldır və eyni zamanda da bu, cəmiyyətə verilən böyük mesajdır. O hesab edir ki, ölkə başçısı yalnız indi deyil, həmişə cəmiyyət, xalq üçün böyük nümunə olub və onun davranışları ictimaiyyət üçün gerçək nümunələrə çevrilib. Ə.Qoşalının sözlərinə görə, hələ pandemiya bitməyib və bu halda insanların Prezidentdən örnək götürərək kütləvi şəkildə maska taxması vacib və zəruridir. 

“İlk növbədə, deməliyəm ki, cənab Prezidentin Bakının Qaradağ rayonu ərazisindəki yaşayış kompleksinin açılışında səsləndirdiyi fikirlər və mesajlardan sonra cəbhəyanı bölgəyə səfəri zamanı Tərtərdə, Ağcabədidə, Ağdamda bir sıra əhəmiyyətli obyektlərin açılışında iştirakı çox əhəmiyyətlidir. Bunların hamısı göstərir ki, bütün şərtlərə, şərtsizliklərə, pandemiyanın törətdiyi ciddi problemlərə baxmayaraq, Azərbaycan öz yolu ilə irəliləməkdədir, bu yolun bizi Şuşa, Xankəndinə aparacağı şübhə doğurmur.

Ali Baş Komandanın məhz bu səfərlər, açılışlar fonunda günümüzün ən aktual məsələlərinə diqqət yetirməsi, karantin rejiminə riayət olunmasında özünün nümunə göstərməsi daha böyük bir müzakirə mövzusudur. Ölkəmizdə artıq xeyli müddətdir cənab Prezidentin özünün açılışını etdiyi tibbi maska zavodu fəaliyyət göstərir, iş adamlarımız xaricdən də ölkəyə tibbi maska gətirirlər. Bir sözlə, bizim ölkədə tibbi maska ilə bağlı problem həll olunub. Bu gün vətəndaşların kütləvi surətdə tibbi maskadan istifadə etməsinə ciddi ehtiyac var. Vətəndaşlar cənab  Prezidentin bu örnək davranışından nümunə görürməlidirlər və karantin rejimi müddətində bu maskalardan istifadə etməlidirlər. Bilirsiniz ki, karantin qaydaları yumşaldılıb. Ölkəmizdə koronavirusa yoluxanların sayının artması hər birimizi ciddi düşündürür, narahat edir”.

Ə.Qoşalı hesab edir ki, Prezidentin tibbi maska taxması həm də xalqla dövlətin, Prezidentlə xalqın həmrəy olmasının böyük örnəyidir. “Dövlət başçısının bilavasitə atdığı addımlar nəticəsində bir çox ölkə, xüsusən yaxın əlaqədə olduğumuz dövlətlər və qonşu respublikalarla müqayisədə Azərbaycanda vəziyyət çox yaxşı idi. Amma karantin rejiminin yumşaldılmasından sonra görürük ki, bizdə də artıq həyəcan təbili çalmaq ehtiyacı yarana bilər. Biz, əlbəttə, əhalini qorxutmuruq, özümüz də qorxmuruq. Lakin emosiyaya, hissə və həyəcana deyil, elmi yanaşmaya, tibbi prosedura, ümumvətəndaş diqqətinə əsaslanmalıyıq. Bunun da çox sadə bir yolu var - sosial məsafə saxlamaq, tibbi maskalardan istifadə etmək, gigiyenamıza fikir vermək, ehtiyac olmayan yerlərə hərəkətlər etməmək, virtual əlaqəyə üstünlük vermək. Bir müddət sonra, inişallah, bu öz nəticəsini verəcək. Cənab Prezidentin bir çox əməli fəaliyyət sahəsində olduğu kimi, bu sadə yanaşmanın özündə belə şəxsi nümunələr göstərməsi təqdirəlayiqdir. Bu, hər hansı bir bəhanə ilə maska taxmamağa cəhdlər göstərənlərin özlərini də tutduğu yoldan yayındırdı. Dövlət başçısı özü artıq tibbi maskadan istifadə edərək vətəndaşlara həm də bir nümunə göstərmiş oldu. Bu elə bir sadə, həm də eyni dərəcədə vacib yanaşmadır ki, bundan, məncə, təhsil səviyyəsindən, siyasi mövqeyindən, yaşından, statusundan, ölkəmizin, yaxud dünyanın harasında yaşamasından asılı olmayaraq, vətəndaşlarımız, soydaşlarımız nümunə götürməlidirlər. Nəzərə alsaq ki, virusdan qorunmaq sahəsində tibbi maskadan istifadə ən sadə, həm də ən vacib amildir, biz bununla həm özümüzü, həm ailə üzvlərimizi, qohumlarımızı, çevrəmizi, nəticə etibarilə, cəmiyyətimizi, xalqımızı və bəşəriyyəti qorumağa xidmət etmiş oluruq. Təsəvvür edin ki, bir adamın diqqətsizliyi nəticəsində virus həndəsi silsilə ilə yayılır. Bunun qarşısında durmaq çox çətin olar. Ona görə də mən bir vətəndaş olaraq, yazar olaraq, mənim fikirlərimi oxuyan, duyan, sözümə sayğı göstərən hər kəsə səslənirəm, bütün insanlarımızı təhlükələrdən qorunmağa və cəmiyyəti qorumağa çağırıram” - deyə Ə.Qoşalı qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..

28.10.2026 / 14:10
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi...

28.10.2026 / 13:58
"Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil" – Məhkəmə bankın iddiasını rədd etdi...

28.10.2026 / 13:46
“Sapı özümüzdən olan” qüvvələrin təxribatlarına ayıq-sayıqıq" - Allahşükür Paşazadə

28.10.2026 / 13:44
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" - Obama Trampın 2 ilini yıxıb-sürüdü...

28.10.2026 / 13:30
Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirildi - FOTO

28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi – “problemi iki dəqiqəyə həll edər"...

28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

28.10.2026 / 12:40
Bakıda dizellə işləyən avtobuslar istismardan çıxarılır - tarix AÇIQLANDI

28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...

28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı

28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

28.10.2026 / 10:43
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - Prezident

28.10.2026 / 10:41
Prezident İlham Əliyev İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət etdi

28.10.2026 / 10:39
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI AÇIQLANDI...

28.10.2026 / 10:28
İsraildə seçki düyünü – heç kim təkbaşına hökumət qurmaq üçün lazım olan səsi toplaya bilmədi...

28.10.2026 / 10:11
Azərbaycan nefti ucuzlaşdı - 122 dollar...

28.10.2026 / 09:56
ABŞ “Patriot”larını Yaxın Şərqə yığır…

28.10.2026 / 09:30
Tramp tezliklə Putin və Zelenski ilə görüşəcəyini açıqladı.

28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu - aktivləri donduruldu

28.10.2026 / 08:21
İsraildə parlament seçkilərində pat vəziyyəti yaranıb - exit-pollar nəticə açıqlaya bilmir

28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” - 85 nəfər saxlandı

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...

27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...

27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır

27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi

27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...

27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib - FOTO

27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...

27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb - FOTO

27.10.2026 / 17:27
Azərbaycanda yeni Komissiya yaradılır

27.10.2026 / 17:20
Azad edilmiş ərazilərdə ən böyük memorial kompleks Ağdamda yaradılacaq...

27.10.2026 / 17:06
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTO

27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...

27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...

27.10.2026 / 16:37
AMEA alimləri Pezeşkiana çağırış etdi - İranda azərbaycanlılar üçün ana dilində məktəblər açılsın...

27.10.2026 / 16:30
Hakimlər qarşısında tələb qoyuldu - süründürməçiliyə və təhqirə yol verilməsin!

27.10.2026 / 16:17
Zəngəzur dəhlizində erməni sərhədçilər yalnız müşahidəçi olacaq – ABŞ səfirliyi açıqladı...

27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...

27.10.2026 / 15:46
Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanış olublar - FOTO

27.10.2026 / 15:41
Tramp bütün hərbi bazalarını "90 günlük müharibəyə" hazırlayır - hədəf kimdir?

27.10.2026 / 14:36
Prezidentin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - VİDEO

27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı - ələ keçirilən arsenalın taleyinə Livan qərar verir

27.10.2026 / 14:01
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - FOTO

27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" - Fərid Şəfiyev

27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" - Ozodbek Nazarbekov

27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" - Türkmənistanın mədəniyyət naziri

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ