06/07/2020 23:26
728 x 90

Ermənistan XİN-dən dünya rəyinə misilsiz hörmətsizlik – “Azərbaycan region üçün təhlükədir”(?)...

Qabil Hüseynli:“Ermənistan hakimiyyəti Türkiyə və Azərbaycan əleyhinə müharibə ssenariləri yaratmağa və cəmiyyəti buna inandırmağa məcburdur”

img

Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Anna Nağdalyan növbəti sərsəm bəyanatını səsləndirib. O, son açıqlamasında Azərbaycan siyasi dairələri və Ordu rəhbərliyinin səsləndiriyi fikirlərdən açıq narahat olduqlarını bildirib.

XİN adından yayılan bəyanatda bildirilir ki, Azərbaycanın səsləndirdiyi bəyanatlar sülhün yaranasına və Qarabağ münaqişəsinin həllinə maneçilik törədir. Nağdalyan bir qədər də irəli gedərək, Azərbaycanı regional stabilliyin qorunması üçün  ciddi təhlükə saydığını söyləyib. Erməni diplomatiyasının növbəti sərsəm bəyanatı nəyə hesablana bilər?

Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bütün bunlar Ermənistanın diqqəti məsələnin əsl mahiyyətindən uzaqlaşdırmaq istəməsinə hesablanıb: “Azərbaycan rəhbərliyi müharibənin mümkünlüyü ilə bağlı fikirləri hər zaman səsləndirib. Biz sülh yoluna sadiqik, amma bunun nəticəsizliyini görürük. Belə olan təqdirdə təbiidir ki, Azərbaycan öz haqqından istifadə edib, ərazi bütövlüyünü ordumuzun köməyi ilə təmin etməyə məcbur qalacaq. Bu bizim hüquqmuzdur. Sülhə təhdid yaradan ölkə Ermənistandır. O, torpaqları işğal edib, indi də sülh danışıqlarını pozur. Regional vəziyyətə fikir verək. Ermənistanın digər qonşuları ilə də münasibətləri yaxşı deyil. Türkiyəyə qarşı ərazi iddiaları irəli sürür. Onlar hətta Türkiyə və Rusiyanın regionda bir-birinə yaxınlaşmasından da narahat olurlar. Bu gün İrəvanda belə bir düşüncə var ki, Türkiyənin regionda güclənməsi Ermənistanın bir ölkə olaraq varlığına təhlükədir. Əslində isə bu, ermənilərin özləri tərəfindən yaradılmış əsassız iddiadır. Ermənistanda bu gün də Türkiyə əleyhinə kampaniyalar aparılır. Ermənistan hər zaman Türkiyənin güclənməsindən ehtiyat edib. Təsadüfi deyil ki, Türkiyə əleyhinə aparılan bütün kampaniyalara Ermənistan dəstək verir. Ermənistan hakimiyyəti Türkiyə və Azərbaycan əleyhinə müharibə ssenariləri yaratmağa və cəmiyyəti buna inandırmağa məcburdur. Bu gün Ermənistan regionda bütün beynəlxalq layihələrdən kənarda qalıb. Bu da, istər-istəməz, ölkə daxilində iqtisadi problemlərə gətirib çıxarır. Heç kəsə sirr deyil ki, Ermənistanda iqtisadi gərginlik səbəbindən xalqla hakimiyyət arasında narazılıqlar günü-gündən artır. Bu mənada, hakimiyyət narazı xalqın fikrini yayındırmaq üçün belə bir yola əl atır. Digər bir səbəb isə Ermənistanın Rusiyanın marağını regiona çəkmək istəyidir. Ermənistan hər zaman Rusiyanın vassalı olub və onun ayaqda qalması üçün Rusiya siyasi-iqtisadi və hərbi dəstəyini göstərib. İndi də iqtisadi gərginlik yaşayan Ermənistan bu cür informasiya manipulyasiyaları ilə Rusiyadan, yəqin ki, iqtisadi güzəştlər əldə etməyə çalışır”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər