Böyük Britaniya Krallığının Kardiff şəhərində təhsil alan Rzayeva Arzu Elçin qızı da Prezident İlham Əliyevə müraciət ünvanlayıb.
“Mən Böyük Britaniyanın Kardiff şəhərində təhsil alan azərbaycanlı tələbələrdən biriyəm. Yaranmış pandemik vəziyyət iş yerlərinin bağlanmasına səbəb olub və bu hal işləyərək öz tələbatlarını ödəyən tələbələri maddi cəhətdən çox çətin vəziyyətə salıb. Bu çıxılmaz vəziyyətlə üzləşən tələbələrdən biri olaraq yaşadığım evin kirayə haqqını ödəməkdə çətinlik çəkdiyim üçün ölkəmizin Londondakı səfirliyinə müraciət etdim. Müraciətimdən dərhal sonra mənimlə əlaqə saxlandı və bir neçə gün sonra müraciətimin qəbulu ilə bağlı mənə məlumat verildi. Bank rekvizitlərim alındı və müvafiq məbləğ dərhal hesabıma daxil edildi. Beləliklə, üzləşdiyim bu çətin məsələ dövlətimizin dəstəyi sayəsində öz həllini tapdı” - deyə qeyd edən A.Rzayeva bu çətin anda tələbələri köməksiz qoymadığına və göstərdiyi əvəzolunmaz dəstəyə görə Prezidentə hədsiz minnətdarlığını bildirir.
Baki-xeber.com