07/07/2020 00:40
728 x 90

Göygölün Topalhəsənli kəndindən Prezident Əliyevə müraciət...

img

“Bütün dünyada ciddi həyəcan yaradan, yaşından, irqindən və dinindən asılı olmayaraq, insanların həyatına son qoyan koronavirus pandemiyası adlı bəlaya qarşı bütün imkanlardan istifadə olunmaqdadır. Sizin bilavasitə rəhbərliyiniz altında ölkəmizdə vətəndaşların sağlamlığının qorunması naminə aparılan əvəzolunmaz tədbirləri çox yüksək qiymətləndiririk. Qısa bir zamanda yeni xəstəxanaların istifadəyə verilməsi, mövcud xəstəxanaların uyğunlaşdırılması, qoruyucu vasitələrin istehsalı, xəstələrin müalicəsi üçün tibb ocaqlarının lazımi avadanlıqlarla təmin olunması, canları bahasına xəstələri müalicə edən həkimlərin əməkhaqlarına əlavələr edilməsi, işləməyənlərə yardımların verilməsi, sosial iş yerlərinin açılması, sahibkarlara maliyyə dəstəyinin və güzəştlərin edilməsi və digər işlər çox təqdirəlayiqdir”.

Bu sözləri  Göygöl rayonunun Topalhəsənli kəndindən Qarabağ müharibəsi əlili Həmzəyev Çərkəz Paşa oğlu Prezident İlham Əliyevə yazdığı məktubda qeyd edir.

Qarabağ müharibəsi əlili məktubunda, həmçinin, Azərbaycan vətəndaşları arasında itkilərin minimuma endirilməsi üçün Prezidentin həyata keçirdiyi tədbirlərə görə ölkə başçısına təşəkkürünü bildirir.

Baki-xeber.com

Son xəbərlər