07/07/2020 00:49
728 x 90

“Hər dəfə Azərbaycana gələndə...” - Norilskdə yaşayan Elzabit Namazov Prezidentə yazdı…

img

Mən uzun müddət doğma Vətənimdə yaşamasam da, qəlbən Azərbaycana bağlıyam. Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi hakimiyyətə gəldiyiniz gündən bəri dəqiq hədəflərə hesablanmış uğurlu daxili və xarici siyasətinizi dəstəkləyirəm. Hər dəfə doğma yurduma gələndə, Azərbaycanımın inkişafını görəndə fəxr hissi duyuram. Pandemiyaya qarşı mübarizədə ciddi işlərin görülməsi üçün vaxtında göstəriş verməyiniz ölkəmizdə xəstəliyin geniş yayılmaması üçün zəmin yaratdı. Aztəminatlı ailələrə və sahibkarlara yardımlara, bu çətin dövrdə ölkə iqtisadiyyatının inkişafının qorunub saxlanması istiqamətində qəbul etdiyiniz düzgün qərarlara görə Sizə dərin təşəkkürümü bildirirəm”.

Bu fikirləri Rusiya Federasiyasının Krasnoyarsk diyarının Norilsk şəhərində yaşayan soydaşımız  Namazov Elzabit Hümbət oğlu Prezident İlham Əliyevə yazdığı məktubda bildirib.

Soydaşımız, həmçinin, qeyd edir ki, Prezident İlham Əliyev bu çətin günlərdə xalqa dayaq olmaqla həqiqətən bütün dünyada yaşayan azərbaycanlıların qürur duyduqları lider olduğunu bir daha sübut edib.

Baki-xeber.com

Son xəbərlər