Tərtər rayonundan Məmmədova Lətafət Rza qızı, Süleymanova Vəsilə Əhməd qızı, Abdullayeva Gülnar Kamil qızı, Mirzəyev Elşən Raqub oğlu və İmanov Zakir Kamal oğlu da Prezident İlham Əliyevə məktub ünvanlayıb: “Bu günlərdə Qaynaq kəndinin sakinlərinin sevinci sonsuzdur. Çünki 10 cəbhəyanı kəndi birləşdirən Səhləbad-Əksipara-Qaradağlı-Qapanlı-Qaynaq-Yuxarı Qapanlı-Qazyan-Təzəkənd-Hüsənli avtomobil yolunun Qaynaq kəndindən keçən hissəsi artıq hazırdır. Çəkilən yol gediş-gəlişimizi rahatlaşdırıb, vaxt itkisinin qarşısını alıb, rayon mərkəzi, qonşu kəndlərlə əlaqəmiz asanlaşıb, bazara məhsulumuzu itkiyə yol vermədən çatdırırıq. Biz Sizdən həmişə - istər müharibə dövründə, istərsə də atəşkəs dövründə böyük diqqət və qayğı görmüşük. Göstərdiyiniz dəstəyə və qayğıya görə Sizə kəndimizin sakinləri adından minnətdarlığımızı bildiririk. İnşallah, Tərtərdə çəkilməyə başlayan yollar bizi tezliklə işğal altında olan torpaqlarımıza aparıb çıxarar, Azərbaycanın üçrəngli bayrağı işğaldan azad olunmuş torpaqlarımızda dalğalanar. Sizinlə birgə həmin ərazilərdə qələbəmizi qeyd edək!”
Baki-xeber.com