Goranboy rayonundan XI sinif şagirdi İbrahimli Cəfər Amil oğlu da Prezident İlham Əliyevə məktub yazıb.
“Mən Goranboy rayonundakı Mübariz Fərmanov adına Xoylu kənd tam orta məktəbinin 11-ci sinif şagirdiyəm. Əlaçıyam. Koronavirus infeksiyası təhlükəsi ilə əlaqədar evdə qalmağımıza baxmayaraq, biz onlayn dərslər vasitəsilə təhsilimizdən geri qalmırıq”.
C.İbrahimli məktubunda şagirdlər üçün yaratdığı şəraitə görə Prezidentə öz təşəkkürünü bildirir.
Baki-xeber.com