çərşənbə günü, 28 oktyabr 2026
     

Erməni təcavüzünə məruz qalan toponimlərimiz…

Image


Qədim Azərbaycan torpağı olan indiki Ermənistan ərazisində ermənilər tərəfindən toponimlərimiz təcavüzə, terrora, sözün həqiqi mənasında soyqırıma məruz qalıb. Torpaqlarımızda yerləşdikdən sonra Qərb dövlətlərinin və Çar Rusiyasının qayğısı altında ermənilər xalqımıza, torpaqlarımıza, tarixi yer-yurd adlarımıza geniş hücum aktlarına başlayıblar.

Artıq bir neçə onildir ki, ermənilər bizə qarşı bu əməlləri davam etdirir. Qərbi Azərbaycan yurdlarına ermənilərin kütləvi köç etməsi son 100-200 ilin hadisəsi olsa da, onlar özlərini burada “yerli xalq” kimi qələmə verməkdən yorulmur. Dünyanın haqq-ədalət tarixi bu yurdların qədim türklərə məxsus olduğunu sübut edir, ermənilərin saxta, əldəqayırma tarixçiləri isə bunun əksini bəyan edir.

Hazırda Qərbi Azərbaycan, indiki Ermənistan ərazisində ermənilərdən başqa ikinci bir millət yaşamır. Yaşayanlar isə məcburiyyət qarşısında qalıb həm milliyyətini, həm də dinini, təriqətini dəyişir. Tarixdə saxtakarlıq və sünilik sahəsində birinci olan ermənilər 200 ilə yaxındır Qərbi Azərbaycanda bizim tariximizi saxtalaşdırmaqla, türk mənşəli toponimləri dəyişdirib erməniləşdirməklə məşğul olur. Onlar tarixdə bir neçə dəfə Azərbaycan türklərinə qarşı amansızlıq edib, hətta onları öz ata yurdlarından deportasiya etməyə də müvəffəq olub. Tarixçilər bildirir ki, daşnak ermənilərin planında türklərə aid torpaqları ələ keçirmək, onları öz yurdlarından qovmaq əsas məsələ olub. Ermənilər bu işə əvvəlcə mənəvi təxribatdan başlayıb. Yer-yurd adlarımızın, toponimlərimizin adlarının erməniləşdirilməsi bu məkrli siyasətin tərkib hissəsidir. Ermənilər indiyə qədər minlərlə türk mənşəli toponimin dəyişdirilməsini həyata keçirib. Onlar kənd, rayon adlarını erməniləşdirməklə işlərini bitmiş hesab etmir, dağ, meşə, bulaq və s. adlarını da saxtalaşdırır. Məsələn, türk tarixində, coğrafiyasında, mənəviyyatında, eposlarında önəmli yer tutan Ağrı dağının adına ermənilərin etdiyi təcavüz ürək ağrıdan bir haldır. Onlar başından sis-duman heç vaxt əskik olmayan Ağrı dağını Ararat adlandırmaqdan çəkinmir. Halbuki, bu dağ türklərin milli simvollarından biri kimi tarixdə yer alıb. Onun ermənilər tərəfindən mənimsənilməsi cinayətdir. Belə hallar bir toplumun başqa bir xalqa qarşı etdiyi mənəvi cinayət sayılır.

Erməni saxtakarlığının ifşa edilməsi sahəsində yerli alimlər və dünya alimləri böyük işlər görür. Onların köməyinə tarixi sənədlər, xəritələr gəlir. Toponimlərimizi erməniləşdirən ermənilərin saxtakarlığını ifşa edən arxiv materialları çoxdur. 1903-cü ilə aid olan coğrafi xəritə erməni iddialarını alt-üst edib. Söhbət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 aprel 2012-ci il tarixli Sərəncamına əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən çap olunan "Cənubi Qafqaz. 1903-cü il" xəritəsindən gedir. Üç dildə - ingilis, rus və Azərbaycan dillərində nəşr olunan xəritələrin nüsxə sayı hər bir dildə 25 min ədəddir. Sərəncamda bildirilib ki, son vaxtlar ayrı-ayrı ölkələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, tarixi və coğrafi adlarının təhrif olunması, inzibati ərazi vahidlərinin, sərhədlərinin dəyişdirilməsi istiqamətində təxribat xarakterli materialların xəritələrdə və kütləvi informasiya vasitələrində yayılması halları artıb.

Xatırladaq ki, "Karta Kavkazskoqo Voennoqo Okruqa 1903-qo qoda" xəritəsi ümumilikdə bütün Qafqazı əhatə edir. 1903-cü il xəritəsi Qafqaz Hərbi Dairəsinin litoqrafiya və hərbi topoqrafiya şöbəsində tərtib olunub. Xəritə XX əsrin lap başlanğıcında nəşr edildiyi üçün bədnam qonşularımızın əsassız iddialarına cavab vermək məsələsində mühüm əhəmiyyətə malikdir. Xəritəyə baxan hər kəs görür ki, indiki Ermənistanın bütün toponimləri Azərbaycan-türk mənşəlidir. Ermənilərin saxtakarlığı nəticəsində toponimlərimizə təcavüz edilib. Sirr deyil ki, ermənilərin Qərbi Azərbaycana köçü başlar-başlamaz, türk mənşəli toponimlərə qarşı çox iyrənc bir "xaç yürüşü" başlandı. Bir tərəfdən Rusiya, digər tərəfdən onların tarixi əlaltısı olan ermənilər coğrafiyamıza hücuma keçdi. Nə qədər toponimlərimizi öz adlarına çıxdılar. Tarixi sənədlərə nəzər salsaq görərik ki, onlar İrəvanın lap yaxınlığında yerləşən Molla Dursun, Kərpicli, Qurbağalı, Yeni Bəyazit, Qaraqola, Qızıldağ, Ahdağ və sair toponimlərimizi dəyişdirib. Bunlar Prezidentimizin Sərəncamı ilə nəşr olunan "Cənubi Qafqaz. 1903-cü il" xəritəsində də yer alan toponimlərdir. O xəritəni indiki Ermənistan ərazisilə müqayisə etdikdə görürük ki, burada erməni mənşəli tək-tük yaşayış məntəqələrinə rast gəlinir. Dağ, çay, çöl, meşə, düzəngah, el-oba adlarının 99 faizi tamamilə türk mənşəlidir. Məlumdur ki, dağ, çay adları yaşayış məntəqələrindən daha əvvəl yaranıb. Bu da bu ərazilərdə bizim babalarımızın daha erkən dövrlərdə yurd saldığını, ocaq qaladığını sübut edən faktdır. Xəritədən də aydın görünür ki, bura azərbaycanlılara mənsub bir ərazidir. Təkcə müasir Ermənistan ərazisi deyil, Gürcüstan, Rusiya, İran və Türkiyə ərazisi də Azərbaycan mənşəli toponimlərlə zəngindir. Bunlar da çox maraqlı bir araşdırma mövzusudur. Ümumiyyətlə, türklər harada yurd salıblarsa, həmin yerə sonradan yox, birinci gedən olublar. Yəni o yeri tapıb ora gediblər, yurd-yuva qurub, oğul-uşaq, nəvə-nəticə, kötücə sahibi olublar. Həmin yerlərdə qaynayıb-artıb böyük nəsillərin, şəcərlərin, böyük mənada isə dövlətlərin əsasını qoyublar. Bu mənada indiki Ermənistan adlandırılan ərazidə Azərbaycan türkləri min illərdir yaşayıb. Təəssüf ki, bu gün onlar erməni məkri, zorakılığı nəticəsində öz yurdlarını yağıya qoyub qaçqın düşüblər. Yağının yağmaladığı yurdda qalmağı əbədi ola bilməz, bir gün o özünə aid olmayan bir yerdə qalmaqdan bezib yeni vətən axtarmaq eşqinə düşəcək. Onda bizim soydaşlarımız da elliklə öz ana yurdlarına dönəcək. Yenə də toponimlərimiz öz adı ilə çağırılacaq, bu da qondarma adların sıradan çıxmasına gətirib çıxaracaq.

AzərTac-ın məlumatına görə, XX əsrin əvvəllərində bu gün Ermənistan adlandırılan ərazidəki 2310 coğrafi addan 2000-i türk mənşəli olub. Məhz həmin ərazidə və Dağlıq Qarabağda zaman-zaman Azərbaycan tarixinə aid toponimlər kütləvi şəkildə dəyişdirilib. Ona görə də toponimlərimiz haqqında ictimaiyyətimiz, xüsusilə gənc nəsil daha məlumatlı olmalıdır. Bu mənada cənab Prezident İlham Əliyevin Tərtərə səfəri zamanı rayon ictimaiyyəti ilə görüşündə toponimlər məsələsini diqqətdə saxlaması hər bir Azərbaycan vətəndaşı, xüsusilə tarixçilər qarşısında mühüm vəzifələr qoyur.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin sözlərinə görə, indiki Ermənistan ermənilərin yox, türk mənşəli tayfaların yaşadığı ərazi olub: “Buna görə də 1826-1828-ci ilə qədər bu ərazidəki yaşayış məntəqələrinin hamısının adı türk mənşəlidir. 1828-1830-cu illərdə Cənubi Qafqaza İrandan 40 min, Türkiyədən 84 min erməni köçürülüb. 1893-1895-ci illərdə isə indiki Ermənistana 900 min erməni köçüb. Yalnız bundan sonra İrəvan quberniyasında ermənilərin sayı azərbaycanlıların sayından çox olub. Ermənilərin növbəti addımı türk mənşəli toponimləri dəyişdirmək olub. Bəzi adları tərcümə ediblər, bəzilərinə yeni erməni adları qoyublar. Toponimlərin dəyişdirilməsi ilə bağlı müəyyən tədqiqatlar aparılsa da, bütün bunlar yetərli deyil” – qeyd edən V.Rəhimzadə onu da vurğulayıb ki, sahədə tədqiqat işlərinin davam etdirilməsi və gənclərə çatdırılması həm tariximizin qaranlıq səhifələrinə işıq salınması, həm də Ermənistanın təcavüzkar siyasətinin ifşası baxımından əhəmiyyətlidir: “Ermənistanın ölkəmizə qarşı apardığı informasiya müharibəsi çərçivəsində irəli sürdüyü əsassız iddialara tutarlı cavab vermək üçün müdafiə olunmaq yox, əks-hücuma keçmək lazımdır. İşğalçı Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə iddialarının əsassız olduğunu göstərməyin təsirli yollarından biri də ermənilərin bu diyara köçürüldüklərini və burada olan toponimləri sonradan dəyişdirmələrini sübut etməkdir. Bugünkü Ermənistan ərazisindəki toponimlərin nəşr olunan xəritələrdə və digər sənədlərdə Azərbaycan mənşəli adlarının göstərilməsi yaxın tariximizin unutdurulmaması baxımından da vacibdir”.

Həmçinin onun vurğuladığına görə,  xalqımıza məxsus toponimlərin dəyişdirilməsi məsələsi araşdırılıb və bəlli olub ki, Azərbaycan mənşəli toponimlər mərhələ-mərhələ erməniləşdirilərək təcavüzə məruz qalıb. Bununla da Ermənistan tərəfindən təkcə işğal olunmuş ərazilərdə yerləşən 300-dək coğrafi ad dəyişdirilərək erməniləşdirilib: “Ermənistan tərəfindən Azərbaycan toponimlərinin saxtakarlıq yolu ilə dəyişdirilməsi və müxtəlif üsullarla uydurma erməni adları ilə əvəz edilməsi bir neçə üsulla baş verib. Birincisi, Azərbaycan mənşəli toponimlər bütövlüklə erməni adları ilə əvəz edilib. İkincisi, keçmiş sovet dövründə dəyişdirilən bəzi toponimlərin erməni yazılış variantı saxlanılıb. Üçüncüsü, işğal altında olan ərazilərin toponimlərindən başqa respublikanın digər yer adlarına da təcavüz edilərək toponimlər təhrif edilməklə qismən dəyişdirilib. Dördüncüsü, hərfi tərcümə nəticəsində adlar dəyişdirilib. Beşincisi, bir qisim toponimlər isə bəzi fonetik dəyişdirilməyə məruz qalmaqla hazırda mövcud olduğu kimi saxlanılıb”.

“Göründüyü kimi, Ermənistan təkcə Azərbaycanın torpaqlarına deyil, eyni zamanda, tarixinə, toponimlərinə də təcavüz edib” - deyə bildirən V.Rəhimzadənin sözlərinə görə, bu səbəbdən də Azərbaycan mənşəli coğrafi adların düzgün şəkildə dünya ictimaiyyətinə çatdırılması üçün daha əzmlə mübarizə aparılmalı, müntəzəm olaraq saytlarda Ermənistan tərəfindən təcavüzə uğrayan Azərbaycan toponimlərinin dəyişdirilməsi ilə bağlı yayılan saxta informasiyalar haqqında müvafiq qurumlara vaxtında məlumat verilməli və onların sıradan çıxarılmasına qarşı müntəzəm surətdə tədbirlər görülməlidir. Bu işdə əlbəttə ki, mətbuat nümayəndələrinin və tarixçilərin üzərinə daha böyük məsuliyyət düşür. 

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..

28.10.2026 / 14:10
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi...

28.10.2026 / 13:58
"Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil" – Məhkəmə bankın iddiasını rədd etdi...

28.10.2026 / 13:46
“Sapı özümüzdən olan” qüvvələrin təxribatlarına ayıq-sayıqıq" - Allahşükür Paşazadə

28.10.2026 / 13:44
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" - Obama Trampın 2 ilini yıxıb-sürüdü...

28.10.2026 / 13:30
Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirildi - FOTO

28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi – “problemi iki dəqiqəyə həll edər"...

28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

28.10.2026 / 12:40
Bakıda dizellə işləyən avtobuslar istismardan çıxarılır - tarix AÇIQLANDI

28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...

28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı

28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

28.10.2026 / 10:43
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - Prezident

28.10.2026 / 10:41
Prezident İlham Əliyev İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət etdi

28.10.2026 / 10:39
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI AÇIQLANDI...

28.10.2026 / 10:28
İsraildə seçki düyünü – heç kim təkbaşına hökumət qurmaq üçün lazım olan səsi toplaya bilmədi...

28.10.2026 / 10:11
Azərbaycan nefti ucuzlaşdı - 122 dollar...

28.10.2026 / 09:56
ABŞ “Patriot”larını Yaxın Şərqə yığır…

28.10.2026 / 09:30
Tramp tezliklə Putin və Zelenski ilə görüşəcəyini açıqladı.

28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu - aktivləri donduruldu

28.10.2026 / 08:21
İsraildə parlament seçkilərində pat vəziyyəti yaranıb - exit-pollar nəticə açıqlaya bilmir

28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” - 85 nəfər saxlandı

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...

27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...

27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır

27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi

27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...

27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib - FOTO

27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...

27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb - FOTO

27.10.2026 / 17:27
Azərbaycanda yeni Komissiya yaradılır

27.10.2026 / 17:20
Azad edilmiş ərazilərdə ən böyük memorial kompleks Ağdamda yaradılacaq...

27.10.2026 / 17:06
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTO

27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...

27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...

27.10.2026 / 16:37
AMEA alimləri Pezeşkiana çağırış etdi - İranda azərbaycanlılar üçün ana dilində məktəblər açılsın...

27.10.2026 / 16:30
Hakimlər qarşısında tələb qoyuldu - süründürməçiliyə və təhqirə yol verilməsin!

27.10.2026 / 16:17
Zəngəzur dəhlizində erməni sərhədçilər yalnız müşahidəçi olacaq – ABŞ səfirliyi açıqladı...

27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...

27.10.2026 / 15:46
Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanış olublar - FOTO

27.10.2026 / 15:41
Tramp bütün hərbi bazalarını "90 günlük müharibəyə" hazırlayır - hədəf kimdir?

27.10.2026 / 14:36
Prezidentin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - VİDEO

27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı - ələ keçirilən arsenalın taleyinə Livan qərar verir

27.10.2026 / 14:01
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - FOTO

27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" - Fərid Şəfiyev

27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" - Ozodbek Nazarbekov

27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" - Türkmənistanın mədəniyyət naziri

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ